Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

Bu ildən etibarən ixtisas qruplarının sayı dörddən beşə artırılmışdır.

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən, bu ildən etibarən ixtisas qruplarının sayı dörddən beşə artırılmışdır.

V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla). 
 
V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər. 
 
Qeyd etmək lazımdır ki, yeni dəyişikliklərə əsasən bu ildən etibarən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıtərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləriburaxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. 
 
Tədris ingilis və ya gürcü dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənnindən verirlər. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Onlara tədris dilində hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. 
 
Tədris ingilis və ya gürcü dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və ya orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün ali və ya orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olan ana dili fənnindən də imtahan verməlidirlər. 

 
Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə aparılır. Abituriyent I, II, III və IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. Həmin ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Yəni, abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, III və ya IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər. 
 
Bundan əlavə abituriyent V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən (cari ilin abituriyenti isə buraxılış imtahanının nəticələrinə əsasən ) orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. 

Yeni dəyişikliklərə əsasən, əvvəllər IVixtisas qrupuna daxil olan torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi və meşəçilik ixtisasları I ixtisas qrupuna aid edilmişlər, əvvəllər I ixtisas qrupuna daxil olan geodeziya və xəritəçilik mühəndisliyi, yer quruluşu, torpaq və şəhər kadastrı və nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları II ixtisas qrupuna aid edilmişlər.  



Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı!




Ərizə qəbulu01 aprel - 30 aprel
Qəbul imtahanı (əvvəlki illərin məzunları)
II və III qruplar üzrə17 may
I və IV qruplar üzrə 24 may
Qəbul imtahanı (cari ilin məzunları)
I və IV qruplar üzrə14 iyul
II və III qruplar üzrə                                                                       25 iyul


