Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı)



Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:
09.10.18 8:40
Buraxılış imtahanı (9 illik təhsil bazasında)
I mərhələ (imtahan müddəti - 3 saat)
Fənnin adı Maksimal  bal   
Tapşırıqların sayı
1.Tədris dili
(Azərbaycan dili, rus dili)
302 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq
2.Riyaziyyat3010 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq
3.Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)301.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
 2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq
II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)
Fənnin adıMaksimal bal     Tapşırıqların   sayı
1.Tədris dili (Azərbaycan dili, rus dili)7030 qapalı
2.Riyaziyyat7030 qapalı
3.Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)    7030 qapalı
 Buraxılış imtahanı (11 illik təhsil bazasında)
İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)
Fənnin adıMaksimal 
bal   
Tapşırıqların sayı
1.Tədris dili (Azərbaycan dili, rus dili)100Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
Cəmi: 30 tapşırıq
2.Riyaziyyat100həllinin yazılması tələb olunan 7 açıq tapşırıq+ ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq
3.Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)100                        1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
Cəmi:30 tapşırıq
 Maksimal bal: 300 
Qəbul imtahanı (imtahan müddəti 3 saat)
I qrupII qrupIII qrupIV qrup
Riyaziyyat - 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Riyaziyyat - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Biologiya - 30 tapşırıq
(22 qapalı +5  açıq +situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Fizika - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Coğrafiya - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Kimya - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
Çəki əmsalı: 1,5
Kimya - 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
Çəki əmsalı: 1
Tarix - 30 tapşırıq
(22 qapalı+5 açıq +mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1
Ədəbiyyat - 30 tapşırıq
(22 qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1
Fizika - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
Çəki əmsalı: 1
 Maksimal bal: 400
Qeyd 1. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Qeyd 2: Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.
Qeyd 3: Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.


Şagirdlərimizin Xəzər Universiteti və Bakı gəzintisi


May ayının 30-da Niyal Kurslarının və Xəzər Universitetinin birgə əməkdaşlığı çərçivəsində "Şagirdlərin gözü ilə Xəzər" adı altında konfrans keçirilib. İsmayıllı rayonunda fəaliyyət göstərən Niyal Tədris Mərkəzinin şagirdləri Xəzər Universitetinin professorları, müəllimləri və kursumuzun hal-hazırda orada oxuyan şagirdləri ilə görüşüblər.
İlk öncə çıxış edən Əlövsət müəllim şagirdləri salamlayıb və Xəzər universiteti haqqında qısa video-çarx təqdim edib. Daha sonra Mühəndislik və Tətbiqi Elmlər Fakültəsi, İqtisadiyyat və Menecment Fakültəsi, Təhsil Fakültəsi, Humanitar və Sosial Elmlər Fakültəsi, Beynəlxal Münasibətlər fakültəsinin dekanları çıxış edərək şagirdlərimizə ixtisas seçimində lazım olan əsas faktorlar, "İxtisasımın bu günü və gələcəyi!" adı altında faydalı məlumatlar veriblər. 
Daha sonra universitet gəzintisində olan şagirdlərimiz mühəndislik fakültəsinin şagirdlərinin hazırladığı robotlar, elektron qurğular və cihazlarla tanış olublar, universitetin kollektivi, müəllimləri ilə xatirə şəkilləri çəkilibi.
Sonda Bakının tarixi və görməli yerləri ilə gəzinti, şagirdlərin istriahəti üçün xoş təsir bağışlayıb.


Niyal Kurslarına Müəllimlərin İşə Qəbulu İmtahanı - 17 İyun!



Niyal Tədris Mərkəzi 17 iyun 2018-ci il tarixində MİQ üzrə sınaq imtahanı, eyni zamanda 2018 – 2019-cu tədris ili üçün kursa MÜƏLLİM QƏBULU elan edir!

İmtahanda iştirak etmək istəyən müəllimlər 15 iyun 2018-ci il tarixinə qədər 3x4-ə şəkil və şəxsiyyət vəsiqəsinin surəti ilə tədris mərkəzimizə yaxınlaşıb CV formunu doldurmalı, imtahanda iştirakını təsdiqləməlidir.

Əlaqə:
 İsmayıllı, M.F.Axundov küç., 13:
+994 20 285 60 60

NİYAL KURSLARININ YAY MƏKTƏBİ PROQRAMI



1, 2, 3, 4, 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün əla fürsət!

