Qırılmış xəyallarımız
(Kiminin
əvvəli, kiminin axırı)
---------------------------------------------------------
Soyuq bir qış günü idi. Küçələrdə bir
səssizlik, bir vahimə hökm sürürdü. Qar yağırdı. Şəhərin gözəl işıqları ilə
yaranan mənzərə insan qəlbini valeh etsə də, şəhər dərin bir quyu kimi idi. Hava
elə soyuq idi ki.. sanki minlərlə insanın ahı var idi havada..
Böyük və
zərafətli bir tikili qarşısında kiçicik bir nəfəs vardı. Sadəcə titrək əlləri və
zəif qəlb döyüntüləri olan bir balaca uşaq.. Soyuq iliklərinə qədər işləmişkən,
gözünü uzaqlara dikərək, səsi belə çıxmadan dizi üstə çökmüş, uzun müddət şəhərə hakim olan bu səssizliyi pozmayan qarla
danışırmış kimi sakit bir şəkildə mızıldanırdı. Sanki sonu qaranlıq görünən gələcəyini,
qırılmış xəyallarını düşünürdü...
Elə bu vaxt: qarşısında zənginlərə
məxsus və yuxusunda belə görmədiyi gözəl bir maşın dayandı. Balacanın gözlərində
yox olmuş işıq yeniden parladı və bir anlıq dondu. Sadəcə olanları seyr edir və
vəziyyəti anlamağa çalışırdı. Maşından yaraşıqlı bir bəy, gözəl bir xanım və şirin
bir uşaq endi. Balaca isə bu insanlara heyrətlə baxır və sanki qəribə bir şey
görürmüş kimi izləyirdi. Onlar balacaya yaxınlaşdıqca o özündə bir qorxu hiss edirdi.
Balaca da özündə cəsarət toplayıb tərəddüdlə də olsa onlardan pul istədi. Lakin
bu insanlar çox kobud və özünü bəyənmiş olduqları üçün balacanı itələyərək özlərindən
uzaqlaşdırdılar..
“-Rədd ol!!! Bizə necə yaxınlaşırsan?! Sənin
kimi bir dilənçi parçasına verəcək pulumuz yoxdur bizim... Kimsəsizliyinin günahkarı
biz deyilik. İyrənc məxluq...!” –deyib, qadın öz uşağının qolundan tutaraq
özünə çəkdi: "gəl balam, yoxsa sənə də bulaşdırar bu öz çirkini". Bunları
söyləyərək balacanı tək başına buraxıb qarşıdakı dəbdəbəli restorana girdilər. Balaca
sanki yuxudan oyanırmış kimi bir an diksindi və öz-özünə düşünməyə başladı:
“Niyə mən?! Doğrudan da özüməmmi
kimsəsizliyimin səbəbi?! Acı taleyimin gunahkarı kimdir?! Niyə mən?!”
Bir neçə saat keçdi. Balaca buz kimi
havada yavaş-yavaş donurdu artıq. Acı həyatı ilə birlikdə ümidlərini də gömürdü
torpağa...
...Sübh çağı. Dünənki gecənin müdhiş soyuqluğundan əsər-əlamət yox idi. Günəş üfüqdə parlayır, bəyaz qar isə günəşin zəif işıqları altında qızarırdı. Havada ilıqlıq var idi. Ölü şəhər sanki dirilməkdə idi.
Balaca da gözlərini açdı. Nağıllar aləminə düşdüyünü fikirləşirdi. Özünü belə gözəl bir otaqda görəndə çox təəccüblənmişdi. Nə baş vermişdi? Necə olub buraya düşmüşdü?..
Otağı gözdən keçirtdi və yanındaca yaşlı və üzündən nur tökülən bir kişi gördü. Kişiyə baxaraq soruşdu:

- Haradayam mən? Siz kimsiniz?
Yaşlı kişi cavabında:
- Oğlum, sən dünən soyuqla mücadilə etməkdə idin. Mən də səni incidən o insanları gördüm və qəlbim ağrıdı. Mənim övladım yoxdur... və bir anlıq səni balammış kimi hiss etdim.. Anan, atan varmı sənin?
Balaca:
-Mən yetim və kimsəsizəm. Həyatı dərk etdiyim gündən bəri gördüyüm tək yer küçələr olub. Sahib olduğum tək şey yalnızlığım və bir neçə il öncə diləndiyim bu dəsmal...
Dinlədikcə qocanın ürəyi parçalandı və o gündən sonra bu yetimi öz oğlu yerinə qoydu... Bu qoca, həmin o dəbdəbəli restoranın sahibi imiş sən demə.

İllər keçdi. O rəhimli insan dünyasını
dəyişdi və vəsiyyəti üzrə bütün mal varlığını böyütdüyü bu oğlana verdi. Oğlan
da artıq böyümüş, məşhur, öz branşı üzrə adlı-sanlı bir doktor olmuşdu.
Keçən bu illər oğlanın uşaqlıq xatirələrinə pis iz buraxan zəngin ailəyə də təsir etmişdi. Onların oğlu böyümüş və pis yola düşmüşdü... Ailəsinin bütün pulunu qumara yatırmış və bütün mal varlıqlarını uduzmuş və atası da bu hadisədən ürəyi dayanıb ölmüşdü. Oğlan oxumamış, avara uşaqlarla dostluq etmiş və nəticədə; çox pis xəstəliyə yoluxmuşdu. Vəziyyəti günü-gündən daha da ağırlaşırdı.

