“Necə Öyrənək, Necə Öyrədək?” Seminarı Uğurla Başa Çatıb
İGEDER (İstanbul Gönüllü Eğitimciler Derneği) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) birgə təşkil etdiyi “Necə Öyrənək, Necə Öyrədək?” seminarında Kursumuzun müəllimləri də iştirak etdi.
İGEDER İdarə heyətinin sədri Nuri Özkan və İcraçı katib Mehmed Esad Demircinin mühazirəçi olaraq qatıldığı seminar, Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycandakı təhsil könüllüləri və idarəçilərindən ibarət olan təxminən yetmişə yaxın insanın iştirakı ilə baş tutub. Seminarda “Yaşlara Görə İnkişaf Xüsusiyyətləri”, “Təsirli Sinif İdarə Edilməsi”, “İnsan Tanıma Texnikaları”, “Təhsilin Təməl Xüsusiyyətləri”, “Təsirli Dərs Keçmə Texnikaları” başlıqları altında mövzulara yer verilib.
0 yorum:
Yorum Gönder