Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

MQT3 mövzular




30 dekabrda keçiriləcək MQT3 Sınaq İmtahanına
düşə biləcək mövzular:










Kimya

XI SINIF

Saf maddələr və qarışıqlar. Atom-molekul təlimi. Kimyəvi element, bəsit və mürəkkəb maddələr. Fiziki və kimyəvi hadisələr. Nisbi atom kütləsi. Nisbi molekul kütləsi. Valentlik. Kimyəvi reaksiyaların tərtib olunması
Atomun quruluşu. Dövri qanun və dövri sistem. Atomların xassələri: elektomənfilik, ionlaşma enerjisi, elektronahərislik, atom və ion radiusu
Kimyəvi rabitələr. Oksidləşmə dərəcəsi. Hibridləşmə. Kristal qəfəslərin tipləri.
Maddə miqdarı. Molyar kütlə. Avoqadro qanunu.
Kimyəvi reaksiyaların təsnifatı. İstilik effekti. Yanma və əmələgəlmə istiliyi. Hess qanunu.
Oksidləşmə-reduksiya reaksiyaları.
Kimyəvi reaksiyaların sürəti. Kimyəvi tarazlıq. Tarazlıq sabiti
Oksidlər. Əsaslar.
turşular. Duzlar
Məhlullar və onların qatılığının ifadə üsulları.

X SINIF

Saf maddələr və qarışıqlar. Atom-molekul təlimi. Kimyəvi element, bəsit və mürəkkəb maddələr. Fiziki və kimyəvi hadisələr. Nisbi atom kütləsi. Nisbi molekul kütləsi. Valentlik. Kimyəvi reaksiyaların tərtib olunması

Atomun quruluşu. Dövri qanun və dövri sistem. Atomların xassələri: elektomənfilik, ionlaşma enerjisi, elektronahərislik, atom və ion radiusu
Kimyəvi rabitələr. Oksidləşmə dərəcəsi. Hibridləşmə. Kristal qəfəslərin tipləri.
Maddə miqdarı. Molyar kütlə. Avoqadro qanunu.
Kimyəvi reaksiyaların təsnifatı. İstilik effekti. Yanma və əmələgəlmə istiliyi.
Oksidləşmə-reduksiya reaksiyaları.
Kimyəvi reaksiyaların sürəti. Kimyəvi tarazlıq. Tarazlıq sabiti
Oksidlər. Əsaslar.

İngilis dili

X SİNİF

The Noun
The Article
The Pronoun
The Numeral
The Adjective and Adverb

XI SİNİF

The Noun
The Article
The Pronoun
The Numeral
The Adjective and Adverb
The Preposition

Coğrafiya

 Bölmələr: Plan və xəritə; Litosfer; Atmosfer; Hidrosfer

Mövzu 1. Xəritə üzərində məsafələrin hesablanması; Miqyas, Azimut və Həqiqi məsafənin tapılması; Kartoqrafik proyeksiyalar; Qütb ulduzu; Günəş şüalarının düşmə bucağının hesablanması; Günəş şüalarının düşmə bücağı və enliklərdə kölgə boyu;

Mövzu 2. Düzənliklər, onların növləri və xarakteristikası; Geosinklinal və platformalar, seysmiklik, vulkanizm (psevdovulkanizm),  tektonika, orogenez; Dağ silsilələri, onların zirvələri;

Mövzu 3. Hava kütlələri, onların növləri, xüsusiyyətləri və coğrafi yayılması; Sutkalıq və  İllik temperatur  amplitudu, orta sutkalıq, aylıq temperatur və s. Hava və İqlim; Buxarlanma; İqlim qurşaqları, onların coğrafi yayılması və iqlim qrafikləri; Mütləq və nisbi rütübətlik; Atmosfer cəbhələri və onların xüsusiyyətləri;

Mövzu 4. Çaylar, göllər, körfəzlər, dənizlər, su anbarları, boğazlar, kanallar, adalar, yarımadalar, bərzəxlər;

 Fizika

1.Mexaniki iş. Güc .
2.Aero-hidrostatika. Aero-hidrodinamika

Ədəbiyyat

X SİNİF

Qədim dövr Azərbaycan ədəbiyyatı.
Şifahi xalq ədəbiyyatı.
Aşıq yaradıcılığı.
“Kitabi-Dədə Qorqud” eposu. “Salur Qazanın evinin yağmalanması” boyu.
N.Gəncəvinin həyatı və yaradıcılığı. “İsgəndərnamə” poeması.
Orta dövr Azərbaycan ədəbiyyatı. Anadilli və farsdilli ədəbiyyat nümunələrinin fərqləndirilməsi.
İ.Nəsiminin həyatı  və yaradıcılığı. “Yanaram” və “Mən mülki-cahan”qəzəlləri.
Ədəbiyyat nəzəriyyəsi :
Lirik və epik növlər ( bu növlərin janr xüsusiyyətləri).
Şeir vahidləri.
Süjet və kompozisiya anlayışları.


