Abituriyent hazırlığı


Abituriyent hazırlığı 9,10,11-ci sinif şagirdləri, eləcə də məzunlar üçün təşkil edilmişdir.

Kursumuzda oxumaq istəyən hər bir şagird (dinləyici) ilk olaraq müəyyən bir ixtisas qrupu seçməli və həmin ixtisas qrupu fənlərindən sinfinə müvafiq olaraq  qəbul imtahanımızda iştirak etməlidir.

Şagirdin imtahan zamanı yığdığı bal onun təhsil ilinə başlanğıc balı hesab edilir.

Şagirdlərə qəbul imtahanında yığdıqları bala uyğun olaraq təhsil haqqı qiymətində güzəşt edilir.


Bundan başqa, Aylıq Sınaq İmtahanlarında yüksək nəticə göstərən şagirdlərə təqaüd ayrılır:

600 baldan yüksək toplayanlara 50 AZN
500 baldan yüksək toplayanlara 20 AZN

Ali məktəbə qəbul imtahanında 700 bal toplayan tələbəyə isə 4 il müddətində aylıq təqaüd ayrılır.

Abituriyent hazırlığı kurslarında dərslər aşağıdakı qrafikə uyğun keçirilir:
·         Fənn sayı: 5
·         Həftə ərzində dərs günü: 6
·         Aylıq dərs saatı: 80-88
·         İllik dərs yükü: 9-11 ay
·         Dərslər saat 14:30-da başlayır. (18-10-da bitir)
·         Bir dərsin müddəti 50 dəqiqədir.


Dərslər DİM-in ali məktəblərə qəbul proqramına uyğun olaraq təcrübəli müəllimlər tərəfindən keçirilir.
***

Abituriyentlər dərs ili ərzində aşağıdakı imtahanları verirlər. 


·         HSİ (Həftəlik Sınaq İmtahanı) – Bu imtahan iki həftədə bir dəfə olmaqla, şagirdin müvafiq həftələr ərzində dərsləri hansı səviyyədə mənimsəməsini müəyyən etmək məqsədi ilə şagirdin fənn müəllimi tərəfindən keçirilir. İmtahanda 20 test tapşırığı olur. Nəticə barədə valideynlər məlumatlandırılır.
·         MSİ (Mövzu Sınaq İmtahanı) – Bu imtahan ayda bir dəfə olmaqla, şagirdin müvafiq aylar ərzində dərsləri hansı səviyyədə mənimsəməsini müəyyən etmək məqsədi ilə kurs rəhbərliyi tərəfindən TQDK-nın qəbul imtahanı sisteminə uyğun olaraq keçirilir. İmtahanda 125 test tapşırığı olur. Nəticə barədə valideynlər məlumatlandırılır.
·         ÜSİ (Ümumi Sınaq İmtahanı) – Bu imtahan may, iyun və iyul aylarında olmaqla, TQDK-nın qəbul proqramını tam əhatə edəcək səviyyədə olmaqla abituriyentin (yalnız 11-ci sinif və məzunlar) qəbul imtahanına nə dərəcədə hazır olduöunu müəyyən etmək məqsədi ilə kurs rəhbərliyi tərəfindən DİM-in qəbul imtahanı sisteminə uyğun olaraq keçirilir. İmtahanda 125 test tapşırığı olur. Nəticə barədə valideynlər məlumatlandırılır.

***

Valideyinlərin məlumatlandırılması
İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Abituriyentin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, abituriyent dərsə gəlmədikdə, ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyd münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır.
***