Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

500 BALI KEÇMİŞ ABİTURİYENTLƏRİMİZ


Niyal hazırlıq kurslarının 500 baldan yuxarı  nəticə göstərən abituriyentlərinin SİYAHISI :


S/S
Qrup
Ad, Soyad
Nəticə
1.        
II
Rafael Əliyev
652
2.        
I
Aqil Əsgərov
640
3.        
III
Samir Məmmədov
612
4.        
II
Leyla Seyfiyeva
599
5.        
III
Sahib Hacıyev
584
6.        
III
Yelmar Şahmarlı
564
7.        
III
Şəhla Vəliyeva
531




TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN QURU QOŞUNLARI ALİ HƏRBİ MƏKTƏBİNƏ KURSANT QƏBULU

Türkiyə Respublikası Silahlı qüvvələrinin Quru qoşunları Ali Hərbi məktəbinə 2013/2014-cü təlim-tədris ili üçün kursant qəbulu

Bu müsabiqədə test imtahanında (Azərbaycan bölməsi) topladıığı balı 250-dən az olmayan, doğum tarixi 1 avqust 1993 - 1 yanvar 1997 arasında olan Azərbaycan Respublikası vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

Aşağıdakı linkdən daxil ola bilərsiniz:
http://tqdk.gov.az/erizebak/pagetrherbi.aspx

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq yaradılmış İnformasiya Texnologiyaları Universiteti 2013/2014-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planına salınmışdır.

Universitetdə tədris ingilis dilindədir. Bunun üçün tələbələrə birinci il ingilis dili hazırlığı tədris olunacaq, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə təhsil ingilis dilində aparılacaqdır.

Qeyd edək ki, İnformasiya Texnologiyaları Universitetinə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaqdır (Ünvan: AZ1008 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küç., 11)

UNUTQANLAR ÜÇÜN 9 QIZIL MƏSLƏHƏT

Mütəxəsislər yaddaşsızlıq probleminin öhdəsindən gəlmək üçün 9 sadə, yalnız mühüm olan göstərişə əməl etməyi məsləhət görüblər.

1) Açar, eynək kimi əşyalarınızı hara qoyduğunuzu yada salmaqda çətinlik çəkirsinizsə, həmin əşyaların qoyulması üçün xüsusi bir yer düzəldin və əşyaları ora qoymağı özünüzə adət etdirin.

2) Həmişə qeydiyyat aparın. Xüsusilə telefon nömrələrini və ya digər yazılı şeyləri yadda saxlamaqda əziyyət çəkən şəxslərin qeydiyyat aparmaları çox mühümdür. Yazdığınızı kağızları daim gözünüzün gördüyü yerdən asın. Yazıdan ibarət olan siyahı sizə vəzifələrinizi və əhəmiyyətli işlərinizi yada salmağa kömək edəcək.

3) Yadınızdan tez-tez çıxan şeyləri yüksək səslə söyləyin. Məsələn öz-özünüzə "Qazı bağladım" deyin. Bu sizə daha sonra qazı bağlayıb bağlamadığınızı xatırladacaq. Belə bir üsul tanış olduğunuz insanların adlarını yadda saxlamaq üçün də faydalı olacaq.

4) Yaddaş üçün vasitələrdən istifadə edin. Bunun üçün ən yaxşı vasitə telefon, qol saatı və digər səs yazan diktafonlar ola bilər.

5)Vizual obrazlardan istifadə edin. Bir nəfərin adı kimi digər məlumatları öyrəndikdə, həmin məlumatla bağlı ağlınızda bir obraz yaradın və həmin obraza uyğun olaraq məlumatı yaddınızda saxlayın.

6) Xatırlanması lazım olan məlumatları qruplaşdırın. Məsələn; siyahıda olan adları qısa şəkilə salın. Və ya bəzi texnikalar vardır ki, həmin texnikalara istədiyin məlumatın baş hərfini yazdıqda həmin məlumatı sənin üçün hazırlayır. Bundan əlavə, məlumatları hekayələrlə yadda saxlamaq da bu kateqoriyaya aiddir.

