Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

Şagirdlərimizin Xəzər Universiteti və Bakı gəzintisi


May ayının 30-da Niyal Kurslarının və Xəzər Universitetinin birgə əməkdaşlığı çərçivəsində "Şagirdlərin gözü ilə Xəzər" adı altında konfrans keçirilib. İsmayıllı rayonunda fəaliyyət göstərən Niyal Tədris Mərkəzinin şagirdləri Xəzər Universitetinin professorları, müəllimləri və kursumuzun hal-hazırda orada oxuyan şagirdləri ilə görüşüblər.
İlk öncə çıxış edən Əlövsət müəllim şagirdləri salamlayıb və Xəzər universiteti haqqında qısa video-çarx təqdim edib. Daha sonra Mühəndislik və Tətbiqi Elmlər Fakültəsi, İqtisadiyyat və Menecment Fakültəsi, Təhsil Fakültəsi, Humanitar və Sosial Elmlər Fakültəsi, Beynəlxal Münasibətlər fakültəsinin dekanları çıxış edərək şagirdlərimizə ixtisas seçimində lazım olan əsas faktorlar, "İxtisasımın bu günü və gələcəyi!" adı altında faydalı məlumatlar veriblər. 
Daha sonra universitet gəzintisində olan şagirdlərimiz mühəndislik fakültəsinin şagirdlərinin hazırladığı robotlar, elektron qurğular və cihazlarla tanış olublar, universitetin kollektivi, müəllimləri ilə xatirə şəkilləri çəkilibi.
Sonda Bakının tarixi və görməli yerləri ilə gəzinti, şagirdlərin istriahəti üçün xoş təsir bağışlayıb.


Niyal Kurslarına Müəllimlərin İşə Qəbulu İmtahanı - 17 İyun!



Niyal Tədris Mərkəzi 17 iyun 2018-ci il tarixində MİQ üzrə sınaq imtahanı, eyni zamanda 2018 – 2019-cu tədris ili üçün kursa MÜƏLLİM QƏBULU elan edir!

İmtahanda iştirak etmək istəyən müəllimlər 15 iyun 2018-ci il tarixinə qədər 3x4-ə şəkil və şəxsiyyət vəsiqəsinin surəti ilə tədris mərkəzimizə yaxınlaşıb CV formunu doldurmalı, imtahanda iştirakını təsdiqləməlidir.

Əlaqə:
 İsmayıllı, M.F.Axundov küç., 13:
+994 20 285 60 60

NİYAL KURSLARININ YAY MƏKTƏBİ PROQRAMI



1, 2, 3, 4, 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün əla fürsət!

Niyal Kurslarının YAY MƏKTƏBİ proqramı

Dərs ili başa çatdıqdan sonra bir çox valideyni düşündürən əsas məqamlardan biri övladının yay tətilini daha səmərəli keçirməsidir.

Gərgin dərs ilindən sonra şagirdlərin yeni biliklər əldə etməsi üçün ən yaxşı vasitə onlarda öyrənməyə rəğbət və həvəs hissinin formalaşmasına nail olmaqdır.
Şagirdlərin yay tətilinin daha səmərəli təşkil olunmasında ən yaxşı vasitələrdən biri də 🏫yay məktəbidir.

Əziz valideyinlər, Niyal Kursları övladlarınız üçün YAY MƏKTƏBİ layihəsinə start verir.
Yay məktəbi proqramı (18 iyun – 28 iyul):
  • Ana dili
  • İngilis dili (“Conversation”)
  • Riyaziyyat
  • Məntiqi təfəkkürün inkişafı
  • Rəsm
  • Əyləncəli oyunlar


Son qeydiyyat tarixi: 15 iyun 2018


⇛Qeydiyyat və ətraflı məlumat üçün aşağıdakı ünvan və vasitələr ilə əlaqə saxlaya bilərsiniz:

⇛İsmayıllı, M.F.Axundov küç., 13:
+994 20 285 60 60
+994 51 484 94 34

“Peşəm və Gələcəyim” adlı seminar keçirildi


May ayının 5-də “Peşəm və Gələcəyim” mövzusunda seminar keçirilib. 

Niyal Tədris Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə baş tutan maarifləndirici seminarda ilk olaraq, tədris mərkəzinin direktoru Həsən Məmmədovun çıxışı olub. O, mövzu ilə əlaqədar qısa məlumat verib, daha sonra auditoriyaya universitetdən gələn qonaqları təqdim edib.

Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli çıxış edərək, gənclərin, ali məktəbə hazırlaşan şagirdlərin, abituriyentlərin peşə seçimində diqqətli olmalarını xüsusi olaraq, vurğulayıb. Xəzər universitetinin Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova da öz növbəsində məktəblilərə sevdikləri peşəyə üz tutmalarını, gələcək iş həyatlarında da işlərini sevərək icra etməyi tövsiyə edib.

Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin professoru Fuad Rəsulov universitet seçiminin də peşə seçimi kimi əhəmiyyətli bir qərar olduğuna diqqət çəkib. Ölkəmizdə və xaricdə dövlətimizin adının qürurla daşıyan, layiqli, yüksək vəzifələr tutan tələbələrini misal göstərib.

Yekun olaraq, İsmayıllı rayonu Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov çıxış edərək rayonda təhsil səviyyəsinin yüksək olmasından, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin bu sahədə gördüyü işlərdən, uğur və nailiyyətlərdən, Niyal Tədris Mərkəzinin İsmayıllı rayonuna verdiyi töhfələrdən söz açıb, gələn qonaqlara, tədbir üçün şərait yaradan şəxslərə minnətdarlığını çatdırıb.

Sonda seminar iştirakçılarına Xəzər Universiteti və Niyal Tədris Mərkəzi tərəfindən təltifnamələr və kiçik hədiyyələr paylanılaraq xatirə şəkli çəkdirilib.