Niyal Kurslarının YAY MƏKTƏBİ proqramı

Dərs ili başa çatdıqdan sonra bir çox valideyni düşündürən əsas məqamlardan biri övladının yay tətilini daha səmərəli keçirməsidir.

Gərgin dərs ilindən sonra şagirdlərin yeni biliklər əldə etməsi üçün ən yaxşı vasitə onlarda öyrənməyə rəğbət və həvəs hissinin formalaşmasına nail olmaqdır.
Şagirdlərin yay tətilinin daha səmərəli təşkil olunmasında ən yaxşı vasitələrdən biri də 🏫yay məktəbidir.

Əziz valideyinlər, Niyal Kursları övladlarınız üçün YAY MƏKTƏBİ layihəsinə start verir.
Yay məktəbi proqramı (18 iyun – 28 iyul):
  • Ana dili
  • İngilis dili (“Conversation”)
  • Riyaziyyat
  • Məntiqi təfəkkürün inkişafı
  • Rəsm
  • Əyləncəli oyunlar


Son qeydiyyat tarixi: 15 iyun 2018


⇛Qeydiyyat və ətraflı məlumat üçün aşağıdakı ünvan və vasitələr ilə əlaqə saxlaya bilərsiniz:

⇛İsmayıllı, M.F.Axundov küç., 13:
+994 20 285 60 60
+994 51 484 94 34

“Peşəm və Gələcəyim” adlı seminar keçirildi


May ayının 5-də “Peşəm və Gələcəyim” mövzusunda seminar keçirilib. 

Niyal Tədris Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə baş tutan maarifləndirici seminarda ilk olaraq, tədris mərkəzinin direktoru Həsən Məmmədovun çıxışı olub. O, mövzu ilə əlaqədar qısa məlumat verib, daha sonra auditoriyaya universitetdən gələn qonaqları təqdim edib.

Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli çıxış edərək, gənclərin, ali məktəbə hazırlaşan şagirdlərin, abituriyentlərin peşə seçimində diqqətli olmalarını xüsusi olaraq, vurğulayıb. Xəzər universitetinin Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova da öz növbəsində məktəblilərə sevdikləri peşəyə üz tutmalarını, gələcək iş həyatlarında da işlərini sevərək icra etməyi tövsiyə edib.

Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin professoru Fuad Rəsulov universitet seçiminin də peşə seçimi kimi əhəmiyyətli bir qərar olduğuna diqqət çəkib. Ölkəmizdə və xaricdə dövlətimizin adının qürurla daşıyan, layiqli, yüksək vəzifələr tutan tələbələrini misal göstərib.

Yekun olaraq, İsmayıllı rayonu Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov çıxış edərək rayonda təhsil səviyyəsinin yüksək olmasından, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin bu sahədə gördüyü işlərdən, uğur və nailiyyətlərdən, Niyal Tədris Mərkəzinin İsmayıllı rayonuna verdiyi töhfələrdən söz açıb, gələn qonaqlara, tədbir üçün şərait yaradan şəxslərə minnətdarlığını çatdırıb.

Sonda seminar iştirakçılarına Xəzər Universiteti və Niyal Tədris Mərkəzi tərəfindən təltifnamələr və kiçik hədiyyələr paylanılaraq xatirə şəkli çəkdirilib.










8 SİNİF ÜZRƏ 8-LİK (SINAQ-5)


Martın 4-də keçirilən SINAQ-5 imtahanımızda birinci yer tutan I-VIII sinif şagirdlərinin "8 sinif üzrə 8-lik" siyahısı aşağıdakı kimidir:


Публикация от Niyal Hazırlıq Kursları (@niyalkurslaricom)

MƏN XOCALIYAM!

Bu video-çarx Niyal Kursları tərəfindən Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ithafən çəkilmişdir. Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[4] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Unutmadıq, UNUTDURMARIQ!


QƏBUL İMTAHANLARININ VAXTI BELƏDİR


Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il üçün ali məktəblərə və kolleclərə qəbul vaxtını açıqlayıb.

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.
İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I,II,III,IV və V ixtisas qrupları üzrə ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaqdır.

9 illik bazada kolleclərə ərizə qəbulu 1 - 27 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanının I mərhələsi aprelin 15-də, II mərhələsi isə iyulun 10-da keçiriləcək.

11 illik bazada kolleclərə ərizə qəbulu 29 mart- 30 aprel tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün 11 illik bazada kolleclərə qəbul imtahanı iyulun 10-da keçiriləcək.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə I imtahan 22 aprel, II imtahan isə 10 iyun tarixində keçiriləcək.