7) İstirahət edin və əsəblərinizin sakit olmasına çalışın. Bir çox ekoloji faktorlar diqqətinizi dağıda bilər. Yeni bir məlumat öyrəndikdən sonra həmin məlumatı yaddınızdan çıxardan faktorlaran uzaq olun.

8) Yuxu rejiminizə diqqət edin. Yuxu əsnasında beyin, əldə etdiyinizi yeni məlumatları gücləndirir. Araşdırmalara görə, normal gecə yuxusunda sonra insanlar əvvəlki məlumatları daha rahat xatırlayırlar.

9) Ən sonda, əgər bu deyilənlər sizin köməyinizə çatmasa, onda dərhal həkimə müraciət edin. Depressiya, eşitmə və görmə problemi, bəzi dərmanlar, vitamin çatışmazlığı və stress kimi hallar yaddaşsızlığa səbəb olan amillərdəndir.

KURSUMUZA NÖVBƏTİ QƏBUL İMTAHANI

VIII-X SİNİF ŞAGİRDLƏRİN NƏZƏRİNƏ!!!


2013-CÜ İL 
9 İYUN
SAAT 10:00-DA
NİYAL KURSLARINA
ABİTURİYENT HAZIRLIĞI ÜÇÜN
QƏBUL İMTAHANI KEÇİRİLİR



Ətraflı MƏLUMAT  (baxmaq üçün klikləyin)

KURSUMUZA QƏBUL İMTAHANININ NƏTİCƏLƏRİ AÇIQLANDI

28 APREL 2013-CÜ İLDƏ NİYAL HAZIRLIQ KURSLARINDA KEÇİRLƏN "QƏBUL İMTAHANI"NIN NƏTİCƏLƏRİ AÇIQLANDI.


I QRUP (NƏTİCƏLƏRƏ BAX)





II QRUP (NƏTİCƏLƏRƏ BAX)




III QRUP (NƏTİCƏLƏRƏ BAX)



IV QRUP (NƏTİCƏLƏRƏ BAX)


ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!


TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlərə müraciət etdi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq arzusunda olan abituriyentlərə müraciət edib.
Komissiyadan verilən məlumata görə, 2013/2014-cü tədris ilinin qabiliyyət imtahanlarında iştirak etmək üçün seçmə turlar mayın 1-dən mayın 20-dək aparılacaq. Turlar ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı komissiyalarında keçiriləcək.
Seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir.
Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxla­madan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınır.

KURSUMUZUN QƏBUL İMTAHANINA SAYILI GÜNLƏR QALDI


2013-CÜ İL
28 APREL 
SAAT 10:00-DA 
NİYAL KURSLARINA 
ABİTURİYENT HAZIRLIĞI ÜÇÜN 
QƏBUL İMTAHANIDIR.


Ətraflı məlumat əldə etmək üçün QƏBUL HAQQINDA bölməmizə girin, 
ya da aşağıdakı videonu izləyin:



 

Qəbul imtahanımızın reklam çarxı "Kanal S" tərəfindən hazırlanmışdır.

MSİ 2 - (23.11.2014) ÖNCÜLLƏRİMİZ



23.11. 2014-cü il tarixdə keçirilən MQT-2 sınaq imtahanında 500 baldan yuxarı nəticə göstərən fəal şagirdlərimiz bunlardır:
 

S/S
A.S.
Nəticə
1.        
       Amil Səfərli        
667
2.        
       Ədil Kərəmov     
620
 3.        
4.        
5.        
6.        
7.        
8.        
9.        
10.      
        Saday Şəmiyev    
       Toğrul Babayev  
         Zinyət Ağayeva     
            Məryəm Əhmədova 
         Əli Sarıyev            
         Ayşən Osmanlı     
          İsmayıl Rəsulov    
          Aytac Ağayeva      
609
547
542
541
536
532
529
526
11.        
          Ziya Əhmədov       
523
12.        
          Kənan Qədirov      
512
13.        
            Nurlan Eldarlı         
503
14.        
           Dünya Mirzəliyeva
501

Növbəti imtahanlarda daha da yüksək nəticələr gözləyir və siyahımızın artmasını arzu edirik.

NİYAL KURSLARI - FACEBOOK QRUPU

 NİYAL KURSLARI - FACEBOOK QRUPU (Burada fərdləri I, II, III, IV kimi qruplara ayırmırıq.)