 XI SİNİF

Qədim dövr Azərbaycan ədəbiyyatı.
Şifahi xalq ədəbiyyatı.
Aşıq yaradıcılığı.
“Kitabi-Dədə Qorqud” eposu. “Salur Qazanın evinin yağmalanması” boyu.
N.Gəncəvinin həyatı və yaradıcılığı. “İsgəndərnamə” poeması.
Orta dövr Azərbaycan ədəbiyyatı. Anadilli və farsdilli ədəbiyyat nümunələrinin fərqləndirilməsi.
İ.Nəsiminin həyatı  və yaradıcılığı. “Yanaram” və “Mən mülki-cahan”qəzəlləri.
Ş.İ.Xətayinin həyatı və yaradıcılığı. “Ayrılır” qəzəli, “Dəhnamə” məsnəvisi.
M.Füzulinin həyatı və yaradıcılığı. “Əql yar olsaydı” qəzəli və “Leyli və Məcnun” poeması.
Yeni dövr Azərbaycan ədəbiyyatı. “Koroğlu” eposu.
M.P.Vaqifin həyatı və yaradıcılığı. “Bəri bax” qoşması, “ Bax” qəzəli, “Görmədim” müxəmməsi
Q.Zakirin həyatı və yaradıcılığı. “Gəlsin” , “Vilayətin məğşuşluğu haqqında”qoşmaları , “Eylər” müxəmməsi.
M.F.Axundzadənin həyatı və yaradıcılığı.
Ədəbiyyat nəzəriyyəsi :
Lirik və epik növlər ( bu növlərin janr xüsusiyyətləri). Şeir vahidləri. Süjet və kompozisiya anlayışları.
Bədii təsvir və ifadə vasitələri.
Ədəbiyyatda gülüş. Satira və yumor.
Dramatik növ və onun janrları.

Biologiya

X sinif

İbtidailər
Bağırsaqboşluqlular
Qurdlar
Molyuskalar
Buğumayaqlılar
Dərisitikanlılar
Balıqlar
Suda-quruda yaşayanlar

XI sinif

Qurdlar
Molyuskalar
Buğumayaqlılar
Dərisitikanlılar
Balıqlar
Suda-quruda yaşayanlar
Sürünənlər
Quşlar
Məməməlilər


Riyaziyyat

X     I-II  QRUP

Tam cəbri ifadələr. Çevrə.
Həqiqi ədədlər.
Çevrə.Faiz. Nisbət. Tənasüb. Üçbucaqlar.
Adi və onluq kəsr. Üçbucaqlar.

XI     I-II  QRUP

Birməchullu tənliklər. Tənliklərin köməyi ilə məsələ həlli. Dördbucaqlılar.
Kvadrat köklər. Həqiqi üstlü qüvvət. Dördbucaqlılar.
Cəbri kəsrlər.
Çevrə.Vuruqlara ayırma. Cəbri kəsrlər. Çevrə.

X     I-III  QRUP

Tam cəbri ifadələr. Çevrə.
Həqiqi ədədlər.
Çevrə.Faiz. Nisbət. Tənasüb. Üçbucaqlar.

XI     I-III  QRUP

Kvadrat kök.  Dödrbucaqlılar
Cəbri kəsrlər. Çevrə.
Vuruqlara ayırma. Cəbri kəsrlər.
Tam cəbri ifadələr.
Həqiqi ədədlər.
Çevrə.


DEKABRIN 30-u NİYAL HAZIRLIQ KURSLARINDA SINAQ İMTAHANI KEÇİRİLƏCƏK.

IX - XI sinif şagirdlərinin NƏZƏRİNƏ!


30.12.2012-ci il, saat 10:00-da Niyal hazırlıq kurslarında MQT3 Sınaq imtahanı keçiriləcək.

Qeydiyyatdan keçməyə tələsin!

*İmtahana qeydiyyat Niyal kurslarında aparılır.
Məlumat üçün: (070) 647 82 92 -Vasif müəllim

MQT 2 - (25.11.2012) ÖNCÜLLƏRİMİZ


25.11. 2012-ci il tarixdə keçirilən II Mövzu Sınaq İmtahanında 500 baldan yuxarı nəticə göstərən fəal şagirdlərimiz bunlardır:
 
1.     Rafael Əliyev        –  601 bal
2.     Aqil Əsgərov            –  574 bal
3.     Aişə Babayeva            – 552 bal
4.    Sevinc Mustafayeva     – 525 bal
5.   Samir Məmmədov          – 504 bal

Ötən sınaqla müqayisədə bu dəfəki nəticələr heç də ürəkaçan olmadı. Zəif nəticə göstərdilər. 


