Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

Kursumuzun şagirdləri gəzintidə (FOTO)


Niyal Hazırlıq Kurslarının yay kursu şagirdləri gəzintidə olub.
Hazırlıq kursunun ali məktəbə hazırlaşan abituriyentləri müəllimlərlə birlikdə İsmayıllı rayonun Gəndov kəndində piknik təşkil ediblər. Gəzinti əsnasında şagirdlər olduqca əyləncəli vaxt keçiriblər. Daha sonra isə rayonun qədim tarixə malik görkəmli yerlərindən hesab edilən Lahıc kəndinə də yollanıblar. Kənddəki ab-hava, tarixi məkanlar şagirdlərin ürəyincə olub. Kursumuzun gəzintidə çəkilən görüntülərini təqdim edirik:

Kursumuzun müəllimi Türkiyədə beynəlxalq tədbirdə çıxış etdi

   Tədbiri Türkiyənin Səlcuq Universiteti Türk İncəsənəti Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya Böyükşəhər bələdiyyəsi, İtaliyanın Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Assosasiyası (YOCOCU), “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai birliyi (Azərbaycan) birgə təşkil etmişdir.
Konfransın açılışında təşkilat komitəsinin baş katibi Əhməd Aytac tədbirin məqsəd və əhəmiyyətindən danışdı. Bildirdi ki, konfransın keçirilməsinin məqsədi türk incəsənəti, tarixi, folklorunu araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti tanış etməkdir. Konfransda 10 ölkədən 150-dək nümayəndə iştirak edirdi.
Konfransın həmsədri, “MİRAS” ictimai birliyinin rəhbəri Fariz Xəlilli Azərbaycan və Türkiyənin müvafiq qurumları və elm adamları arasında əlaqələrin genişlənməsində, türkdilli xalqların tarix və mədəniyyətinin araşdırılmasında bu cür tədbirlərin əhəmiyyətindən danışdı.
YOCOCU sədrinin müavini Marta Karoselli, Səlcuq Universiteti Türk İncəsənəti Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri Osman Kunduracı, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, türkiyəli sənətşünas 
Örcün Barışta, Səlcuq Universitetinin prorektoru Mustafa Şahin və Konya Böyükşəhər bələdiyyəsinin katibi 
Əbdülməlik Ötegen türkdilli xalqların mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafına kömək edən görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladılar.
Kursumuzun İngilis dili müəllimi Şərafət Bayramov da IV Beynəlxalq Türk Sənət, Tarix və Folklor konfransında iştirak etmişdir.  “Qədim türk tayfaları” mövzusunda çıxış etmiş və beynəlqxalq sertifikat almışdır.
“MİRAS” musiqi qrupunun üzvləri tədbirdə Azərbaycan muğam və xalq mahnılarından nümunələr ifa etdilər.