Niyal kurslarında hazırlıq keçmiş və keçməkdə olan bütün şəxsləri Facebook sosial şəbəkəsində qurduğumuz qrupumuza dəvət edirik. Qrup, vaxtımızın daha səmərəli və xoş keçməsi üçün qurulmuşdur. 
Aşağıdakı linki klikləyib qrupumuza daxil olaraq üzv ola bilərsiniz:
https://www.facebook.com/groups/niyalkurslari/

 
Qrupdakı üzvlərin nəzərinə!

* Qrup yalnız "niyal"lılara aiddir və KƏNAR ŞƏXSLƏRİN GİRİŞİ QADAĞANDIR!
* Qrupda Söyüş və təhqiramiz sözlər işlədilməsi QADAĞANDIR!
* Qrupda kursumuza, şagirdlərimizə və müəllimlərə aid kontentlər (xatirələriniz, şəkilləriniz, sitatlar, etiraflar və d.) paylaşıb müzakirə edə bilərsiniz.
* Qrupa dəvət etdiyiniz dostlar kursumuzdan olmalıdır.
* Bu qrup vasitəsilə Eventlər (tədbirlər, görüşlər və d.) təşkil edə bilərsiniz.


https://www.facebook.com/groups/niyalkurslari/


ALİ MƏKTƏBLƏRƏ SƏNƏD QƏBULU BAŞLAYIR



Aprelin 9-dan Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayır.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, sənəd qəbulu mayın 17-dək aparılacaq. Ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək.
Abbaszadə bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komis­siya­larına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edəcəklər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edir və test imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahan­larına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.

TQDK ABİTURİYENTLƏRƏ MÜRACİƏT ÜNVANLADI


TQDK sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq məqsədilə sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib. Komissiyadan verilən məlumata görə, aprelin 7-də keçiriləcək sınaq imtahanlarına yazılış mart ayının sonlarında (Novruz bayramından sonrakı ilk iş günlərində) aparılacaq. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu, göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək, onların 3-ü təkrar olacaq.

MSİ-6 MÖVZULAR




31 martda keçiriləcək MQT 6 sınaq imtahanı mövzuları:

AZƏRBAYCAN DİLİ
10-cu sinif
Fonetika, fonetik təhlil
Leksika, Sözün məzmun və formasına görə növləri
Sözün tərkibinə görə təhlili
Morfologiya: Əsas və Köməkçi nitq hissələri
Morfoloji təhlil.
Söz birləşmələri və sintaktik əlaqələr.
Cümlə üzvləri və sintaktik təhlil.
Durğu işarələri
Mövzulararası əlaqə

MARTIN 31-İ NİYAL HAZIRLIQ KURSLARINDA SINAQ İMTAHANI KEÇİRİLƏCƏK.



IX - XI sinif şagirdlərinin NƏZƏRİNƏ!


31.03.2013-cü il, saat 10:00-da Niyal hazırlıq kurslarında MQT6 Sınaq imtahanı keçiriləcək.

Qeydiyyatdan keçməyə tələsin!

*İmtahana qeydiyyat Niyal kurslarında aparılır.
Məlumat üçün: (070) 647 82 92 -Vasif müəllim

MSİ 5 - (24.02.2013) ÖNCÜLLƏRİMİZ




24.02. 2013-cü il tarixdə keçirilən V Mövzu Sınaq İmtahanında 500 baldan yuxarı nəticə göstərən fəal şagirdlərimiz bunlardır:
 

S/S
A.S.
Nəticə
1.        
Rafael Əliyev
619
2.        
Sevinc Mustafayeva
608
3.        
Lalə Müslümzadə
586
4.        
Aişə Babayeva
583
5.        
Aqil Əsgərov
577
6.        
Leyla Seyfiyeva
560

Martda keçiriləcək VI Mövzu Sınaq imtahanında daha da yüksək nəticələr gözləyir və siyahımızın artmasını arzu edirik.

