Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

İmtahan stressini necə aradan qaldırmalı? - Abituriyentlərə məsləhət

Niyal Kursları psixoloq Elvira Kərimovanın abituriyentlərdə imtahan stressini necə aradan qaldırmaq haqda məqaləsini təqdim edir.

Uşaqların bilik səviyyələrinin ölçülməsi üçün aparılan imtahanlara uşaqlar xarakterik xüsusiyyətlərindən asılı olaraq, bir-birlərindən fərqli şəkildə reaksiya verir.
Uşaqları imtahan stressindən uzaqlaşdırmaq üçün tək öhdəlik onların boynuna düşmür. Eyni zamanda ailələrə və müəllimlərin də üzərinə böyük öhdəlik düşür.
Uğursuzluq qorxusu yaşayan uşaqlarda imtahandan əvvəl, imtahana hazırlaşarkən və imtahan vaxtı çox fərqli əlamətlər özünü göstərə bilər. Bu əlamətlər psixoloji və ya fizioloji ola bilər. Valideyn və müəllimlərin əvvəlcədən bu əlamətləri görməsi onların aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. Çünki uşaqlar sıxıntıları ifadə etməkdə böyüklərə nisbətən çətinlik çəkirlər.

Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

Əgər uşaqlarınızda aşağıdakı əlamətlərdən bir neçəsi varsa, deməli, uşaq imtahan stressini həddindən artıq çox yaşayır.
- Düşüncələrini toplaya və ifadə edə bilməmə.
- Öyrəndiklərini unutmaq və yaza bilməmək.
- Diqqətini verə bilməmək.
- Sualları başa düşməkdə çətinlik.
- Ürəyin sürətlə döyünməsi.
- Əllərin titrəməsi, istilik basması və baş fırlanması.
- Mədə bulantısı və baş ağrısı.
- Gərginlik və əsəbilik.
- İnamsızlıq və mənfi düşünmə.
- Qorxu hissi.

Bəs bu əlamətlərdən bir neçəsi mövcuddursa, bunu necə aradan qaldırmaq lazımdır? Valideynlər uşaqlarına necə kömək edə bilərlər?

- Birincisi, uşaqlarda bu həyəcanı tam aradan qaldırmaq lazım deyil. Əsas olan onlara  bu həyəcanı idarə edə bilməyi öyrətməkdir. Əgər uşaq bir işə qarşı heç bir həyəcan keçirmirsə, demək ki, heç o işi önəmsəmir. Bu halda o işə motivasiya olmaq da qeyri-mümkündür. Bir işə qarşı məsuliyyət və həyəcan duymaq o işi yaxşı görməyimiz üçün bir səbəbdir. Uşaq bir işə qarşı həyəcan duyursa, deməli, bu işə qarşı daha çox istək və önəm verir və bu da şagirdin bu işi daha yaxşı yerinə yetirməyinə səbəbdir. Bizə düşən öhdəlik onların bu həyacanını bacardığımız qədər azaltmaqdır.

- İkincisi, zamanı düzgün istifadə etməkdə uşağa köməklik göstərin. Şagirdlər bəzən verilən zamanın onların yazacağı imtahan suallarına yetməyəcəyini düşünür və özlərini panikaya salırlar. Zamanı düzgün bölmək üçün ilk əvvəl düşünülməlidir ki, verilən vaxt elə hesablanıb ki, bütün sualları sona qədər oxuyub və həmin suallara cavab vermək üçün kifayət etsin. Bu qanunla,  uşaqların bilik  səviyyəsi nəzərə alınaraq uyğunlaşdırılıb. Sadəcə vaxtı düzgün bölməklə tam rahat şəkildə yerinə yetirmək mümkündür.

- Üçüncüsü, imtahan şagirdin xarakterini deyil, savadını ölçər. Əgər uşaq bu imtahanın savadının yox, xarakterinin ölçüldüyünü və bu imtahan nəticəsinə görə dəyərləndiriləcəyini düşünürsə,onun həyəcanı daha da artar. Özünü imtahan nəticəsinə görə "dəyərsiz və yetərsiz" görən uşaq özünə güvənini itirəcək və imtahana qarşı qorxu artacaq. Burda da məsuliyyət yenə də valideynin üzərinə düşür. Valideyn nəticədən asılı olmayaraq uşağın əziyyətini mütləq dəyərləndirməlidir. Çünki əlindən gələni edən, lakin aşağı nəticə verən uşaq ətrafı tərəfindən danlanarsa, özünü çox çarəsiz hiss edər. İlk əvvəl uşağın əziyyəti dəyərləndirməli, sonra yaranan problemin həllinə yönəlilməlidir. (lent.az)

MQT-3 MÖVZULARI – 18DEKABR

AZƏRBAYCAN DİLİ
IX SİNİF
1. Fonetika
2. Leksika
3. Söz yaradıcılığı
4. İsim
X SİNİF
1. Fonetika
2. Leksika
3. Söz yaradıcılığı
4. İsim
5. Sifət