Dekabrda keçiriləcək Növbəti III Mövzu Sınaq imtahanında daha da yüksək nəticələr gözləyir və siyahımızın artmasını arzu edirik.

Payızı çox sevirəm - / İsmayılov Elvin


VI sinif şagirdi İsmayılov Elvinin şeiri.
********************************


Payızı çox sevirəm,
Çünki rüzgarlı olur,
Yerə düşən yarpaqlar
Sanki bir xalı olur.

Payızı çox sevirəm,
Çünki meyvəli olur,
Uşaqların ürəyi,
Sevinc, fərəhlə dolur.

Payızı çox sevirəm,
Şırhaşır yağmur yağır,
Sanki göylərdən yerə,
Bolluq yağır, nur yağır.

Payızı çox sevirəm,
Havalar sərin olur,
İstilər yormur bizi,
Yuxumuz dərin olur.

Payızı çox sevirəm,
Çünkü payız gözəldir,
Onun əlvan rəngləri,
Fəsillərdə özəldir.

Tək bir şeyin sevmirəm,
Güclü şimşəklər olur,
Bağçamızda əkdiyim
Gözəl çiçəklər solur.


TQDK 11 vəsait nəşr etdi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 1992-2012-ci illərdə testologiya sahəsindəki fəaliyyətinə həsr edilmiş, bütün imtahan fənləri üzrə 11 adda vəsait nəşr edib. 

Bu vəsait müəllimlər, test tərtibçiləri, ekspertlər, şagirdlər, abituriyentlər, ümumi təhsil müəssisələri üçün nəzərdə tutulub.

Vəsaitlər tədris proqramlarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi işində təhsil işçilərinə yardımçı olacaq. Müəllimlər vəsait vasitəsilə test tapşırıqlarının ölçmə və qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra tədris prosesində qabaqcıl təlim üsullarına (interaktiv, konstruktiv və s.), xüsusilə də nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarına daha geniş yer verə biləcəklər.
TQDK-nın apardığı elmi-metodiki təhlillər valideynlərin maraqları ilə üst-üstə düşdüyündən vəsait onlar üçün də əhəmiyyətli olacaq. Əksər ailələrdə bir neçə uşağın təhsil aldığını nəzərə alsaq, valideynlər bu kitablardan istifadə etməklə öz övladlarının təhsilinə, dərslərə hazırlığına nəzarət etmək imkanına malik olacaqlar.
Vəsait test tərtibçilərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun test tapşırıqları hazırlamaqda və test tapşırıqlarının tərtibinə elmi, metodiki cəhətdən daha peşəkarlıqla yanaşmaqda kömək edəcək.
Ekspertlər vəsaitdə verilən təhlil və şərhlər vasitəsilə TQDK-nın fənlər üzrə test topluları və digər vəsaitlərindəki test tapşırıqlarının inkişaf dinamikasını izləyə biləcəklər.

Vəsaitdəki məlumatlar bir çox cəhətdən qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri üçün faydalı olacaq. Onlar bu vəsaitlə tanış olaraq, müxtəlif məzmunlu test nümunələrinin ötən illərin abituriyentləri tərəfindən necə cavablandırıldığını, hansı mövzuların sadə, hansı mövzuların mürəkkəb olduğunu analiz edəcək, zəif cavablandırılan və ya cavab verməkdən imtina edilən test tapşırıqları ilə bağlı mövzuları daha dərindən öyrənməyə çalışacaqlar.

Voleybol yarışı (oktyabr-2012)


Niyal Hazırlıq Kursları öz şagirdləri ilə oktyabr ayı ərəfəsində qrup və siniflər üzrə komandalararası voleybol yarışı keçirtdi.

Yarışda iştirak edən komandalar arasında Cəlal müəllimin kapitanlıq etdiyi "XI sinif, II qrup" komandası birincilik qazandı.