NİYALDA FUTZAL YARIŞI



Kursumuzda keçirilən qruplararası Futzal yarışında II qrup 11-ci sinif şagirdləri rəqib qrupu 9:3 fərqi ilə məğlub etdi.
Təşkilatçı müəllim Cəlal Hüseynov bildirir ki, gərgin keçən final qarşılaşmasında məğlub komanda vaxtından əvvəl meydançanı tərk etmişdir.
Qeyd edək ki, "II qrup 11-ci sinif" komandası daha öncə kursumuzda keçirilən voleybol yarışında da qələbə qazanmışdı.

STOLÜSTÜ TENNİS YARIŞI


NİYAL KURSLARINDAN NÖVBƏTİ İDMAN YARIŞI

Kursumuzun müəllimi Cəlal Hüseynovun rəhbərliyi ilə Stolüstü tennis yarışı təşkil edilmişdir. Böyük maraqla keçən yarışda II qrup 11-ci sinif şagirdi Toğrul İsmayılov birincilik qazanmışdır.

TQDK-DAN MOBİL XATIRLATMA


İş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər

TQDK “Ödəmə kartları - mobil xatırlatma” xidmətini istifadəyə verib. Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 77257735 nömrələrindən “Elektron ərizə vermək üçün odəmə kartı” və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

“Elektron ərizə vermək üçün odəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.

QABİLİYYƏT İMTAHANLARININ VAXTI MƏLUM OLDU

Ötən il buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən aparılsa da, cari ildən etibarən peşə liseylərinin də buraxılış imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  həyata keçirəcək. Bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Həm  IX,  həm də XI illik bazadan peşə liseylərində buraxılış imtahanlarını Dövlət Komissiyası  aparacaq. Peşə liseylərinin  buraxılış imtahanları orta məktəblərin buraxılış imtahanları ilə müqayisədə daha tez keçiriləcək.

TQDK sədri ötən həftəki i mətbuat konfransında qeyd edib ki,  peşə liseylərinin buraxılış imtahanlarının tez keçirilməsi həqiqi hərbi xidmətə çağırışla əlaqədardır. Çünki peşə liseylərinin məzunları aprelin 1-dən hərbi qulluğa çağırırlar.

TQDK qabiliyyət imtahanlarının da vaxtını açıqlayıb. Belə ki musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı 18-24 iyul tarixində, Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 25 iyul- 1avqust tarixində,  idman istiqaməti üzrə qabiliyyət imtahanı 31 iyul-12 avqust tarixlərində olacaq.

QƏBUL İMTAHANLARININ İLKİN VAXTI AÇIQLANDI


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında ilk olaraq III ixtisas qrupu üzrə qəbul imtahanın keçiriləcəyini deyib. Belə ki, 3-cü qrup üzrə imtahan iyulun 14-də, 1-ci qrup 21 iyul, 4-cü qrup 28 iyul, 2-ci qrup üzrə isə avqustun 3-də olacaq. İxtisas seçimi isə avqustun 6-dan 15-dək davam edəcək.


Abituriyentlərin ərizə qəbulu aprelin 9-dan mayın 15-nə, ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək olacaq. Ali və orta ixitsas müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı 1-20 may aralığında baş tutacaq.

2013/2014-cü tədqis ilində 7 sınaq imtahanı olacaq. Sınaq imtahanları aprel ayının 7-dən başlayacaq. Son imtahan isə mayın 26-da olacaq. Ümumilikdə bu imtahanlardan 3-ü təkrar test kitabçalarından olacaq.

Rus bölməsi üzrə azərbaycan dili imtahan 1-ci 19 may (Bakı və bölgə mərkəzləri), 2-ci 23 iyun (Bakı), hərbi litsey ərizə qəbulu 15 aprel-25 iyunda keçiriləcək.

MSİ 5 MÖVZULAR


24 fevralda keçiriləcək V Mövzu Sınaq İmtahanına düşə biləcək mövzular:



Fizika
X  sinif
 MOLEKULYAR FİZİKA Molekulyar kinetik nəzəriyyə (MKN). İdeal qaz qanunları
1. MKN-nin əsas müddəaları. Broun hərəkəti. Diffuziya.

2. Molekulların kütləsi və ölçüsü. Maddə miqdarı və vahidi. Nisbi atom kütləsi. Avoqadro sabiti. Molyar kütlə. Molekulların konsentrasiyası.