Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

Axtarışınızın nəticəsi budur:
qəbul imtahanı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı)



Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:
09.10.18 8:40
Buraxılış imtahanı (9 illik təhsil bazasında)
I mərhələ (imtahan müddəti - 3 saat)
Fənnin adı Maksimal  bal   
Tapşırıqların sayı
1.Tədris dili
(Azərbaycan dili, rus dili)
302 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq
2.Riyaziyyat3010 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq
3.Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)301.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
 2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq
II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)
Fənnin adıMaksimal bal     Tapşırıqların   sayı
1.Tədris dili (Azərbaycan dili, rus dili)7030 qapalı
2.Riyaziyyat7030 qapalı
3.Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)    7030 qapalı
 Buraxılış imtahanı (11 illik təhsil bazasında)
İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)
Fənnin adıMaksimal 
bal   
Tapşırıqların sayı
1.Tədris dili (Azərbaycan dili, rus dili)100Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
Cəmi: 30 tapşırıq
2.Riyaziyyat100həllinin yazılması tələb olunan 7 açıq tapşırıq+ ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq
3.Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)100                        1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
Cəmi:30 tapşırıq
 Maksimal bal: 300 
Qəbul imtahanı (imtahan müddəti 3 saat)
I qrupII qrupIII qrupIV qrup
Riyaziyyat - 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Riyaziyyat - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Biologiya - 30 tapşırıq
(22 qapalı +5  açıq +situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Fizika - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Coğrafiya - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Kimya - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
Çəki əmsalı: 1,5
Kimya - 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
Çəki əmsalı: 1
Tarix - 30 tapşırıq
(22 qapalı+5 açıq +mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1
Ədəbiyyat - 30 tapşırıq
(22 qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1
Fizika - 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) 
Çəki əmsalı: 1
 Maksimal bal: 400
Qeyd 1. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Qeyd 2: Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.
Qeyd 3: Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.


QƏBUL İMTAHANLARININ VAXTI BELƏDİR


Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il üçün ali məktəblərə və kolleclərə qəbul vaxtını açıqlayıb.

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.
İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I,II,III,IV və V ixtisas qrupları üzrə ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaqdır.

9 illik bazada kolleclərə ərizə qəbulu 1 - 27 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanının I mərhələsi aprelin 15-də, II mərhələsi isə iyulun 10-da keçiriləcək.

11 illik bazada kolleclərə ərizə qəbulu 29 mart- 30 aprel tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün 11 illik bazada kolleclərə qəbul imtahanı iyulun 10-da keçiriləcək.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə I imtahan 22 aprel, II imtahan isə 10 iyun tarixində keçiriləcək.

5-8 siniflər üçün təkmilləşdirmə kursları


   Kursumuzda 5,6,7,8-ci siniflər üçün Riyaziyyat və İngilis dilindən təkmilləşdirilmiş dərslər keçirilir. Dərslər həftədə 8 saat III,VI günlər saat 14:30-da keçirlir. Əziz şagirdlər siz bizdə təhsil aldığınız müddətdə biliyinizi aylıq olaraq pulsuz Chek-up imtahanlarında yoxlaya da bilərsiniz.
Təhsilinizin inkişafı üçün Niyal ailəsinə qoşulmağa tələsin!

Qəbul imtahanlarının vaxtı açıqlanıb


Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiqləyən və orada yazda keçiriləcək imtahanı vermək arzusunda olduğunu bildirən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə beş gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanın keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar əksini tapacaq.

II və III qrupların nəticələri açıqlandı - 4 nəfər 700 bal yığıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. 

TQDK-dan bildiriblər ki, imtahanda iştirak etmiş abituriyentlər bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 29.197 abituriyentdən 955 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 28.242 abituriyentdən 22 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə iki abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə də iki abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

TQDK düzgün cavabları açıqladı - Buradan öyrənin

TQDK bu gün ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında (cari ilin məzunları üçün) istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

Hər qrup üzrə düzgün cavabları öyrənmək üçün abituriyentlərə linkləri təqdim edirik:
Azərbaycan bölməsi - II qrup
Azərbaycan bölməsi - III qrup
Rus bölməsi - II qrup
Rus bölməsi - III qrup

Qəbul imtahanlarının nəticələri açıqlandı - 6 nəfər 700 bal yığıb


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 17-də saat 15:40-dan etibarən açıqlayıb.

İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 25956 abituriyentdən 1035 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 24921 abituriyentdən 13 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Kursumuza qəbul imtahanının NƏTİCƏLƏRİ

Bildiyiniz kimi, 15.05.2016-cı il tarixində Niyal Hazırlıq Kurslarına abituriyent qəbulu imtahanı keçirilmişdir.


Bütün ixtisas qruplarını əhatə edən imtahanın nəticələrinin yoxlanılması prosesi başa çatıb.

Nəticələri saytımızdakı "İmtahan nəticələri" bölməsindən, sosial şəbəkədəki səhifələrimizdən (Facebook, Instagram), ya da kursumuza yaxınlaşaraq əldə edə bilərsiniz.

Qruplar üzrə yüksək nəticə göstərənlərə güzəştlər ediləcək, eləcə də ətraf rayon, kəndlərdən gələn abituriyentlərimiz (oğlanlar) yataqxana və yeməklə təmin olunacaq.

Niyal Hazırlıq Kursları kollektivi Sizə təhsilinizdə uğurlar arzulayır!