"Qırılmış xəyallarımız" - Mikayılova Çiçək və Seyfiyeva Leyla


Qırılmış xəyallarımız
(Kiminin əvvəli, kiminin axırı)
---------------------------------------------------------
Soyuq bir qış günü idi. Küçələrdə bir səssizlik, bir vahimə hökm sürürdü. Qar yağırdı. Şəhərin gözəl işıqları ilə yaranan mənzərə insan qəlbini valeh etsə də, şəhər dərin bir quyu kimi idi. Hava elə soyuq idi ki.. sanki minlərlə insanın ahı var idi havada..
Böyük və zərafətli bir tikili qarşısında kiçicik bir nəfəs vardı. Sadəcə titrək əlləri və zəif qəlb döyüntüləri olan bir balaca uşaq.. Soyuq iliklərinə qədər işləmişkən, gözünü uzaqlara dikərək, səsi belə çıxmadan dizi üstə çökmüş, uzun müddət  şəhərə hakim olan bu səssizliyi pozmayan qarla danışırmış kimi sakit bir şəkildə mızıldanırdı. Sanki sonu qaranlıq görünən gələcəyini, qırılmış xəyallarını düşünürdü...
Elə bu vaxt: qarşısında zənginlərə məxsus və yuxusunda belə görmədiyi gözəl bir maşın dayandı. Balacanın gözlərində yox olmuş işıq yeniden parladı və bir anlıq dondu. Sadəcə olanları seyr edir və vəziyyəti anlamağa çalışırdı. Maşından yaraşıqlı bir bəy, gözəl bir xanım və şirin bir uşaq endi. Balaca isə bu insanlara heyrətlə baxır və sanki qəribə bir şey görürmüş kimi izləyirdi. Onlar balacaya yaxınlaşdıqca o özündə bir qorxu hiss edirdi. Balaca da özündə cəsarət toplayıb tərəddüdlə də olsa onlardan pul istədi. Lakin bu insanlar çox kobud və özünü bəyənmiş olduqları üçün balacanı itələyərək özlərindən uzaqlaşdırdılar..
“-Rədd ol!!! Bizə necə yaxınlaşırsan?! Sənin kimi bir dilənçi parçasına verəcək pulumuz yoxdur bizim... Kimsəsizliyinin günahkarı biz deyilik. İyrənc məxluq...!” –deyib, qadın öz uşağının qolundan tutaraq özünə çəkdi: "gəl balam, yoxsa sənə də bulaşdırar bu öz çirkini". Bunları söyləyərək balacanı tək başına buraxıb qarşıdakı dəbdəbəli restorana girdilər. Balaca sanki yuxudan oyanırmış kimi bir an diksindi və öz-özünə düşünməyə başladı:
“Niyə mən?! Doğrudan da özüməmmi kimsəsizliyimin səbəbi?! Acı taleyimin gunahkarı kimdir?! Niyə mən?!”
Bir neçə saat keçdi. Balaca buz kimi havada yavaş-yavaş donurdu artıq. Acı həyatı ilə birlikdə ümidlərini də gömürdü torpağa...
...Sübh çağı. Dünənki gecənin müdhiş soyuqluğundan əsər-əlamət yox idi. Günəş üfüqdə parlayır, bəyaz qar isə günəşin zəif işıqları altında qızarırdı. Havada ilıqlıq var idi. Ölü şəhər sanki dirilməkdə idi.