XI SİNİF VƏ MƏZUN

1. Fonetika
2. Leksika
3. Söz yaradıcılığı
4. İsim
5. Sifət
6. Say
7. Əvəzlik
8. Zərf
9. Feil -(quruluşu, təsirli, təsirsiz feillər, qramatik məna növləri)

ƏDƏBİYYAT
IX SİNİF
1. Təkrar.
2. Yeni dövr Azərbaycan ədəbiyyatı I mərhələ. “Koroğlu” dastanı. “Koroğlu ilə Bolu bəy”.
3. M.P.Vaqif “Hayıf ki, yoxdur…”
4. Yeni dövr Azərbaycan ədəbiyyatı II mərhələ. Q.Zakir “Durnalar”
5. A.Ələsgər “Dağlar”
6. S.Ə.Şirvani “Qafqaz müsəlmanlarına xitab”
7. Ədəbiyyat nəzəriyyəsi: Dastan. Heca vəzni. Qoşma. Bənd və beyt anlayışları. Epitet, təşbeh və metafor.

X SİNİF
1. Təkrar.
2. N.Gəncəvi. “İsgəndərnamə”.
3. Orta dövr Azərbaycan ədəbiyyatı.
4. İ.Nəsiminin həyat və yaradıcılığı. “Yanaram”, “Mən mülki-cahan…”
5. Ədəbiyyat nəzəriyyəsi: Süjet və kompozisiya. Təhkiyə və tərənnüm. Bədii təsvir və ifadə vasitələri.

XI SİNİF VƏ MƏZUN
1. Təkrar.
2. M.Füzuli “Leyli və Məcnun” poeması  
3. Yeni dövr Azərbaycan ədəbiyyatı I mərhələ (icmal)
4.  “Koroğlu” eposu. “Keçəl Həmzənin Qıratı qaçırması” qolu.
5.  M.P.Vaqif. “Bax” qəzəli və “Görmədim” müxəmməsi.
6. Yeni dövr Azərbaycan ədəbiyyatı II mərhələ (icmal).
7. Q.Zakir. “Gəlsin” qoşması, “Xəbər alsan bu vilanın əhvalın…” satirası.
8. Ədəbiyyat nəzəriyyəsi: Qoşma və gəraylı, müxəmməs və təxmis. Satira. Dramatik növ və onun janrları.

CƏBR-HƏNDƏSƏ
IX SİNİF 1-2-3-4-CÜ QRUPLAR
1. Tam  cəbri  ifadələr.
2. Çoxhədlinin  vuruqlara   ayrılması
3. Çevrə
4. Təkrar

X (1-2-3-4-cü qruplar)
1. Tam  cəbri  ifadələr.
2. Çoxhədlinin  vuruqlara   ayrılması
3. Çevrə
4. Təkrar

XI  SİNİF VƏ MƏZUN (1-2-Cİ QRUP)
1.  Rasional kəsrlər
2. Kvadrat köklər
3. Bir məchullu  tənliklər
4. Tənliklər   sistemi
5. Çevrə
6. Təkrar

XI SİNİF VƏ MƏZUN (3-4-cü qrup)
1. Rasional kəsrlər
2. Kvadrat köklər
3. Çevrə
4. Təkrar

XI SİNİF (5-ci qrup)
1. Tam  cəbri  ifadələr
2. Çoxhədlinin  vuruqlara  ayrılması
3. Çevrə
4. Təkrar

TARİX
IX  SİNİF  II  QRUP      
Təkrar. Sasani və ərəblər dövründə. Azərbaycanın vahid dövlətin tərkibində birləşməsi.
IX  SİNİF  III  QRUP
Təkrar. Sasani və ərəblər dövründə. Azərbaycanın vahid dövlətin tərkibində birləşməsi. Qədim Roma.Xalqların böyük köçü.Göytürk xaqanlığı və onun varisləri.Xəzərlər.Böyük İpək yolunun başlandığı ölkə.
X SİNİF  II  QRUP
Təkrar. Azərbaycan Ərəblər dövründə.Azərbaycan IX-XI əsrlərdə.
X SİNİF  III  QRUP
Təkrar. Azərbaycan Ərəblər dövründə. Azərbaycan IX-XI əsrlərdə. Çin,Türk dövlətləri IV-X əsrlərdə.
XI  SİNİF VƏ  MƏZUN  II  QRUP
Təkrar. Azərbaycan feodal dövlətləri. IX-XII əsrlərdə.Cənubi və Şimali Azərbaycan 40-60-cı illərdə.
XI  SİNİF  VƏ  MƏZUN  III  QRUP 
Təkrar.Azərbaycan feodal dövlətləri. IX-XII əsrlərdə.Türk dövlətləri və  Avropa IX-XI  əsrlərdə.Böyük Səlcuq,Dehli,Monqol və Qızıl Ordu dövləti.Cənubi və Şimali Azərbaycan 40-60-cı illərdə.
COĞRAFİYA
IX-X SİNİF
1. Plan ve Xerite
2. Litosfer
3. Atmosfer

XI SİNİF VƏ MƏZUN
1. Plan və Xəritə
2. Litosfer
3. Atmosfer
4. Hidrosfer

FİZİKA
IX-X  SİNİF
1. Ümumdünya cazibə qanunu. Ağırlıq qüvvəsi.
2.Elastiklik qüvvəsi. Sürtünmə qüvvəsi.
3. Təkrar mövzular.