26 aprel Niyal Kurslarına qəbul imtahanı günüdür


VIII,IX,X SİNİF ŞAGİRDLƏRİN NƏZƏRİNƏ!!!


NİYAL KURSLARINA
ABİTURİYENT HAZIRLIĞI ÜÇÜN
QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR
Qeydiyyat  14-24 aprel tarixləri arasındadır


KURSUMUZUN FƏALİYYƏTLƏRİ:

Həyatınızın ən vacib dönüş nöqtələrindən biri də  həyat tərzinizi müəyyənləşdirəcək olan ixtisas seçimidir. IX-XI  sinif şagirdləri üçün fəaliyyət göstərən abituriyent hazırlığı şöbəmizdə Tələbə Qəbulu Dövlət Komissiyasının  proqramı əsasında bütün qruplar üzrə tədris proqramı təşkil olunur.
Keçirilən dərslərin şagird tərəfindən necə mənimsənildiyi hər ay sonunda keçirilən test sınaq imtananlarında müəyyən olunacaq.
*  

v   
Bütün qruplar üzrə abituriyent hazırlığı;
v   
Dərslər qrup şəklində tədris olunur və ayda bir dəfə olaraq test sınaq imtahanları təşkil olunur;
v   
Aylıq sınaq imtahanlarından 500 balı keçən şagirdlərə
pul mükafatının verilməsi;
v   
Bilik və idman müsabiqələrinin təşkili;
v   
Ətraf rayon və kəndlərdən gələn şagirdlərin yataqxana və
yeməklə təmin olunmaları;

HƏR QRUP ÜZRƏ : 1-ci yer 50% güzəşt






Ünvan: İsmayıllı şəh., Ə. Ələkbərzadə küç.
Tel.(020) 285 46 73; Mob.: (051) 484 94 34; (055) 757 26 05







Sənəd qəbulu başlandı

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) ərizə qəbulu başlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edib. 

Ərizələrinin qəbulu aprelin 1-dən aprelin 30-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.

“Abituriyentin elektron ərizəsi” formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən abituriyentlər;
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər; 
• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin abituriyentlər ərizələrinin təsdiqini aprelin 7-dən aprelin 30-dək təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.
Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.
Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.

Qabiliyyət imtahanı -
I ixtisas qrupunun xüsusi qabiliyyət tə¬ləb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra aprelin 15-dən 30-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qeyd: Ərizə qəbulunun tam mətni, Elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci sayında təqdim olunub.

2015-ci ildə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə
ərizə qəbulu03 – 12 fevralbaşa çatıb
qəbul imtahanı1-ci mərhələ
22 fevral
keçirilib
proqram seçimi01- 10 aprel
qəbul imtahanı2-ci mərhələ
26 aprel
ixtisaslaşma seçimi07 – 12 may
boş qalan yerlərə ixtisaslaşma seçimi22 – 28 iyun
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə
ərizə qəbulu16- 23 fevralbaşa çatıb
qəbul imtahanı (1-ci mərhələ)15 mart
qəbul imtahanı (2-ci mərhələ)07 iyul
ixtisaslaşma seçimi10 – 14 iyul
boş qalan yerlərə ixtisaslaşma seçimi21 – 24 iyul
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları
sınaq imtahanları05, 12, 19 aprel, 3 may 
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə
ərizə qəbulu (I- IV qruplar)01 – 30 aprel
ərizə qəbulu (V qrup)05 – 18 may
qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup)15 – 30 aprel 
qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup)06 – 19 may
Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması01 – 31 mart
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan)26 aprel 
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan)07 iyul 
qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə17 may 
- qəbul imtahanı (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə24 may
qəbul imtahanı (cari ilin məzunları)- I və IV qruplar üzrə14 iyul
qəbul imtahanı (cari ilin məzunları)- II və III qruplar üzrə25 iyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup)15 iyul – 05 avqust
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup)19 iyul – 05 avqust
ixtisas seçimi (I- V qruplar)30 iyul – 11 avqust
boş qalan yerlərə ixtisas seçimi (I- V qruplar)14 – 19 avqust
Orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tam orta(11 illik)təhsil bazasında
ərizə qəbulu05 – 18 may
qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur06 – 19 may
Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması01– 31 mart
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 1-ci imtahan26 aprel
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 2-ci imtahan07 iyul
qəbul imtahanı (əvvəlki illərin məzunları)02 iyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı15 iyul – 05 avqust
ixtisas seçimi14 – 19 avqust
boş qalan yerlərə ixtisas seçimi27– 31 avqust
Orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ümumi orta(9 illik)təhsil bazasında
ərizə qəbulu01 – 31 may 
qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat20 may – 02 iyun
qəbul imtahanı (əvvəlki illərin məzunları)02 iyul 
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur07 – 11 iyul
ixtisas seçimi08 – 15 iyul 
boş qalan yerlərə ixtisas seçimi01 – 10 avqust 
Buraxılış imtahanları
Peşə liseyləri15 mart 
1-ci istiqamət (Bakı)02 iyun 
2-ci istiqamət (region)06 iyun
3-cü istiqamət (region)11 iyun
4-cü istiqamət (region)16 iyun 
Eksternat imtahanı; Əvvəlki il məzunlarının qəbul imtahanı:- Orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan); Ali təhsil müəssisələrinə V qrup üzrə02 iyul 
Monitorinq imtahanları
6 və 7-ci siniflər6, 7 aprel (region);
9, 10 aprel (Bakı).
11-ci sinif15, 16, 17 aprel (Bakı)
20, 21 aprel (region).