Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

TQDK-DAN MOBİL XATIRLATMA


İş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər

TQDK “Ödəmə kartları - mobil xatırlatma” xidmətini istifadəyə verib. Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 77257735 nömrələrindən “Elektron ərizə vermək üçün odəmə kartı” və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

“Elektron ərizə vermək üçün odəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.

QABİLİYYƏT İMTAHANLARININ VAXTI MƏLUM OLDU

Ötən il buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən aparılsa da, cari ildən etibarən peşə liseylərinin də buraxılış imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  həyata keçirəcək. Bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Həm  IX,  həm də XI illik bazadan peşə liseylərində buraxılış imtahanlarını Dövlət Komissiyası  aparacaq. Peşə liseylərinin  buraxılış imtahanları orta məktəblərin buraxılış imtahanları ilə müqayisədə daha tez keçiriləcək.

TQDK sədri ötən həftəki i mətbuat konfransında qeyd edib ki,  peşə liseylərinin buraxılış imtahanlarının tez keçirilməsi həqiqi hərbi xidmətə çağırışla əlaqədardır. Çünki peşə liseylərinin məzunları aprelin 1-dən hərbi qulluğa çağırırlar.

TQDK qabiliyyət imtahanlarının da vaxtını açıqlayıb. Belə ki musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı 18-24 iyul tarixində, Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 25 iyul- 1avqust tarixində,  idman istiqaməti üzrə qabiliyyət imtahanı 31 iyul-12 avqust tarixlərində olacaq.

QƏBUL İMTAHANLARININ İLKİN VAXTI AÇIQLANDI


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında ilk olaraq III ixtisas qrupu üzrə qəbul imtahanın keçiriləcəyini deyib. Belə ki, 3-cü qrup üzrə imtahan iyulun 14-də, 1-ci qrup 21 iyul, 4-cü qrup 28 iyul, 2-ci qrup üzrə isə avqustun 3-də olacaq. İxtisas seçimi isə avqustun 6-dan 15-dək davam edəcək.


Abituriyentlərin ərizə qəbulu aprelin 9-dan mayın 15-nə, ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək olacaq. Ali və orta ixitsas müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı 1-20 may aralığında baş tutacaq.

2013/2014-cü tədqis ilində 7 sınaq imtahanı olacaq. Sınaq imtahanları aprel ayının 7-dən başlayacaq. Son imtahan isə mayın 26-da olacaq. Ümumilikdə bu imtahanlardan 3-ü təkrar test kitabçalarından olacaq.

Rus bölməsi üzrə azərbaycan dili imtahan 1-ci 19 may (Bakı və bölgə mərkəzləri), 2-ci 23 iyun (Bakı), hərbi litsey ərizə qəbulu 15 aprel-25 iyunda keçiriləcək.

MSİ 5 MÖVZULAR


24 fevralda keçiriləcək V Mövzu Sınaq İmtahanına düşə biləcək mövzular:



Fizika
X  sinif
 MOLEKULYAR FİZİKA Molekulyar kinetik nəzəriyyə (MKN). İdeal qaz qanunları
1. MKN-nin əsas müddəaları. Broun hərəkəti. Diffuziya.

2. Molekulların kütləsi və ölçüsü. Maddə miqdarı və vahidi. Nisbi atom kütləsi. Avoqadro sabiti. Molyar kütlə. Molekulların konsentrasiyası.

MSİ 4 - (27.01.2013) ÖNCÜLLƏRİMİZ





27.01.2013-cü il tarixdə keçirilən IV Mövzu Sınaq İmtahanında 500 baldan yuxarı nəticə göstərən fəal şagirdlərimiz bunlardır:
 

S/S
A.S.
Nəticə
1.        
Sevinc Mustafayeva
617
2.        
Rafael Əliyev
606
3.        
Aişə Babayeva
579
4.        
Samir Məmmədov
562
5.        
Aqil Əsgərov
555
6.        
Lalə Müslümzadə
548
7.        
Sahib Hacıyev
520

Növbəti imtahanlarda daha da yüksək nəticələr gözləyir və siyahımızın artmasını arzu edirik.

NİYAL KURSLARI başlatdı, "Sİz də oxuyun!"


      Bu gün İsmayıllı Rayon Niyal Kursları'nda keçirilmiş toplantıda öncə Əkrəm Əylisli "Daş yuxular" romanına görə qınanıldı. Həqiqəti yazmadığına görə, millətini aşağıladığına görə, özünün iddia etdiyi kimi, iki xalqı barışdırmaq hədəfinə heç də nail olmadığına görə, tökülən nahaq qanlara sayğısızca davrandığına görə. Və biz bu romandan fərqli olaraq, münaqişəli tərəflərin heysiyyətinə, qüruruna toxunmadan PKK problemi ilə mübarizəyə əsl ziyalı, əsl yazar, əsl insan münasibətini sərgiləyən ZEKERİYA EFİLOĞLUNUN "AŞKIN EŞİYİNDE ÖLÜME UYANMAK" romanını oxumağı başlatdıq.