MQT 5 Mövzuları – 22 Fevral 2015-ci il

MQT 5 MÖVZULARI – 22 FEVRAL 2015-Cİ İL
AZƏRBAYCAN DİLİ
IX-X SİNİF
1. Fonetika
2. Leksika
3. Söz yaradıcılığı
4. Morfologiya: Əsas nitq hissələri, Köməkçi nitq hissələri
5. Sintaksis, Söz birləşmələri
XI SİNİF
1. Fonetika
2. Leksika
3. Söz yaradıcılığı
4. Morfologiya: Əsas nitq hissələri, Köməkçi nitq hissələri
5. Sintaksis: Söz birləşmələri, sintaktik əlaqələr
6. Cümlənin məqsəd və intonasiyaya görə növləri
7. Cümlə üzvləri
8. Cümlənin həmcins üzvləri, həmcins üzvlərdə ümumiləşdirici sözlər, əlavə cümlələr. Həmcins üzvlərdə ixtisarlar. Xəbərin həmcins mübtədalarla uzlaşması. Cümlə üzvlərinin təhlili.
9. Sadə cümlənin şəxsə görə növləri. Müəyyən şəxsli cümlələr, qeyri müəyyən şəxsli cümlələr, ümumi şəxsli cümlələr, şəxssiz cümlələr. Adlıq cümlə. Söz cümlə.
10. Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə olmayan sözlər: xitab və ara sözlər. Xitab və ara sözlərdə durğu işarələri.
ƏDƏBİYYAT
X SİNİF
1. Təkrar.
2. «Leyli və Məcnun» poemasının məzmunu.
3. Yeni dövr Azərbaycan ədəbiyyatı (I mərhələ).
4. «Koroğlu» eposu. «Keçəl Həmzənin Qıratı qaçırması» qolu.
5. Dastan, qoşma və  qoşmanın növləri.
XI  SİNİF
1. Təkrar.
2. C.Məmmədquluzadə. «Anamın kitabı» tragikomediyası.
3. M.Ə.Sabir .«Amalımız, əfkarımız ifnayi-vətəndir» satirası. «Səttarxana» şeiri.
4. H.Cavid . «İblis» faciəsi.
5. Dramatik növ. Komediya, dram, faciə . Ədəbi məktəblər.
TARİX
X  SİNİF  II  QRUP
İbtidai İcma  qurluşu,Manna, Atropatena  Albaniya dövlətləri. Azərbaycan Sasani  dövründə, Ərəblərə  qarşı  üsyanlar. Feodal  dövlətlər. Səlcuq, Şirvanşah, Eldəniz dövlətləri. İntibah mədəniyyəti.Monqolların hücumu. Hülakülər.Teymur və Toxtamışın Azərbaycana yürüşü. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri.                                                                                           X  
SİNİF  III  QRUP
İbtidai  İcma  qurluşu, Manna, Atropatena,Albaniya. Azərbaycan  Sasani  və  Ərəblər  dövründə, Şəddadilər  dövləti.Eldənizlər,İntibah mədəniyyəti, Monqolların hücumları,Hülakülər.Teymur və Toxtamışın hücumları.Şirvanşahlar. Qədim Çin,Roma, Qərbi Hun, Uyğur, Ərəb, Səlcuq, Dehli,Monqol, Şərqi Avropa,Osmanlı, Teymuri dövlətləri. Səlibçilər, Fransa.
XI  SİNİF  II  QRUP  
İbtidai  icma  qurluşu, Manna,Skif, Azərbaycan  Sasani  və  Ərəblərin  hakimiyyəti  dövründə. Şirvanşahlar dövləti, Eldənizlər, Monqollar, Şirvanşahlar, Hülakülər dövlətləri.XIII-XIV əsr mədəniyyəti Qaraqoyunlu, Ağqoyunlu  və  Səfəvi  dövlətləri. Azərbaycan  XVII –XVIII əsrdə. Azərbaycan xanlıqları. Azərbaycan torpaqlarının bölüşdürülməsi, XIX əsrin 20-30-cu illərində Azərbaycan.
XI  SİNİF  III  QRUP 
Atropatena, Albaniya, Azərbaycan  Sasani və  Ərəblərin hakimiyyəti  dövründə. Qaraqoyunlu Ağqoyunlu,Səfəvi  dövlətləri.Azərbaycan  XVII-XVIII   əsrdə. Azərbaycan xanlıqları. Azərbaycan torpaqlarının bölüşdürülməsi, Azərbaycan XIX əsrin 20-30-cu illəri.Misir,Qaraxanlı və Qəznəvi dövlətləri. Dehli, Osmanlı, İngiltərə, XVII-XVIII əsrlərdə İngiltərə,Fransa,Rusiya,ABŞ, Osmanlı dövlətləri.
RİYAZİYYAT
X SİNİF  1-2-3-4
1. Natural  ədədlər
2. Adi  və  onluq   kəsrlər
3. Faiz, tənasüb  və  nisbət
4. Həqiqi  ədədlər
6. Tam  cəbri  ifadələr
7. Çoxhədlinin  vuruqlara   ayrılması
8. Cəbri kəsrlər
9. Kvadrat köklər
10. Bir  məchullu  tənliklər
11. Həndəsənin  ilk  anlayışları
12. Üçbucaqlar.
13. Çevrə
14. Dördbucaqlılar
15. Fiqurların  sahəsi.
XI SİNİF  1-2
1.  Silsilələr
2. Funksiya  və  qrafiki
3. Triqonometrik funksiyalar
4. Triqonometrik tənliklər və triqonometrik bərabərsizliklər.
5. Dördbucaqlılar və   çoxbucaqlılar
6. Fiqurların  sahəsi
7. Hərəkət. Oxşarlıq. Simmetriya
8. Təkrar  mövzular
XI  SİNİF   3-4
1.Cəbri  kəsrlər
2. Kvadrat  köklər
3. Bir məchullu  tənliklər
4. Tənliklər  sistemi
5. Bərabərsizliklər
6. Silsilələr
7. Dördbucaqlılar
8. Fiqurların  sahəsi
9. Təkrar mövzular
COĞRAFİYA
X SİNİF
1.Plan və xəritə
2.Litosfer
3.Atmosfer
4.Hidrosfer
5.Biosfer
6.Materiklər və okeanlar coğrafiyası
XI SİNİF
1.Plan və xəritə
2.Litosfer
3.Atmosfer
4.Hidrosfer
5.Biosfer
6.Materiklər və okeanlar coğrafiyası
7.Azərbaycan Respublikasının fiziki coğrafiyası; Azərbaycan Respublikasının iqtisadi coğrafi mövqeyi, təbii şəraiti, təbii və əmək ehtiyatları; Azərbaycan Respublikasının təsərrüfat sahələrinin coğrafiyası.
FİZİKA
X SİNİF
Molekulyar kinetik nəzəriyyə (MKN). İdeal qaz qanunları
1. MKN-nin əsas müddəaları. Broun hərəkəti.Diffuziya.
2. Molekulların kütləsi və ölçüsü. Maddə miqdarı vəvahidi. Nisbi atom kütləsi. Avoqadro sabiti. Molyar
kütlə. Molekulların konsentrasiyası.
3. İdeal qaz. Qaz molekulların sürəti. Molekulların orta kvadratik sürəti. İdeal qazın MKN -nin əsas
tənliyi.
4. Temperatur. Molekulun orta kinetik enerjisi. Bolsman sabiti. Temperaturun ölçülməsi. Mütləq
temperatur şkalası. Selsi şkalası. Temperatur şkalaları arasında əlaqə.
5. İdeal qazın təzyiqinin onun temperatur və molekulların konsentrasiyasından asılılığı.
6. İdeal qazın hal tənlikləri: Klapeyron və Klapeyron Mendeleyev tənlikləri. Universal qaz sabiti.
7. İzoproseslər (izotermik, izoxor və izobar). İdeal qazqanunları. İzoproseslərin qrafik təsvirləri.
Termodinamikanın əsasları
1. Daxili enerji. Daxili enerjinin dəyişmə üsulları. Biratomlu ideal qazın daxili enerjisi.
2. İstilikvermə və onun növləri. İstilikkeçirmə, konveksiya, şüalanma. İstilik miqdarı, cismin istilik
