Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı)



Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:
09.10.18 8:40
Buraxılış imtahanı (9 illik təhsil bazasında)
I mərhələ (imtahan müddəti - 3 saat)
Fənnin adı Maksimal  bal   
Tapşırıqların sayı
1.Tədris dili
(Azərbaycan dili, rus dili)
302 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq
2.Riyaziyyat3010 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq
3.Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)301.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
 2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq
II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)
Fənnin adıMaksimal bal     Tapşırıqların   sayı
1.Tədris dili (Azərbaycan dili, rus dili)7030 qapalı
2.Riyaziyyat7030 qapalı
3.Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)    7030 qapalı
 Buraxılış imtahanı (11 illik təhsil bazasında)
İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)
Fənnin adıMaksimal 
bal   
Tapşırıqların sayı
1.Tədris dili (Azərbaycan dili, rus dili)100Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
Cəmi: 30 tapşırıq
2.Riyaziyyat100həllinin yazılması tələb olunan 7 açıq tapşırıq+ ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq
3.Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)100                        1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
Cəmi:30 tapşırıq
 Maksimal bal: 300 
Qəbul imtahanı (imtahan müddəti 3 saat)
I qrupII qrupIII qrupIV qrup
Riyaziyyat - 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Riyaziyyat - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Biologiya - 30 tapşırıq
(22 qapalı +5  açıq +situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Fizika - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Coğrafiya - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Kimya - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
Çəki əmsalı: 1,5
Kimya - 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
Çəki əmsalı: 1
Tarix - 30 tapşırıq
(22 qapalı+5 açıq +mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1
Ədəbiyyat - 30 tapşırıq
(22 qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1
Fizika - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
Çəki əmsalı: 1
 Maksimal bal: 400
Qeyd 1. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Qeyd 2: Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.
Qeyd 3: Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.


Şagirdlərimizin Xəzər Universiteti və Bakı gəzintisi


May ayının 30-da Niyal Kurslarının və Xəzər Universitetinin birgə əməkdaşlığı çərçivəsində "Şagirdlərin gözü ilə Xəzər" adı altında konfrans keçirilib. İsmayıllı rayonunda fəaliyyət göstərən Niyal Tədris Mərkəzinin şagirdləri Xəzər Universitetinin professorları, müəllimləri və kursumuzun hal-hazırda orada oxuyan şagirdləri ilə görüşüblər.
İlk öncə çıxış edən Əlövsət müəllim şagirdləri salamlayıb və Xəzər universiteti haqqında qısa video-çarx təqdim edib. Daha sonra Mühəndislik və Tətbiqi Elmlər Fakültəsi, İqtisadiyyat və Menecment Fakültəsi, Təhsil Fakültəsi, Humanitar və Sosial Elmlər Fakültəsi, Beynəlxal Münasibətlər fakültəsinin dekanları çıxış edərək şagirdlərimizə ixtisas seçimində lazım olan əsas faktorlar, "İxtisasımın bu günü və gələcəyi!" adı altında faydalı məlumatlar veriblər. 
Daha sonra universitet gəzintisində olan şagirdlərimiz mühəndislik fakültəsinin şagirdlərinin hazırladığı robotlar, elektron qurğular və cihazlarla tanış olublar, universitetin kollektivi, müəllimləri ilə xatirə şəkilləri çəkilibi.
Sonda Bakının tarixi və görməli yerləri ilə gəzinti, şagirdlərin istriahəti üçün xoş təsir bağışlayıb.


Niyal Kurslarına Müəllimlərin İşə Qəbulu İmtahanı - 17 İyun!



Niyal Tədris Mərkəzi 17 iyun 2018-ci il tarixində MİQ üzrə sınaq imtahanı, eyni zamanda 2018 – 2019-cu tədris ili üçün kursa MÜƏLLİM QƏBULU elan edir!

İmtahanda iştirak etmək istəyən müəllimlər 15 iyun 2018-ci il tarixinə qədər 3x4-ə şəkil və şəxsiyyət vəsiqəsinin surəti ilə tədris mərkəzimizə yaxınlaşıb CV formunu doldurmalı, imtahanda iştirakını təsdiqləməlidir.

Əlaqə:
 İsmayıllı, M.F.Axundov küç., 13:
+994 20 285 60 60

NİYAL KURSLARININ YAY MƏKTƏBİ PROQRAMI



1, 2, 3, 4, 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün əla fürsət!

Niyal Kurslarının YAY MƏKTƏBİ proqramı

Dərs ili başa çatdıqdan sonra bir çox valideyni düşündürən əsas məqamlardan biri övladının yay tətilini daha səmərəli keçirməsidir.

Gərgin dərs ilindən sonra şagirdlərin yeni biliklər əldə etməsi üçün ən yaxşı vasitə onlarda öyrənməyə rəğbət və həvəs hissinin formalaşmasına nail olmaqdır.
Şagirdlərin yay tətilinin daha səmərəli təşkil olunmasında ən yaxşı vasitələrdən biri də 🏫yay məktəbidir.

Əziz valideyinlər, Niyal Kursları övladlarınız üçün YAY MƏKTƏBİ layihəsinə start verir.
Yay məktəbi proqramı (18 iyun – 28 iyul):
  • Ana dili
  • İngilis dili (“Conversation”)
  • Riyaziyyat
  • Məntiqi təfəkkürün inkişafı
  • Rəsm
  • Əyləncəli oyunlar


Son qeydiyyat tarixi: 15 iyun 2018


⇛Qeydiyyat və ətraflı məlumat üçün aşağıdakı ünvan və vasitələr ilə əlaqə saxlaya bilərsiniz:

⇛İsmayıllı, M.F.Axundov küç., 13:
+994 20 285 60 60
+994 51 484 94 34