Cavab kartı necə doldurulmalı?

DÜZGÜN İŞARƏLƏMƏ QAYDALARI İLƏ TANIŞ OLUN

Cavab kağızında bütün sahələr yalnız göy, diyircəkli qələmlə doldurulmalıdır. Rəngli, diyircəkli qələm və yaxud karandaşdan istifadə etmək qəti qadağadır! Şagird cavab kağızında mövcud olan bütün bölmələri işarələməlidir. Hər bölmənin yuxarı hissəsində olan damalara şagird lazım olan məlumatı yazır və hər yazdığı hərfi və ya rəqəmi həmin sütunda altından tapmalı və tam şəkildə işarələməlidir. Məsələn:

İmtahanda iştirak edən hər bir şagirdin sinif, qrup, variant, bölmə, xarici dil bölmələrini mütləq düzgün işarələməlidir. İmtahan nəzarətçisi cavab kartının düzgün işarələnməsinə tez-tez diqqət yetirməlidir. Cavab kağızında təbaşir və digər ağardıcı vasitələrdən istifadə etmək qadağandır. Düzgün işarələnmə forması:
Yuxarıda qeyd olunan bölmələrdən hər hansı biri işarələnmədiyi halda həmin şagirdin imtahan nəticəsini yoxlamaq mümkün olmur. Cavab kağızının cavablar bölməsində 2 tip test var - qapalı tipli testlər və açıq tipli testlər:
1) Qapalı tipli testlər – cavab kağızının bu bölməsində hər bir sətrin önündə yalnız bir cavab işarələnməlidir. Məsələn :

Cavab kağızında qapalı testlərin sayı 113-dür.
2) Açıq tipli testlər – Açıq tipli testlər 2 cür olur. Hesablama (və ya seçim) tipli testlər və uyğunluq testlər. Açıq tipli testlər cavab kağızında 72, 73, 74, 75; 97, 98, 99, 100; 122,123,124,125 nömrəli bölmələrdir. Hesablama (və ya seçim) tipli testlərdə 1 sütunun altından iki rəqəm qaralamaq olmaz. Hesablama açıq tipli test tapşırıqlarının cavabı onluq kəsr və ya natural ədəd şəklində olur. Adi kəsr, mənfi ədəd ola bilməz. Hesablama tipli testlərin nömrələri 72, 73, 74; 97, 98, 99; 122, 123, 124-dür. Məsələn :

Uyğunluq testləri – 1 sütunun altında 1 və daha artıq variant qaralamaq olar. Bu testlərdə 3 şərt və 5 variant verilir. Hər şərtin altından ona uyğun olan variant tapılıb, işarələnməlidir. Uyğunluq testlərinin nömrələri 75; 100; 125-dir. Düzgün işarələnmə forması:
İxtisas qrupları üzrə açıq tipli test tapşırıqlarının aid olduğu fənlər aşağıdakılardır:
  • I Qrup
  • Kimya
  • Fizika
  • Riyaziyyat
  • II Qrup
  • Azərbaycan dili
  • Coğrafiya
  • Riyaziyyat
  • III Qrup
  • Azərbaycan dili
  • Tarix
  • Riyaziyyat
  • IV Qrup
  • Biologiya
  • Kimya
  • Riyaziyyat








--------------------

Hansı halda sizin nəticəniz çıxmaya və ya səhv hesablana bilər.

1. Cavab kağızında işarələmək üçün müəyyən olunmuş bölmələrdən kənarlara, xüsusilə cavab kağızının yuxarı hissəsindəki qara xətlər olan hissəyə nəsə yazdıqda.
2. Cavab kağızındakı iş nömrəsi, sinif, qrup, bölmə, variant və xarici dil bölmələri mütləq düzgün qaydada və sual kitabçasına uyğun işarələnmədikdə.
3. Cavab kağızında cavabların işarələnməsi zamanı səhvə yol verdikdə və düzəltmək üçün aşağıdakılardan istifadə etdikdə:
  • ağardıcı
  • təbaşir
  • kəsici alət
  • cavab kağızını deşmək