Bill Geytsin yuxarı sinif şagirdlərinə 11 məsləhəti


Bill Geyts deyib ki, bu məsləhətləri şagirdlər məktəbdə heç vaxt eşitməyəcəklər, çünki məktəb belə şeyləri öyrətmir.

1.     Həyat ədalətsizdir – bununla barışmalısan.
2.     Sənin özünüduyman və özünəhörmətin dünyanın vecinə deyil. Dünya səndən müəyyən nailiyyəti gözləyir  - yalnız bundan sonra sənin ləyaqət hissin nəzərə alınacaq.
3.     İnandırıcı deyil ki, məktəbi bitirən kimi sən ildə 40 min alacaqsan. Sən şirkətin vise-prezidenti olmayacaqsan, öz şəxsi sürücünlə limuzində gəzməyəcəksən – bütün bunları qazanmaq lazımdır.
4.     Əgər düşünürsən ki, müəllim sənə qarşı qərəzli və tələbkardır – öz müdirinlə tanışlığı gözlə. Müəllimdən fərqli olaraq, müdirin vəzifəsi sənə verilən tapşırıqların yerinə yetirilməsinin keyfiyyətindən  asılıdır.

5.     Makdonaldsda kartof qızartmaq sənin ləyaqətini alçaltmır. Sənin əcdadların istənilən işi  yaxşı şans sayırdılar.
6.     Hər uğursuzluğunda öz valideynlərini günahlandırmağa tələsmə. Ağlayıb-sızlama, səhvlərindən nəsə öyrən.
7.     Sən doğulana qədər valideynlərin sənin hesab etdiyin kimi darıxdırıcı və maraqsız insanlar deyildilər. Onlar sənin qayğısız uşaqlığını təmin edərkən, pal-paltarını yuyarkən, sənin lovğalıqlarına qulaq asarkən maraqsiz insan olmuşlar. Odur ki, valideynlərinin acgöz nəsli tərəfindən məhv edilən Amazonka meşələrini xilas etməyə getməzdən əvvəl, heç olmasa öz otağını səliqəyə sal.
8.     Sənin məktəbində şagirdləri qaliblərə və uğursuzlara bölməsələr də, həyat bölür. Məktəbdə eyni sınaqdan dəfələrlə keçməyə icazə ola bilər, həyat sənə bu şansı vermir.
9.     Həyat semestrlərə bölünmür, onda yay tətilləri də olmur, və çox az adam var ki, sənə öz “Mənini” tapmağa kömək etmək istəyir. Bunu sən öz şəxsi vaxtının hesabına etməlisən.
10.  Gerçək həyatla televizorda gördüyünü qarışdırma. İnsanlar      həyatlarının çox hissəsini restoranda deyil, iş yerində keçirirlər.
11.  “Mama uşağı” saydığın insanlarla yaxşı münasibətdə ol. Bilmək olmaz, bəlkə onlardan biri gələcəkdə sənin müdirin təyin edildi?

0 yorum:

Yorum Gönder