            Balaca da gözlərini açdı. Nağıllar aləminə düşdüyünü fikirləşirdi. Özünü belə gözəl bir otaqda görəndə çox təəccüblənmişdi. Nə baş vermişdi? Necə olub buraya düşmüşdü?..
Otağı gözdən keçirtdi və yanındaca yaşlı və üzündən nur tökülən bir kişi gördü. Kişiyə baxaraq soruşdu:
- Haradayam mən? Siz kimsiniz?
Yaşlı kişi cavabında:
- Oğlum, sən dünən soyuqla mücadilə etməkdə idin. Mən də səni incidən o insanları gördüm və qəlbim ağrıdı. Mənim övladım yoxdur... və bir anlıq səni balammış kimi hiss etdim.. Anan, atan varmı sənin?
Balaca:
-Mən yetim və kimsəsizəm. Həyatı dərk etdiyim gündən bəri gördüyüm tək yer küçələr olub. Sahib olduğum tək şey yalnızlığım və bir neçə il öncə diləndiyim bu dəsmal...
Dinlədikcə qocanın ürəyi parçalandı və o gündən sonra bu yetimi öz oğlu yerinə qoydu... Bu qoca, həmin o dəbdəbəli restoranın sahibi imiş sən demə.
İllər keçdi. O rəhimli insan dünyasını dəyişdi və vəsiyyəti üzrə bütün mal varlığını böyütdüyü bu oğlana verdi. Oğlan da artıq böyümüş, məşhur, öz branşı üzrə adlı-sanlı bir doktor olmuşdu.
Keçən bu illər oğlanın uşaqlıq xatirələrinə pis iz buraxan zəngin ailəyə də təsir etmişdi. Onların oğlu böyümüş və pis yola düşmüşdü... Ailəsinin bütün pulunu qumara yatırmış və bütün mal varlıqlarını uduzmuş və atası da bu hadisədən ürəyi dayanıb ölmüşdü. Oğlan oxumamış, avara uşaqlarla dostluq etmiş və nəticədə; çox pis xəstəliyə yoluxmuşdu. Vəziyyəti günü-gündən daha da ağırlaşırdı.
Anası oğluna çox öyüd verdi, amma nafilə. Sonda bu avara yeriməyəcək hala gəlmiş və yatağa düşmüşdü.
Bir gün bu zalım qadın, məşhur doktorun adını eşidir  və onun qəbuluna düşməyi qərarlaşdırır. Uzun gözləmədən sonra növbə bu qadına çatdı. Güc-bəla ilə oğlunu qaldırıb gələrək, həkimin qapısını döydü və içəridən  bir səs gəldi :
- Buyurun !
Qadın oğlu ilə otağa keçib əyləşdi və dərdini anlatmağa çalışdı. Doktor isə başını qaldırmadan dinlədi. Qadına baxanda birdən dondu bir anlıq. Qadına baxdı və gözünün önündə keçmiş canlandı. Qəlbində ömrü boyu duymadığı hisslər baş qaldırdı.  25 il öncə yaşadığı o soyuq qış gününü sanki dünənmiş kimi xatırladı. İçində nifrət və qəzəb tüğyan edən qəlbi çox sıxıldı.
Qadın :
-Doktor... eşidirsiniz? Sağalacaqmı oğlum?
Doktor:
-Bəli! ... Bəli...
Bir təhər özünə gələn həkim, qəlbindəkiləri gizləyərək sözünə davam etdi:
-Bəli, sağala bilər, lakin çox məsrəfiniz olacaq. Özünüz düşünün..
Qadın çarəsiz bir şəkildə otağı tərk etdi və oğlu ilə evinə doğru yol aldı.
Doktor hirsini cilovlamağa çalışırdı, amma bir zaman qadının ona etdiyi davranışı xatırlayıb rahat ola bilmirdi. Sanki sevinirmiş kimi qəlbini bir kin hissi bürüdü. Amma belə olduğu halda özünün də onlardan bir fərqsiz olduğunu düşündü və bu ona heç yaraşmazdı.. tez arxaları ilə qaçdı.
- Xanım!! İstəyirsinizsə, mən sizə kömək edə bilərəm.
Qadın susdu.
Onsuz da başqa bir əlacı yox idi. Sevincindən də doktora necə təşəkkür edəcəyini bilmirdi. Məzlumca baxmaqla kifayətləndi.
Doktora bu baxışlar tanış idi.
...Bəli! Aylar keçdi qadının oğlu 1 qəpiksiz sağaldı. Qadın indi anlayırdı ki, həyatda bəzi şeylər pul ilə ölçülmür. Və indi tək minnətdar olduğu bu doktor idi. Onu da öz oğlu kimi sevməyə başlamışdı. Lakin həkimin içindəki qızğınlıq hələ də tam olaraq keçməmişdi. Buna görə də başqa bir şəhərə getməyi qərara aldı. Çox düşündü. Gedib bəlkə hər şeyi danışaydı?.. Yox, bunu bacarmazdı. Və oturub məktub yazdı...
Sabah olar-olmaz qadıngilin evinə üz tutdu. Qapını döydü və gözlədi. Qadın qapını açaraq:
-Həə, oğlum sən idin? Gəl, gəl içəri! -dedi.
Həkim isə:
(zərfi uzatdı) -Xeyr.. Girməyəcəyəm -dedi və sonra heç nə söylemədən oradan uzaqlaşdı. Qadın bir şey anlamadan zərfi açdı və oxumağa başladı...
Məktubda yazılmışdı:
“MƏN BİR ZAMANLAR UŞAQ İDİM. HƏM DƏ KİMSƏSİZ BİR UŞAQ... BİR GÜN - SOYUQ BİR QIŞ GECƏSİ BİR QADINDAN ÇÖRƏK ALMAQ ÜÇÜN PUL İSTƏDİM. ÇÜNKİ AC İDİM. O GÜN O MƏNƏ ÇÖRƏK PULU VERSƏYDİ, MƏN ONA ÖZÜMÜ ÖMÜR BOYU BORCLU SANARDIM. AMMA O QADIN MƏNİ İTƏLƏYƏRƏK, ÖZ UŞAĞI İLƏ MƏNƏ BAXIB “SƏN BİR İYRƏNC MƏXLUQSAN” DEMİŞDİ. İLLƏR KEÇDİ, HƏYAT O QADINI MƏNƏ MÖHTAC ETDİ. PULU, İMKANI OLA-OLA, MƏNƏ “BİR DİLƏNÇİYƏ VERƏCƏK PULUMUZ YOXDUR” DEDİ VƏ ZAMAN GƏLDİ, DOĞRUDAN DA ELƏ OLDU.
 KİMİN AXIRI NECƏ OLACAQ BİLİNMİR. MƏN ƏLİMDƏ OLANLARIN BİR GÜN OLMAYACAĞINI DÜŞÜNDÜM. BUNU SƏNƏ DƏ TÖVSİYƏ EDƏRDİM. HƏYATI VƏ İNSANLARI AYIRMADAN SEVİN. ÇÜNKİ HƏYATIN BİZƏ NƏLƏR GÖSTƏRƏCƏYİ HEÇ KİMƏ MƏLUM DEYİL!!”