tutumu, maddənin xüsusi istilik tutumu.
3. İstilik tarazlığı. İstilik balansı tənliyi.
4. Termodinamikada iş.
5. Termodinamikanın birinci qanunu. İstilik proseslərində enerjinin saxlanması qanunu.
6. Termodinamikanın birinci qanununun izoproseslərə tətbiqi. Adiabat proses.
7. Biratomlu ideal qazın xüsusi istilik tutumu.
8. İstilik proseslərinin dönməzliyi. Termodinamikanın ikinci qanunu.
9. İstilik mühərrikləri və onların FİƏ. İdeal istilik mühərrikinin FİƏ. Karno düsturu.
Təkrar mövzular
XI SİNİF
Elektrik yükü. Elektrik sahəsi
1. Elektrik yükü və vahidi. Elektrik yükünündiskretliyi. Elementar yük. Elektroskop. Cisimlərin
elektriklənməsi və elektrostatik induksiya.
2. Elektrik yükünün saxlanması qanunu.
3. Yüklənmiş cisimlərin qarşılıqlı təsiri. Kulonqanunu. Burulma tərəzisi.
4. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi və vahidləri. Elektrik sahələri üçün superpozisiya
prinsipi. Nöqtəvi yükün elektrik sahəsi. Bərabəryüklənmiş metal kürənin elektrik sahəsi. Elektrik
sahəsinin qüvvə xətləri.
5. Bircins elektrik sahəsi. Elektrik sahəsində yüklü zərrəciklərin hərəkəti.
6. Yükün yerdəyişməsi zamanı elektrostatik sahənin gördüyü iş. Potensiallı sahələr. Potensial,
potensiallar fərqi (gərginlik) və vahidləri. Elektrik sahəsinin intensivliyi və potensiallar fər qi arasında
əlaqə. Elektrometr. Ekvipotensial səthlər.
7. Nöqtəvi yükün və yüklənmiş metal kürənin elektrik sahəsinin potensialı
8. Naqillər və dielektriklər elektrostatik sahədə. Dielektrik nüfuzluğu. Elektrik dipolu.
Elektrik tutumu. Elektrik sahəsinin enerjisi
1. Elektrik tutumu və vahidi. Kondensatorlar. Müstəvi kondensatorun elektrik tutumunun düsturu.
2. Kondensatorların ardıcıl və paralel birləşdirilməsi.
3. Yüklü kondensatorun elektrik sahəsi. Elektrik sahəsinin enerjisi, enerji sıxlığı və vahidi.
Sabit cərəyan qanunları
1. Elektrik dövrəsi və onun hissələri. Elektrik cərəyanı.Sabit cərəyan. Cə rəyan şiddəti və vahidi. Cərəyan
şiddətinin ölçülməsi. Ampermetr. Gərginlik vəvahidi. Gərginlik ölçülməsi. Voltmetr.
2. Naqilin müqaviməti və vahidi. Reostatlar. Xüsusi müqavimət. Xüsusi müqavimətin vahidi.
3. Dövrə hissəsi üçün Om qanunu. Naqilin volt-amper xarakteristikası.
4. Naqillərin ardıcıl və paralel birləşdirilməsi.
5. Cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi (EHQ) və vahidi. Tam dövrə üçün Om qanunu. Qısa
qapanma.
6. Cərəyanın işi və gücü. Vatmetr. Coul-Lens qanunu. Qapalı dövrənin FİƏ.
Təkrar mövzular
KİMYA
X SİNİF
Saf maddələr və qarışıqlar. Kimyəvi element, bəsit və mürəkkəb maddələr. Fiziki və kimyəvi hadisələr.
Nisbi atom kütləsi. Nisbi molekul kütləsi. Valentlik. Kimyəvi reaksiyaların tərtib olunması
Atomun quruluşu. Dövri qanun və dövri sistem.
Atomların xassələri: elektomənfilik, ionlaşma enerjisi, elektronahərislik, atom və ion radiusu
Kimyəvi rabitələr. Oksidləşmə dərəcəsi. Hibridləşmə. Kristal qəfəslərin tipləri.
Maddə miqdarı. Molyar kütlə. Avoqadro qanunu.
Kimyəvi reaksiyaların təsnifatı. İstilik effekti. Yanma və əmələgəlmə istiliyi. Hess qanunu.
Oksidləşmə-reduksiya reaksiyaları.
Kimyəvi reaksiyaların sürəti. Kimyəvi tarazlıq. Tarazlıq sabiti
Oksidlər.
Əsaslar
turşular.
Duzlar
Məhlullar və onların qatılığının ifadə üsulları.
elektrolitik dissosiasiya. İon mübadiləsi reaksiyaları.
Hidroliz
Elektroliz
Oksigen. Ozon.
Hidrogen. Su
VII qrupun əsas yarımqrup elementləri. Xlor.
Kükürd. Hidrogen-sulfid.
XI SİNİF
Saf maddələr və qarışıqlar. Kimyəvi element, bəsit və mürəkkəb maddələr. Fiziki və kimyəvi hadisələr. Nisbi atom və molekul kütləsi. Valentlik. Kimyəvi reaksiyaların tərtib olunması
Atomun quruluşu. Dövri qanun və dövri sistem. Atomların xassələrinin dövri sistem üzrə dəyişməsi
Kimyəvi rabitələr. Oksidləşmə dərəcəsi. Hibridləşmə. Kristal qəfəsin tipləri.
Maddə miqdarı. Molyar kütlə. Avoqadro qanunu.
Kimyəvi reaksiyaların təsnifatı. İstilik effekti. Yanma və əmələgəlmə istiliyi. Hess qanunu.
Oksidləşmə-reduksiya reaksiyaları.
Kimyəvi reaksiyaların sürəti. Kimyəvi tarazlıq. Tarazlıq sabiti
Oksidlər. Əsaslar.
turşular. Duzlar
Məhlullar və onların qatılığının ifadə üsulları.
elektrolitik dissosiasiya. İon mübadiləsi reaksiyaları.
Hidroliz. Elektroliz.
Hidrogen. Oksigen. Ozon. Su
VII qrupun əsas yarımqrup elementləri. Xlor.
Kükürd. Hidrogen-sulfid. Kükürd oksidləri. Sulfat turşusu
Azot. Ammonyak. Ammonium duzları. Azot oksidləri. Nitrat turşusu
Fosfor. Fosfor oksidləri. Ortofosfat turşusu. Mineral gübrələr.
Karbon. Karbon oksidləri. Karbonat turşusu.
Silisium. Silisium oksid. Metasilikat turşusu. Silikat sənayesi
Metalların ümumi xarakteristikaları. I qrup metalları. II qrup metalları. Suyun codluğu. Alüminium.
BİOLOGİYA
X SİNİF
1.Dayaq-hərəkət sistemi
2.Vəzilər
3.Qan, qan dövranı
4.Tənəffüs sistemi
XI SİNİF
1.Sinir sistemi
2.Tənəffüs sistemi
3.Həzm sistemi
4.Maddələr mübadiləsi
5.İfrazat sistemi
6.Dəri
7.İnsan orqanizminin çoxalması
İNGİLİS DİLİ
X-XI SİNİF
1. The Noun
2. Quantifiers
3. The Pronoun
4. The Adjective and Adverb
5. The Preposition
6. Complex Object
7. Tense forms
RUS DİLİ
1.Фонетика
2.Лексикология.Синонимы. Антонимы. Фразеологизмы. Пословицы.
3.Морфология. Имя существительное. Имя прилагательное.
4.Местоимение. Имя числительное.
5.Глагол(виды, спряжение и время глагола).
6.Перевод. Диалог.
7.Работа над текстом.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edir. Elanın tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunacaq. 

