Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!


TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlərə müraciət etdi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq arzusunda olan abituriyentlərə müraciət edib.
Komissiyadan verilən məlumata görə, 2013/2014-cü tədris ilinin qabiliyyət imtahanlarında iştirak etmək üçün seçmə turlar mayın 1-dən mayın 20-dək aparılacaq. Turlar ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı komissiyalarında keçiriləcək.
Seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir.
Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxla­madan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınır.

KURSUMUZUN QƏBUL İMTAHANINA SAYILI GÜNLƏR QALDI


2013-CÜ İL
28 APREL 
SAAT 10:00-DA 
NİYAL KURSLARINA 
ABİTURİYENT HAZIRLIĞI ÜÇÜN 
QƏBUL İMTAHANIDIR.


Ətraflı məlumat əldə etmək üçün QƏBUL HAQQINDA bölməmizə girin, 
ya da aşağıdakı videonu izləyin:



 

Qəbul imtahanımızın reklam çarxı "Kanal S" tərəfindən hazırlanmışdır.

MSİ 2 - (23.11.2014) ÖNCÜLLƏRİMİZ



23.11. 2014-cü il tarixdə keçirilən MQT-2 sınaq imtahanında 500 baldan yuxarı nəticə göstərən fəal şagirdlərimiz bunlardır:
 

S/S
A.S.
Nəticə
1.        
       Amil Səfərli        
667
2.        
       Ədil Kərəmov     
620
 3.        
4.        
5.        
6.        
7.        
8.        
9.        
10.      
        Saday Şəmiyev    
       Toğrul Babayev  
         Zinyət Ağayeva     
            Məryəm Əhmədova 
         Əli Sarıyev            
         Ayşən Osmanlı     
          İsmayıl Rəsulov    
          Aytac Ağayeva      
609
547
542
541
536
532
529
526
11.        
          Ziya Əhmədov       
523
12.        
          Kənan Qədirov      
512
13.        
            Nurlan Eldarlı         
503
14.        
           Dünya Mirzəliyeva
501

Növbəti imtahanlarda daha da yüksək nəticələr gözləyir və siyahımızın artmasını arzu edirik.

NİYAL KURSLARI - FACEBOOK QRUPU

 NİYAL KURSLARI - FACEBOOK QRUPU (Burada fərdləri I, II, III, IV kimi qruplara ayırmırıq.)


Niyal kurslarında hazırlıq keçmiş və keçməkdə olan bütün şəxsləri Facebook sosial şəbəkəsində qurduğumuz qrupumuza dəvət edirik. Qrup, vaxtımızın daha səmərəli və xoş keçməsi üçün qurulmuşdur. 
Aşağıdakı linki klikləyib qrupumuza daxil olaraq üzv ola bilərsiniz:
https://www.facebook.com/groups/niyalkurslari/

 
Qrupdakı üzvlərin nəzərinə!

* Qrup yalnız "niyal"lılara aiddir və KƏNAR ŞƏXSLƏRİN GİRİŞİ QADAĞANDIR!
* Qrupda Söyüş və təhqiramiz sözlər işlədilməsi QADAĞANDIR!
* Qrupda kursumuza, şagirdlərimizə və müəllimlərə aid kontentlər (xatirələriniz, şəkilləriniz, sitatlar, etiraflar və d.) paylaşıb müzakirə edə bilərsiniz.
* Qrupa dəvət etdiyiniz dostlar kursumuzdan olmalıdır.
* Bu qrup vasitəsilə Eventlər (tədbirlər, görüşlər və d.) təşkil edə bilərsiniz.


https://www.facebook.com/groups/niyalkurslari/


ALİ MƏKTƏBLƏRƏ SƏNƏD QƏBULU BAŞLAYIR



Aprelin 9-dan Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayır.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, sənəd qəbulu mayın 17-dək aparılacaq. Ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək.
Abbaszadə bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komis­siya­larına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edəcəklər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edir və test imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahan­larına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.