Redaktə və düzəliş: Zamir Erkin

MQT 1 - (21.10.2012) Öncüllərimiz


21.10. 2012-də keçirilən I Mövzu Sınaq İmtahanında 500 baldan yuxarı nəticə göstərən fəal şagirdlərimiz bunlardır:
 
1.     Rafael Əliyev         –  626 bal
2.     Aqil Əsgərov            –  616 bal
3.     Leyla Seyfiyeva           – 588 bal
4.     Aişə Babayeva                 – 571 bal
5.   Sevinc Mustafayeva        – 570 bal
6.   Samir Məmmədov             – 557 bal
7.     Şahin Nadirzadə                – 537 bal
8.    Lalə Müslümzadə            – 532 bal
9.    Sibel İbrahimov            – 519 bal
10.   Eyvaz Babazadə        – 512 bal
11.   Davud Ağayev        – 509 bal



Noyabrın 25-də keçiriləcək Növbəti II Mövzu Sınaq imtahanında daha da yüksək nəticələr gözləyir və siyahımızın artmasını arzu edirik.

MQT 2 mövzular


25 noyabrda keçiriləcək II Mövzu Sınaq İmtahanına düşə biləcək mövzular:

Azərbaycan dili


Sifət. Sifətin quruluşca növləri, dərəcələri, isimləşməsi, cümlədə rolu. Sifətin morfoloji təhlili.        
Say. Sayın quruluşca növləri, sayın məna növləri, sayın isimləşməsi, sayın cümlədə rolu. Sayın morfoloji təhlili.    
Əvəzlik. Əvəzliyin quruluşca növləri. Əvəzliyin məna növləri.  O, bu əvəzliklərindən sonra vergülün işlənməsi. Əvəzliyin morfoloji təhlili
Zərf. Zərfin quruluşca növləri, məna növləri. Zərfin sifət, say və s digər nitq hissələrindən fərqlənməsi.Zərfin cümlədə rolu. Zərfin isimləşməsi Zərfin Morfoloji təhlili.
***
Ədəbiyyat

Salur Qazanın evinin yağmalanması boyu. Məzmunu, təhlili vəşeirlərin əzrbərlənməsi.    
N. Gəncəvinin həyatı və yaradıcılığı.          
Ədəbiyyat nəzəriyyəsi: süjet və kompozisiya.Təhkiyə və tərənnüm.
«İskəndərnamə» poeması, məzmunu, təhlili.  
***

Riyaziyyat

Vuruqlara ayırma. Cəbri kəsrlər. Çevrə.                  
Cəbri kəsrlər.
Çevrə.                
Kvadrat köklər. Həqiqi üstlü qüvvət. Çevrə.          
Kvadrat köklər. Həqiqi üstlü qüvvət. Dördbucaqlılar.
***
Fizika

Elastiklik qüvvəsi, sürtünmə qüvvəsi.                                                          
Statikanın əsasları.  
1. İmpuls. Enerji. Saxlanma qanunları.
2. Mexaniki iş. Güc
***

Kimya

Oksidlər.
Əsaslar
Turşular.
***

Biologiya

Bitkilərin əsas qrupları                          
Bitki aləminin inkişafı. Bakteriya.
Göbələk. Şibyə                                        
Heyvanlar aləmi. İbtidailər. Süngərlər
Qurdlar. Molyuskalar tipi
***

Coğrafiya

Atmosfer; Atmosferin quruluşu və əhəmiyyəti; Günəş radiasiyası; Atmosfer təzyiqi və temperatur; “Atmosfer təzyiqi və temperatur ” mövzularına aid məsələ həlli;                                                                        

Külək; Atmosferin ümümi sirkulyasiyası; Atmosferdə su; Yağıntılar; Hava kütlələri; Hava və iqlim; İqlim qurşaqları; Bölmənin təkrarı);                                                                                                                              

Hidrosfer; Dünya Okeanı və onun hissələri; “ Dünya Okeanında duzluluq” mövzusuna aid məsələ həlli; Okeanda quru sahələr; Dəniz; Körfəz; Boğaz; Bərzəx; Ada; Yarımada; Okeanda suyun hərəkəti; Dalğa; Okean cərəyanları; Qabarma və çəkilmə;
***
Tarix