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2015-ci il fevralın 3-dən 12-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə(eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PIN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, onu özü təsdiq edir. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (ətraflı məlumateservices.tqdk.gov.az/erizemag/erize səhifəsindəki aktual keçidlərdə verilmişdir).

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları imtahanda iştirak etmək üçün “Bakalavrın elektron ərizəsi” formasını doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini TQDK-da təsdiq etdirməlidirlər (Ünvan: Yasamal rayonu, M. Müşfiq küçəsi, 1A).

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürünün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın birinci mərhələsi 2015-ci il fevralın 22-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı təqdim olunacaqdır. 

Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar 2015-ci il aprelin 1-dən 10-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisaslaşma seçimi cədvəli” və qəbul proqramları “Magistr” jurnalının 2015-ci il tarixli 3-cü sayında veriləcəkdir). 

İmtahanın ikinci mərhələsi 26 aprel 2015-ci il tarixində keçiriləcəkdir. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaqdır.

Bir sıra qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər (“Magistr” jurnalının 2015-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcəkdir).
Yazı işləri 50 ballıq şkala üzrə qiymətləndirilir. İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilir. Bakalavrın imtahan verəcəyi şəhər TQDK tərəfindən bakalavrın ərizəsində göstərdiyi faktiki yaşadığı məntəqəyə görə, bu məntəqə göstərilmədiyi halda, onun qeydiyyatda olduğu məntəqəyə görə təyin edilir.