Anası oğluna çox öyüd verdi,
amma nafilə. Sonda bu avara yeriməyəcək hala gəlmiş və yatağa düşmüşdü.
Bir gün bu zalım qadın, məşhur doktorun adını eşidir və onun qəbuluna düşməyi qərarlaşdırır. Uzun gözləmədən sonra növbə bu qadına çatdı. Güc-bəla ilə oğlunu qaldırıb gələrək, həkimin qapısını döydü və içəridən bir səs gəldi :
- Buyurun !
Qadın oğlu ilə otağa keçib əyləşdi və dərdini anlatmağa çalışdı. Doktor isə başını qaldırmadan dinlədi. Qadına baxanda birdən dondu bir anlıq. Qadına baxdı və gözünün önündə keçmiş canlandı. Qəlbində ömrü boyu duymadığı hisslər baş qaldırdı. 25 il öncə yaşadığı o soyuq qış gününü sanki dünənmiş kimi xatırladı. İçində nifrət və qəzəb tüğyan edən qəlbi çox sıxıldı.
Qadın :
-Doktor... eşidirsiniz? Sağalacaqmı oğlum?
Doktor:
-Bəli! ... Bəli...
Bir təhər özünə gələn həkim, qəlbindəkiləri gizləyərək sözünə davam etdi:
-Bəli, sağala bilər, lakin çox məsrəfiniz olacaq. Özünüz düşünün..
Qadın çarəsiz bir şəkildə otağı tərk etdi və oğlu ilə evinə doğru yol aldı.
Doktor hirsini cilovlamağa çalışırdı, amma bir zaman qadının ona etdiyi davranışı xatırlayıb rahat ola bilmirdi. Sanki sevinirmiş kimi qəlbini bir kin hissi bürüdü. Amma belə olduğu halda özünün də onlardan bir fərqsiz olduğunu düşündü və bu ona heç yaraşmazdı.. tez arxaları ilə qaçdı.

- Xanım!! İstəyirsinizsə, mən
sizə kömək edə bilərəm.
Qadın susdu.
Onsuz da başqa bir əlacı yox idi. Sevincindən də doktora necə təşəkkür edəcəyini bilmirdi. Məzlumca baxmaqla kifayətləndi.

Doktora bu baxışlar tanış idi.
...Bəli! Aylar keçdi qadının oğlu
1 qəpiksiz sağaldı. Qadın indi anlayırdı ki, həyatda bəzi şeylər pul ilə
ölçülmür. Və indi tək minnətdar olduğu bu doktor idi. Onu da öz oğlu kimi
sevməyə başlamışdı. Lakin həkimin içindəki qızğınlıq hələ də tam olaraq
keçməmişdi. Buna görə də başqa bir şəhərə getməyi qərara aldı. Çox düşündü.
Gedib bəlkə hər şeyi danışaydı?.. Yox, bunu bacarmazdı. Və oturub məktub yazdı...
Sabah olar-olmaz qadıngilin
evinə üz tutdu. Qapını döydü və gözlədi. Qadın qapını açaraq:
-Həə, oğlum sən idin? Gəl, gəl içəri! -dedi.
Həkim isə:
(zərfi uzatdı) -Xeyr.. Girməyəcəyəm -dedi və sonra heç nə söylemədən oradan uzaqlaşdı. Qadın bir şey anlamadan zərfi açdı və oxumağa başladı...

Məktubda yazılmışdı:
“MƏN BİR ZAMANLAR UŞAQ İDİM. HƏM DƏ KİMSƏSİZ BİR UŞAQ... BİR GÜN - SOYUQ BİR QIŞ GECƏSİ BİR QADINDAN ÇÖRƏK ALMAQ ÜÇÜN PUL İSTƏDİM. ÇÜNKİ AC İDİM. O GÜN O MƏNƏ ÇÖRƏK PULU VERSƏYDİ, MƏN ONA ÖZÜMÜ ÖMÜR BOYU BORCLU SANARDIM. AMMA O QADIN MƏNİ İTƏLƏYƏRƏK, ÖZ UŞAĞI İLƏ MƏNƏ BAXIB “SƏN BİR İYRƏNC MƏXLUQSAN” DEMİŞDİ. İLLƏR KEÇDİ, HƏYAT O QADINI MƏNƏ MÖHTAC ETDİ. PULU, İMKANI OLA-OLA, MƏNƏ “BİR DİLƏNÇİYƏ VERƏCƏK PULUMUZ YOXDUR” DEDİ VƏ ZAMAN GƏLDİ, DOĞRUDAN DA ELƏ OLDU.

KİMİN AXIRI NECƏ OLACAQ BİLİNMİR. MƏN ƏLİMDƏ
OLANLARIN BİR GÜN OLMAYACAĞINI DÜŞÜNDÜM. BUNU SƏNƏ DƏ TÖVSİYƏ EDƏRDİM. HƏYATI
VƏ İNSANLARI AYIRMADAN SEVİN. ÇÜNKİ HƏYATIN BİZƏ NƏLƏR GÖSTƏRƏCƏYİ HEÇ KİMƏ
MƏLUM DEYİL!!”
Chox gözel hekayedir, suuuupeeeerdiii
YanıtlaSiluğurıar .
YanıtlaSilÇiçek,Leyla, tebrik edirem...
YanıtlaSilqeleminiz daim olsun..