QƏBUL İMTAHANLARININ VAXTI BELƏDİR


Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il üçün ali məktəblərə və kolleclərə qəbul vaxtını açıqlayıb.

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.
İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I,II,III,IV və V ixtisas qrupları üzrə ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaqdır.

9 illik bazada kolleclərə ərizə qəbulu 1 - 27 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanının I mərhələsi aprelin 15-də, II mərhələsi isə iyulun 10-da keçiriləcək.

11 illik bazada kolleclərə ərizə qəbulu 29 mart- 30 aprel tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün 11 illik bazada kolleclərə qəbul imtahanı iyulun 10-da keçiriləcək.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə I imtahan 22 aprel, II imtahan isə 10 iyun tarixində keçiriləcək.

0 yorum:

Yorum Gönder