Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

14 MAY - NİYAL KURSLARINA QƏBUL İMTAHANI GÜNÜDÜR!

Əziz 8, 9 və 10-cu sinif şagirdləri, 14 MAY tarixində Niyal Kurslarına Qəbul İmtahanı Günüdür.


2017-2018 tədris ili üzrə təhsil almaq istəyən şagirdlər imtahanda iştirak edə bilər.

Sizin üçün yaratdığımız bu fürsətdən maksimum yararlanmağa çalışın.

İmtahana Buraxılış Vərəqini Niyal Kurslarının Qeydiyyat Şöbəsindən əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiz.
+994 20 285 60 60; +994 51 484 94 34
QEYDİYYAT DAVAM EDİR!

SON QEYDİYYAT TARİXİ: 12.05.2017

Qeyd edək ki, Niyal Kurslarında abituriyent hazırlığı TQDK-nın qəbul proqramı əsasında, ixtisas qrupları üzrə aparılır. Hal-hazırda Niyal Kursları İsmayıllı rayonunda fəaliyyət göstərir. Kursumuzun müəllimləri savadlı, öz sahələrində peşəkardırlar.

            Hər ayın sonunda mövzu sınaqları keçirilir və sınağın nəticələri valideynlərlə müzakirə olunur.  Həftə sonları hər fənn üzrə keçirilmiş mövzulara uyğun olaraq kuizlər keçirilir və bunu keçirməkdə əsas məqsəd keçirilmiş mövzuların mənimsənilmə səviyyəsini müəyyənləşdirməkdir. Əgər şagird mövzunu yaxşı mənimsəməyibsə əlavə dərslər təyin olunur.  Şagirdin dərsə davamiyyətinə nəzarət olunur və valideynlər mütəmadi olaraq məlumatlandırılır.

Hər ay şagirdlərin valideynlərinə məktub göndərilir. Məktubda şagirdin dərsə hazırlığı, test tapşırıqlarının yerinə yetirilməsi, kuizlərin nəticələri, keçirilmiş mövzu sınaq imtahanlarının  nəticələri öz əksini tapır. 

Qəbul imtahanlarının vaxtı açıqlanıb


Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiqləyən və orada yazda keçiriləcək imtahanı vermək arzusunda olduğunu bildirən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə beş gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanın keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar əksini tapacaq.

2-8-Cİ SİNİFLƏR ÜÇÜN SINAQ İMTAHANI KEÇİRİLDİ


Kursumuzda aşağı siniflər (II-VIII siniflər) arasında növbəti sınaq imtahanı keçirilmişdir.
Cavab kartlarını (nəticələri) həftə ərzində saytımızdan, sosial şəbəkələrdəki səhifələrimizdən, eləcə də kursumuzun İmtahana Qeydiyyat Şöbəsindən əldə edə bilərsiniz.