Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

Kursumuza qəbul imtahanının NƏTİCƏLƏRİ

Bildiyiniz kimi, 15.05.2016-cı il tarixində Niyal Hazırlıq Kurslarına abituriyent qəbulu imtahanı keçirilmişdir.


Bütün ixtisas qruplarını əhatə edən imtahanın nəticələrinin yoxlanılması prosesi başa çatıb.

Nəticələri saytımızdakı "İmtahan nəticələri" bölməsindən, sosial şəbəkədəki səhifələrimizdən (Facebook, Instagram), ya da kursumuza yaxınlaşaraq əldə edə bilərsiniz.

Qruplar üzrə yüksək nəticə göstərənlərə güzəştlər ediləcək, eləcə də ətraf rayon, kəndlərdən gələn abituriyentlərimiz (oğlanlar) yataqxana və yeməklə təmin olunacaq.

Niyal Hazırlıq Kursları kollektivi Sizə təhsilinizdə uğurlar arzulayır!

Qəbul imtahanlarının minimal bal həddi məlum oldu


"Azərbaycanda 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək üçün minimal bal həddi 200 nəzərdə tutulub".

Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədrin sözlərinə görə, qeyd olunan keçid balı müsabiqədə iştirak etmək üçündür:

"Bəzi ixtisasların keçid balı daha yüksək olacaq. Dövlət sifarişli yerlərə isə keçid balı 300-350 baldan yuxarı ola bilər, bu təbiidir".
"Report"

Kursumuz şəhər birincisi oldu – FOTOLAR

Niyal Hazırlıq Kursları şagirdləri yenə bilikləri hesabına uğur qazanmağa müvəffəq olublar.

Kursumuzun himayədarlığı ilə İsmayıllı şəhər məktəbliləri arasında bilik yarışı keçirildi. Ənənəvi yarışımızdan fərqli olaraq, bu dəfə kursumuzun şagirdləri digər məktəblilərlə mübarizə apardılar.

Sonda nəticə gözlənildiyi kimi, şagirdlərimizin şəhər tədris müəssisələri arasında birincilik əldə etməsi ilə başa çatdı.

Bilik yarışında iştirak edən şagirdlərə təşəkkürümüzü bildirir, qalibiyyətdə əməyi olanları isə təbrik edirik.

Niyal Hazırlıq Kursları kollektivi Sizə təhsilinizdə uğurlar arzulayır.