Təkmilləşdirmə kursları


Təkmilləşdirilmiş dərslər 5,6,7,8-ci siniflər üçün Riyaziyyat və İngilis dilindən keçirilir.

Dərslərin qrafiki:
  • Fənn sayı: 2       
  • Bir dərsin müddəti: 50 dəqiqə              
  • Dərs vaxtı: III, VI günlər / II növbə: 14:30 – 16:15
  • Həftədə 8 saat dərs

Dərslər orta məktəb proqramına uyğun olaraq təcrübəli müəllimlər tərəfindən keçirilir.

Bundan başqa, siz bizdə təhsil aldığınız müddətdə biliyinizi aylıq olaraq pulsuz
Sınaq imtahanlarında yoxlaya da bilərsiniz.

***

Valideyinlərin məlumatlandırılması

İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Şagirdin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq, kursumuz tərəfindən valideynlər, şagird dərsə gəlmədikdə, ev tapşırığına hazır olmadıqda, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyd münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır.
***

Təhsilinizin inkişafı üçün Niyal ailəsinə qoşulmağa tələsin!