Necə Öyrənək, Necə Öyrədək?

“Necə Öyrənək, Necə Öyrədək?” Seminarı Uğurla Başa Çatıb

İGEDER (İstanbul Gönüllü Eğitimciler Derneği) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) birgə təşkil etdiyi “Necə Öyrənək, Necə Öyrədək?” seminarında Kursumuzun müəllimləri də iştirak etdi.
İGEDER İdarə heyətinin sədri Nuri Özkan və İcraçı katib Mehmed Esad Demircinin mühazirəçi olaraq qatıldığı  seminar,  Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycandakı təhsil könüllüləri və idarəçilərindən ibarət olan təxminən yetmişə yaxın insanın iştirakı ilə baş tutub. Seminarda “Yaşlara Görə İnkişaf Xüsusiyyətləri”, “Təsirli Sinif İdarə Edilməsi”, “İnsan Tanıma Texnikaları”, “Təhsilin Təməl Xüsusiyyətləri”, “Təsirli Dərs Keçmə Texnikaları” başlıqları altında mövzulara yer verilib.

5-8 siniflər üçün təkmilləşdirmə kursları


   Kursumuzda 5,6,7,8-ci siniflər üçün Riyaziyyat və İngilis dilindən təkmilləşdirilmiş dərslər keçirilir. Dərslər həftədə 8 saat III,VI günlər saat 14:30-da keçirlir. Əziz şagirdlər siz bizdə təhsil aldığınız müddətdə biliyinizi aylıq olaraq pulsuz Chek-up imtahanlarında yoxlaya da bilərsiniz.
Təhsilinizin inkişafı üçün Niyal ailəsinə qoşulmağa tələsin!

11 Fevral - MQT 5 Mövzuları

AZƏRBAYCAN DİLİ

IX sinif
  1. Fonetika
  2. Leksika
  3. Söz yaradıcılığı
  4. Morfologiya
  5. Söz birləşməsi
X sinif
  1. Fonetika
  2. Leksika
  3. Söz yaradıcılığı
  4. Morfologiya
  5. Söz birləşməsi

XI sinif
  1. Söz birləşməsi: ismi və feili birləşmələr
  2. Sintaktik  əlaqələr
  3. Cümlənin məqsəd və intonasiyaya görə növləri
  4. Cümlənin baş üzvləri

ƏDƏBİYYAT

IX sinif
  1. Şifahi xalq yaradıcılığı
  2. Qədim dövr Azərbaycan ədəbiyyatı
  3. Gəncəvi həyatı və yaradıcılığı. “İskəndərnamə” poeması
  4. Orta dövr Azərbaycan ədəbiyyatı
  5. İ. Nəsimi həyatı və yaradıcılığı. “Sığmazam” qəzəli.
  6. Ş.İ. Xətayi həyatı və yaradıcılığı. “Dəhnamə” poeması
  7. M.Füzuli həyatı və yaradıcılığı. “Məni candan usandırdı…” qəzəli. “Leyli və Məcnun” poeması
  8. Yeni dövr Azərbaycan ədəbiyyatı I mərhələ
    “Koroğlu” dastanı.
    “Həmzənin Qıratı qaçırması” qolu
  9. Ədəbiyyat nəzəriyyəsi – epik növ, lirik növ, dramatik növ. Bədii əsərdə həyat hadisələrinin əksetdirmə üsulları
    Bədii əsərin quruluşu. Bədii əsərdə hadisə və surət
X sinif
  1. Şifahi xalq yaradıcılığı
  2. Qədim dövr Azərbaycan ədəbiyyatı
  3. Gəncəvi həyatı və yaradıcılığı. “İskəndərnamə” poeması
  4. Orta dövr Azərbaycan ədəbiyyatı
  5. İ. Nəsimi həyatı və yaradıcılığı. “Sığmazam” qəzəli.
  6. Ş.İ. Xətayi həyatı və yaradıcılığı. “Dəhnamə” poeması
  7. M.Füzuli həyatı və yaradıcılığı. “Məni candan usandırdı…” qəzəli. “Leyli və Məcnun” poeması
  8. Yeni dövr Azərbaycan ədəbiyyatı I mərhələ
  9. “Koroğlu” dastanı.
    “Həmzənin Qıratı qaçırması” qolu
  10. Ədəbiyyat nəzəriyyəsi – epik növ, lirik növ, dramatik növ. Bədii əsərdə həyat hadisələrinin əksetdirmə üsulları
    Bədii əsərin quruluşu. Bədii əsərdə hadisə və surət

