İmtahan qabağı yaddaşı gücləndirən qidalar


      Yediyiniz qidalar diqqəti cəmləməyə, yaddaşı gücləndirməyə və daha yaxşı öyrənməyə xidmət edir. Məsələn, adi kökün yaddaşın möhkəmlənməsinə, ananasın isə əzbərləmə qabiliyyətinə nə qədər yardım etdiyini bilirsinizmi? Bəs limonun qavramaya yardım etmək qabiliyyəti haqda? İmtahanda stressin öhdəsindən gələcək qida məhsullarını bilməyiniz lap yerinə düşər. 

Sinir sistemi üçün 
Qoz, fındıq, fıstıq zehnin uzun müddət çalışmaq imkanını artırır. Beynin əlaqələndirici maddələrinin əmələ gəlməsinə səbəb olur.



Yaradıcılıq üçün
Zəncəfilin tərkibindəki maddələr beynin yeni fikirlər yaratmasına kömək olur. Qan duru olduğunu üçün sərbəst şəkildə axır, beyin oksigenlə qidalanır.

Yaddaş üçün
Kök yaddaşın qabiliyyətini artırır. Beynin metabolizm prosesini canlandıran fermentlərdəndir. Ananas əzbərləmək üçün çox yararlıdır. Digər meyvələrdə olmayan manqan elementinə malikdir.

Xoşbəxtlik üçün
Xoşbəxt olanda, insan daha yaxşı öyrənə bilir. Enerjiniz pozitiv olur. Qırmızı bibər acı olsa da, bədənin öz hormonu olan endorfinin ifraz olunmasını təmin edir. Çiyələk stressin təsirlərini azaldır. Banan da beynə xoşbəxtlik hiss verən seratonin maddəsinə malikdir.

Öyrənmək üçün
Kələm qalxanvarı vəzinin fəaliyyətini azaldır. Bu isə əsəbiliyə qarşı xeyirli qidadır. İmtahan öncəsi stress üçün tövsiyə olunur. Limon qavrama qabiliyyətini artırır. Yeni əldə ediləcək biliklərin qavranması üçün məsləhət görülür.

1 yorum: