Yaddaşı gücləndirmək üçün 10 qayda

Tərs əl tapşırığı: İnsanlar ümumiyyətlə alışqan olduğu əli istifadə etmək istəyərlər.Halbuki beynin bir hissəsi bir istiqaməti,digər hissəsi isə digər istiqaməti təmsil edər.Biz gündəlik etdiyimiz işləri alışqan olmadığımız əlimizlə etsək,digər hissəni hərəkətə keçirmiş olacağıq.

Uşaq oyunu tapşırığı: Uşaqlar kimi getdiyiniz hər yerdə hər şeyə maraqlanın. Məsələn getdiyiniz bir ticarət mərkəzindəki əşyaları araşdırın,toxunun və ya yanınızdan keçən insanların danışığını dinləyin.Bu şəkildə nadir edilən əlaqələri canlandırar və beyninizi işlətmiş olarsınız.

Hərf çalışması: Qəzet və ya jurnal oxuduğunuzda,yanınızda bir qələm saxlayın.Və oxuduğunuz sözlərdəki cüt yazılmış hərflərin üzərindən xətt çəkin.Və ya bilmədiyiniz sözlərin üstünü çəkin və gündəlik həyatda istifadə etməyə çalışın.

Detektiv tapşırığı: Bu detektiv tapşırıgı bir cür gündəlik hesab edin və dəftərinizə hər gün saatına qədər nə etdiyinizi xatırlamağa çalışaraq yazın.

Gediş tapşırığı: Əsgər gedişi kimi olduğunuz yerdə hərəkət edin.Sol qıç hər qalxdığında sağ əliniz ilə sonra sol əlinizlə toxunun. Bunu etdiyiniz qan dövranınız sürətlənər və koordinasiya qabiliyyətiniz artmış olar. Bu çarpaz hərəkətlərlə beynin hər iki tərəfini işlətmiş olarsınız.

Rəssam tapşırığı: Burnunuzun ucu ilə ən sevdiyiniz rəngdə bir səkkiz çəkin. Bu hərəkəti zəif və balanslı etməyə diqqət nümayişin. Özünüzü məşhur bir rəssam kimi hiss edin. Bu şəkil hərəkəti ilə yorğun zehininizi istirahət etdirmiş ayrıca beyni blok edən stressdən xilas olacaqsınız.

Agent çalışması: Bu tapşırıq da küçədə gedərkən avtomobillərin nömrələrinə baxın və hərflərdən söz çıxarmağa çalışın. Bu iş beyini işlətməklə birlikdə söz xəzinənizi inkişaf etdirəcək.

Avtobiyoqrafiya tapşırığı: Özünüzü bir ssenarist kimi düşünün və həyatınızı nəzərdən keçirib, dəyişmə olacaq yerləri yazın. Və ya şüşədən çölə baxmadan nə gördüyünüz xəyal edin. Bu sizin həm təxəyyülünüzü inkişaf etdirəcək həm də beyninizin işinə köməkçi olacaq.

Hipnoz tapşırığı: Stress anlarında və ya hər hansı bir qayğı vəziyyətində özünüzü təlqin etməyə çalışın. Bu sizin beyninizin stressə məğlub olmasına maneə törədəcək.

Mənbə: Niyal Hazırlıq Kursları

0 yorum:

Yorum Gönder