XI sinif
  1. Təkrar
  2. Yeni dövr Azərbaycan ədəbiyyatı III mərhələ
  3. Hekayə, memuar, novella, felyeton haqqında məlumat
  4. Ədəbi cərəyanlar
  5. Ədəbi məktəblər
  6. Məmmədquluzadə həyat və yaradıcılığı
  7. “Anamın kitabı” tragikomediyası

BİOLOGİYA

          IX  sinif
  1. Sap qurdlar tipi. Sap qurdların həyat fəaliyyəti
  2.  İnsan üçün təhlükəli olan qurd xəstəlikləri
  3.  Həlqəvi qurdlar tipi
  4.  Həlqəvi qurdların həyat fəaliyyəti
  5.  Molyusklar tipi
  6.  Molyuskların həyat fəaliyyəti
  7.  Buğumayaqlilar tipi. Xərçəngkimilər sinfi
  8.  Hörümçəkkimilər sinfiHəşəratlar sinfi
  9.  Həşəratların müxtəlifliyi və təbiətdə rolu
  10. Təkrar mövzular
    X  sinif
  1.   Həlqəvi qurdlar tipi
  2.  Həlqəvi qurdların həyat fəaliyyəti
  3.  Molyusklar tipi
  4.  Molyuskların həyat fəaliyyəti
  5.  Buğumayaqlilar tipi. Xərçəngkimilər sinfi
  6.  Hörümçəkkimilər sinfiHəşəratlar sinfi
  7.  Həşəratların müxtəlifliyi və təbiətdə rolu
  8. Xordalılar tipi. Kəlləsizlər yarımtipi. Başıxordalılar sinfi
  9.  Kəlləlilər yarımtipi. Balıqlar
  10. Təkrar mövzular
      XI  Sinif
  11. Dayaq-hərəkət aparatı
  12. Qan.qan dövranı
  13. Tənəffüs sistemi
  14. Həzm sistemi
  15. Maddələr mübadiləsi
  16. İfrazat,Dəri,Çoxalma
  17. Analizatorlar,Ali sinir fəaliyyəti
  18. Təkrar mövzular

RUS DİLİ

XI sinif
  1. Имя существительное.
  2. Имя прилагательное.
  3. Имя числительное.
IXX sinif
  1. Имя существительное.
  2. Имя прилагательное.
  3. Синонимы. Антонимы.

COĞRAFİYA

IX sinif
  1. Yer haqqında coğrafi biliklərin inkişafı. Kəşflərdən tədqiqatlara doğru.
  2. Coğrafiya fənnində riyazi və coğrafi əsaslar.
  3. Qalaktika – Kosmos.
  4. Litosfer – Yerin bərk təbəqəsi. Materiklərin relyefi
X sinif
  1. Yer haqqında coğrafi biliklərin inkişafı. Kəşflərdən tədqiqatlara doğru.
  2. Coğrafiya fənnində riyazi və coğrafi əsaslar.
  3.  Qalaktika – Kosmos.
  4. Litosfer bölməsi. Materiklərin relyefi. Azərbaycanın relyefi (geoloji quruluşu, faydalı qazıntıları)
  5. Atmosfer bölməsi. Materiklərin iqlimi. Dünyanın qlobal iqlim dəyişmələri.
  6. Azərbaycanın iqlimi. (günəş radiasiyası, iqlim tipləri, hava kütlələri, yağıntıların paylanması
  7. Hidrosfer bölməsi. (Dünya okeanı və onun hissələri. Quru suları)

XI sinif və məzunlar
  1. Plan və Xəritə
  2. Litosfer
  3. Atmosfer
  4.  Hidrosfer
  5. Biosfer
  6. Materiklər ve Okeanlar coğrafiyası
  7.   Azərbaycan Respublikasının fiziki coğrafiyası (tam proqram)

RİYAZİYYAT

IX  sinif  – I, II, III, IV qruplar və buraxılış
  1. Bir məchullu tənliklər
  2. Tənliklər sistemi
  3. Dördbucaqlılar
  4. Təkrar