Ərəb dövlətinin yaranması.Azərbaycan feodal dövlətləri.    
Almanlar.Slavyanların Azərbaycana hücumu.Kənd təsərrüfatı.Mədəniyyət.
Bizans. Slavyanlar. Azərbaycan Böyük Səlcuq İmperatorluğunun tərkibində.Azərbaycan xalqının Cənubi Qafqazda əsas etnik amilə çevrilməsi.Şirvanşahlar dövləti.
***
İngilis dili

The Pronoun. Əvəzliklərin növləri. Şəxs əvəzlikləri (Personal), Yiyəlik əvəzlikləri (Possessive), Qayıdış əvəzlikləri (Reflexive), Qarşılıq əvəzlikləri(Reciprocal), İşarə əvəzlikləri (Demonstrative), Some, any, no, every əvəzlikləri və onların törəmələri. One sözünün müxtəlif mənalarda işlədilməsi. Təyini əvəzliklər (Defining), İnkar əvəzliklər (Negative), Sual əvəzlikləri (İnterrogative), Nisbi əvəzliklər ( Relative), Bağlayıcı əvəzliklər (Conjunctive)                                                                              

The Pronoun. Əvəzliklərin növləri. Şəxs əvəzlikləri (Personal), Yiyəlik əvəzlikləri (Possessive), Qayıdış əvəzlikləri (Reflexive), Qarşılıq əvəzlikləri(Reciprocal), İşarə əvəzlikləri (Demonstrative), Some, any, no, every əvəzlikləri və onların törəmələri. One sözünün müxtəlif mənalarda işlədilməsi. Təyini əvəzliklər (Defining), İnkar əvəzliklər (Negative), Sual əvəzlikləri (İnterrogative), Nisbi əvəzliklər ( Relative), Bağlayıcı əvəzliklər (Conjunctive)

The Pronoun. Əvəzliklərin növləri. Şəxs əvəzlikləri (Personal), Yiyəlik əvəzlikləri (Possessive), Qayıdış əvəzlikləri (Reflexive), Qarşılıq əvəzlikləri(Reciprocal), İşarə əvəzlikləri (Demonstrative), Some, any, no, every əvəzlikləri və onların törəmələri. One sözünün müxtəlif mənalarda işlədilməsi. Təyini əvəzliklər (Defining), İnkar əvəzliklər (Negative), Sual əvəzlikləri (İnterrogative), Nisbi əvəzliklər ( elative), The Numeral. Say düzəldən suffikslər. Miqdar və sıra sayları. Sıra saylarının düzəldilməsi. Many, much, little, few, a little, a few  a lot (of) sözlərinin işlənməsi.

The Adjective. Sifətin əsas qrammatik əlamətləri.Sifət düzəldən suffikslər və prefikslər Sifətin dərəcələri. Müqaysiə və üstünlük dərəcələrinin düzəldilməsi və işlədilməsi. Müqayisə və üstünlük dərəcələri kökündən dəyişməklə düzələn sifətlər.

Bill Geytsin yuxarı sinif şagirdlərinə 11 məsləhəti


Bill Geyts deyib ki, bu məsləhətləri şagirdlər məktəbdə heç vaxt eşitməyəcəklər, çünki məktəb belə şeyləri öyrətmir.

1.     Həyat ədalətsizdir – bununla barışmalısan.
2.     Sənin özünüduyman və özünəhörmətin dünyanın vecinə deyil. Dünya səndən müəyyən nailiyyəti gözləyir  - yalnız bundan sonra sənin ləyaqət hissin nəzərə alınacaq.
3.     İnandırıcı deyil ki, məktəbi bitirən kimi sən ildə 40 min alacaqsan. Sən şirkətin vise-prezidenti olmayacaqsan, öz şəxsi sürücünlə limuzində gəzməyəcəksən – bütün bunları qazanmaq lazımdır.
4.     Əgər düşünürsən ki, müəllim sənə qarşı qərəzli və tələbkardır – öz müdirinlə tanışlığı gözlə. Müəllimdən fərqli olaraq, müdirin vəzifəsi sənə verilən tapşırıqların yerinə yetirilməsinin keyfiyyətindən  asılıdır.