XI SİNİF VƏ MƏZUN
1. Statika.
2.İmpuls. Enerji. Mexaniki iş. Güc. Saxlanma qanunları
3. Aero-hidrostatika. Aero-hidrodinamika
4. Təkrar mövzular.

KİMYA
IX SİNİF
1. Təkrar.
2. Kimyəvi reaksiyaların təsnifatı. İstilik effekti. Yanma və əmələgəlmə istiliyi.
3. Kimyəvi reaksiyaların sürəti.
4. Kimyəvi tarazlıq. Tarazlıq sabiti
5. Oksidlər.
6. Əsaslar

X SİNİF
1. Təkrar
2. Kimyəvi reaksiyaların sürəti. Kimyəvi tarazlıq. Tarazlıq sabiti
3. Oksidlər.Əsaslar. turşular. Duzlar

XI SİNİF VƏ MƏZUN
1. Təkrar.
2. Kimyəvi reaksiyaların təsnifatı. İstilik effekti. Yanma və əmələgəlmə istiliyi.
3. Kimyəvi reaksiyaların sürəti.
4. Kimyəvi tarazlıq. Tarazlıq sabiti
5. Oksidlər.
6. Əsaslar

BİOLOGİYA
IX SİNİF
1. Bakteriyalar, göbələklər, şibyələr
2. Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
3. Molyusklar və buğumayaqlılılar
4. Təkrar  mövzular

X SİNİF
1.Bitki aləminin inkişafı. Bakteriya. Göbələk. Şibyə.
2. Heyvanlar aləmi. İbtidailər. Bağırsaqboşluqlular.
3. Qurdlar. Molyuskalar tipi
4. Buğumayaqlılar tipi.
5. Təkrar mövzular.

XI SİNİF MƏZUN
1. Darvinəqədərki təkamül təsəvvürləri.Darvin təliminin müddəaları.Növ.növün kriteriyaları.Təkamülün hərəkətverici qüvvələri.İrsiyyət və dəyişkənlik
2. Yaşamaq uğrunda mübarizə.Təbii seçmə və onun populyasiyada formaları.Təkamülün digər amilləri.Orqanizmlərin uyğunlaşması və nisbiliyi.Mikrotəkamül.
3. Üzvi aləmin inkişafı.Makrotəkamül.Müasir təsnifatın prinsipləri.Üzvi aləmin təkamülünün əsas istiqamətləri.Yer üzərində həyatın əmələ gəlməsi.
4. İnsanın əmələ gəlməsi. İnsan təkamülü. İnsan  irqləri.
5. Təkrar mövzular.

İNGİLİS DİLİ
IX SİNİF
1. The Noun
2. Quantifiers
3. The Article
4. The Pronoun
5. The Numeral

X SİNİF
1. The Noun
2. Quantifiers
3. The Article
4. The Pronoun
5. The Numeral

XI SİNİF
1. The Noun
2. Quantifiers
3. The Article
4. The Pronoun
5. The Numeral
6. The Adjective and Adverb
7. The Preposition (Preposition of place, direction and time)


RUS DİLİ
1.Фонетика.Буквы и звуки.
2.Лексикология.Прямое и переносное значение слова.
3.Синонимы.Антонимы.Омонимы.
4.Фразеологизмы.
5.Пословицы и поговорки.
6.Морфология. Части речи .Имя существительное.Собственные и нарицательные, одушевлённые и неодушевлённые имена существительные.
7.Род имён существительных .Существительные на  -мя.
8.Число имён существительных.Существительные имеющие форму только единственного числа и множественного числа.
9.Склонение имён существительных.Разносклоняемые и особосклоняемые существительные.
Несклоняемые существительные.
10.Имя прилагательное.Качественные и относительные прилагательные.
11.Склонение прилагательных.Соглосование прилагательных с существительными в роде числе и падеже.
 Rus dili və ədəbiyyat (Rus bölməsi)
Темы для ТТО 3 по русскому языку.
1. Фонетика. Графика. Орфоэпия.
2. Лексикология.
3. Фразеология. Этимология. Лексикография.
4. Имя существительное.
5. Имя прилагательное.
6. Имя числительное
7. Местоимение.
Темы для ТТО 3 по литературе.
1. Литературные направления: классицизм, сентиментализм, романтизм.
2. Литературное произведение как единое целое.
3. Жанры восточной поэзии
4. Идейно-художественное значение литературы. Гуманизм. Народность. Психологизм. Традиции. Новаторство. Историзм. 
5. Литература XII-XVIIIвека.
6. В.А.Жуковский «Светлана».
7. «Китаби Деде Коркут».
8. «Кёроглу».
9. Низами Гянджеви.
10. Мухаммед Физули.
11. Молла Вели Видади.
12. Молла Панах Вагиф.
13. Теория литературы.
14. М.Ш.Вазех.
15. В.А.Жуковский.
16. В.Шекспир.
17. Ж.Б.Мольер.
18. О.Бальзак.
19. А.С.Грибоедов.