    X sinif – I, II, III, IV qruplar
  1. Bir məchullu tənliklər
  2. Tənliklər sistemi
  3. Dördbucaqlılar
  4. Təkrar
XI Buraxılış
  1. Bir məchullu tənliklər
  2. Tənliklər sistemi
  3. Dördbucaqlılar
  4. Təkrar
XI sinif – I, II qruplar
  1. Bir məchullu tənliklər
  2. Tənliklər sistemi
  3. Dördbucaqlılar
  4. Təkrar
  5. Triqonometrik funksiyalar və toplama teoremləri. Oxşarlıq
III, IV qruplar
  1. Bir məchullu tənliklər
  2. Tənliklər sistemi
  3. Dördbucaqlılar
  4. Təkrar
  5. Silsilələr. Bərabərsizlik. Oxşarlıq

KİMYA

XI sinif
  1. Təkrar
  2. Fosfor oksidləri. Ortofosfat turşusu. Mineral gübrələr.
  3. Karbon oksidləri. Karbonat turşusu.
  4. Silisium dioksid. Metasilikat turşusu. Silikat sənayesi
  5. Metalların ümumi xarakteristikaları. I qrup metalları. II qrup metalları. Suyun codluğu. Alüminium.
  6. Dəmir və onun birləşmələri. Mis. Sink. Xrom

X sinif
  1. Təkrar
  1. Elektroliz
  2. Ozon.
  3. Su
  4. VII qrupun əsas yarımqrup elementləri. Xlor.

IX sinif
  1. Təkrar
  1. Elektrolitik dissosiasiya.
  2. İon mübadiləsi reaksiyaları.
  3. Hidroliz
  4. Elektroliz

TARİX

IX sinif  – II qrup
Təkrar.Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti. İntibah mədəniyyəti. Azərbaycan monqol yürüşləri dövründə. Azərbaycan Hülakülər dövlətinin tərkibində.I və II Göytürk dövləti. Uyğur xaqanlığı. Xəzər xaqanlığı.

IX sinif – III qrup
Təkrar.Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti. İntibah mədəniyyəti. Azərbaycan monqol yürüşləri dövründə. Azərbaycan Hülakülər dövlətinin tərkibində.Osmanlı imperiyası. Teymuri imperiyası. Frank və Bizans imperiyası.

X sinif – II qrup
Təkrar. Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti. Şirvanşahlar XI–XIV əsrlərdə. İntibah mədəniyyəti. Azərbaycan monqol yürüşləri dövründə. Azərbaycan Hülakülər dövlətinin tərkibində.Türk dövlətləri. Türk cəmiyyətinin quruluşu. Ərəblər. İslam dini. Xilafət.
X sinif – III qrup
Təkrar. Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti. Şirvanşahlar XI–XIV əsrlərdə. İntibah mədəniyyəti. Azərbaycan monqol yürüşləri dövründə. Azərbaycan Hülakülər dövlətinin tərkibində.
Teymurilər dövləti. Hindistan və Çin. Şərqə doğru səlib yürüşləri. Qərbi Avropada mərkəzləşdirilmiş dövlətlərin yaranması.
XI sinif – II qrup
Təkrar. Qaraqoyunlu,Ağqoyunlu,Səfəvi dövlətləri.Səfəvi-Osmanlı müharibələri.Azərbaycan XXI əsrdə.
XI sinif – III qrup
Təkrar. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri. Səfəvi-Osmanlı müharibələri. İngiltərə,Fransa, Almaniya,Avropada reformasiya,Niderland burjua inqilabı.Versal-Vaşinqton sistemi. ABŞ və Avropa ölkələri  XX əsrin 20-30-cu illərində. Azərbaycan XXI əsrdə.

İNGİLİS DİLİ

IX-X sinif
  1. Modal verbs
  2. The verbs: to do, to make, to have
  3. Would like
  4. Sequence of simple tenses: 1. present simple + future simple / past simple + past continuous
  5. Tag questions
  6. Previous themes (əvvəlki mövzular)

XI və məzun qrupları
  1. Complex object
  2. Simple tenses (Present simple, past simple, future simple, future in the past)
  3. Present continuous, past continuous
  4. Sequence of simple tenses, present continuous and past continuous tense forms

FİZİKA

                  IX sinif         
  1. Aero-hidrostatika. Aero-hidrodinamika
  2. MKN-ın əsasları. İdeal qaz qanunları
  3. Təkrar mövzular
       X sinif
  1. MKN-ın əsasları. İdeal qaz qanunları
  2. Termodinamikanın əsasları
  3. Təkrar mövzular
         XI sinif
  1. Elektrik yükü. Elektrik sahəsi
  2. Elektrik tutumu. Elektrik sahəsinin enerjisi
  3. Sabit cərəyan qanunları
  4. Təkrar mövzular