“Peşəm və Gələcəyim” adlı seminar keçirildi


May ayının 5-də “Peşəm və Gələcəyim” mövzusunda seminar keçirilib. 

Niyal Tədris Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə baş tutan maarifləndirici seminarda ilk olaraq, tədris mərkəzinin direktoru Həsən Məmmədovun çıxışı olub. O, mövzu ilə əlaqədar qısa məlumat verib, daha sonra auditoriyaya universitetdən gələn qonaqları təqdim edib.

Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli çıxış edərək, gənclərin, ali məktəbə hazırlaşan şagirdlərin, abituriyentlərin peşə seçimində diqqətli olmalarını xüsusi olaraq, vurğulayıb. Xəzər universitetinin Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova da öz növbəsində məktəblilərə sevdikləri peşəyə üz tutmalarını, gələcək iş həyatlarında da işlərini sevərək icra etməyi tövsiyə edib.

Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin professoru Fuad Rəsulov universitet seçiminin də peşə seçimi kimi əhəmiyyətli bir qərar olduğuna diqqət çəkib. Ölkəmizdə və xaricdə dövlətimizin adının qürurla daşıyan, layiqli, yüksək vəzifələr tutan tələbələrini misal göstərib.

Yekun olaraq, İsmayıllı rayonu Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov çıxış edərək rayonda təhsil səviyyəsinin yüksək olmasından, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin bu sahədə gördüyü işlərdən, uğur və nailiyyətlərdən, Niyal Tədris Mərkəzinin İsmayıllı rayonuna verdiyi töhfələrdən söz açıb, gələn qonaqlara, tədbir üçün şərait yaradan şəxslərə minnətdarlığını çatdırıb.

Sonda seminar iştirakçılarına Xəzər Universiteti və Niyal Tədris Mərkəzi tərəfindən təltifnamələr və kiçik hədiyyələr paylanılaraq xatirə şəkli çəkdirilib.










0 yorum:

Yorum Gönder