5.     Makdonaldsda kartof qızartmaq sənin ləyaqətini alçaltmır. Sənin əcdadların istənilən işi  yaxşı şans sayırdılar.
6.     Hər uğursuzluğunda öz valideynlərini günahlandırmağa tələsmə. Ağlayıb-sızlama, səhvlərindən nəsə öyrən.
7.     Sən doğulana qədər valideynlərin sənin hesab etdiyin kimi darıxdırıcı və maraqsız insanlar deyildilər. Onlar sənin qayğısız uşaqlığını təmin edərkən, pal-paltarını yuyarkən, sənin lovğalıqlarına qulaq asarkən maraqsiz insan olmuşlar. Odur ki, valideynlərinin acgöz nəsli tərəfindən məhv edilən Amazonka meşələrini xilas etməyə getməzdən əvvəl, heç olmasa öz otağını səliqəyə sal.
8.     Sənin məktəbində şagirdləri qaliblərə və uğursuzlara bölməsələr də, həyat bölür. Məktəbdə eyni sınaqdan dəfələrlə keçməyə icazə ola bilər, həyat sənə bu şansı vermir.
9.     Həyat semestrlərə bölünmür, onda yay tətilləri də olmur, və çox az adam var ki, sənə öz “Mənini” tapmağa kömək etmək istəyir. Bunu sən öz şəxsi vaxtının hesabına etməlisən.
10.  Gerçək həyatla televizorda gördüyünü qarışdırma. İnsanlar      həyatlarının çox hissəsini restoranda deyil, iş yerində keçirirlər.
11.  “Mama uşağı” saydığın insanlarla yaxşı münasibətdə ol. Bilmək olmaz, bəlkə onlardan biri gələcəkdə sənin müdirin təyin edildi?

TQDK-nın nəşrlərinin saxtalaşdırılmış nümunələri istifadəçiləri çaşdırır

Son vaxtlar müəyyən qüvvələr tərəfindən TQDK-nın siniflər üzrə test kitablarının saxta nümunələrinin qeyri-qanuni yollarla çapı və  onların Bakı şəhərində, həmçinin ölkənin digər şəhər və rayonlarında satışı təşkil olunur.

Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.

İmtahan qabağı yaddaşı gücləndirən qidalar


      Yediyiniz qidalar diqqəti cəmləməyə, yaddaşı gücləndirməyə və daha yaxşı öyrənməyə xidmət edir. Məsələn, adi kökün yaddaşın möhkəmlənməsinə, ananasın isə əzbərləmə qabiliyyətinə nə qədər yardım etdiyini bilirsinizmi? Bəs limonun qavramaya yardım etmək qabiliyyəti haqda? İmtahanda stressin öhdəsindən gələcək qida məhsullarını bilməyiniz lap yerinə düşər. 

Sinir sistemi üçün 
Qoz, fındıq, fıstıq zehnin uzun müddət çalışmaq imkanını artırır. Beynin əlaqələndirici maddələrinin əmələ gəlməsinə səbəb olur.

NİYAL HAZIRLIQ KURSLARI KOMANDASI



23.12.2011-ci il tarixində "NİYAL HAZIRLIQ KURSLARI KOMANDASI" İdman aylığı çərçivəsində idarə, müəssisə və təşkilatlar arasında keçirilən "Stolüstü-tennis" üzrə rayon birinciliyində II (ikinci) yeri tutduğuna görə İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən DİPLOM-la təltif edilmişdir..

Yaddaşı gücləndirmək üçün 10 qayda

Tərs əl tapşırığı: İnsanlar ümumiyyətlə alışqan olduğu əli istifadə etmək istəyərlər.Halbuki beynin bir hissəsi bir istiqaməti,digər hissəsi isə digər istiqaməti təmsil edər.Biz gündəlik etdiyimiz işləri alışqan olmadığımız əlimizlə etsək,digər hissəni hərəkətə keçirmiş olacağıq.

Uşaq oyunu tapşırığı: Uşaqlar kimi getdiyiniz hər yerdə hər şeyə maraqlanın. Məsələn getdiyiniz bir ticarət mərkəzindəki əşyaları araşdırın,toxunun və ya yanınızdan keçən insanların danışığını dinləyin.Bu şəkildə nadir edilən əlaqələri canlandırar və beyninizi işlətmiş olarsınız.

Hərf çalışması: Qəzet və ya jurnal oxuduğunuzda,yanınızda bir qələm saxlayın.Və oxuduğunuz sözlərdəki cüt yazılmış hərflərin üzərindən xətt çəkin.Və ya bilmədiyiniz sözlərin üstünü çəkin və gündəlik həyatda istifadə etməyə çalışın.

Oktyabrın 21-i Niyal hazırlıq kurslarında Sınaq imtahanı keçiriləcək.

IX - XI sinif şagirdlərinin NƏZƏRİNƏ!


21.10.2012-ci il, saat 10:00-da Niyal hazırlıq kurslarında Sınaq imtahanı keçiriləcək.

Qeydiyyatdan keçməyə tələsin!

*İmtahana qeydiyyat Niyal kurslarında aparılır.
Məlumat üçün: (070) 647 82 92 -Vasif müəllim

Niyal kursları reklam çarxı


Facebook səhifəmiz






Facebookda Niyal Hazırlıq Kursları səhifəsini bəyənmisinizmi?