14 MAY - NİYAL KURSLARINA QƏBUL İMTAHANI GÜNÜDÜR!

Əziz 8, 9 və 10-cu sinif şagirdləri, 14 MAY tarixində Niyal Kurslarına Qəbul İmtahanı Günüdür.


2017-2018 tədris ili üzrə təhsil almaq istəyən şagirdlər imtahanda iştirak edə bilər.

Sizin üçün yaratdığımız bu fürsətdən maksimum yararlanmağa çalışın.

İmtahana Buraxılış Vərəqini Niyal Kurslarının Qeydiyyat Şöbəsindən əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiz.
+994 20 285 60 60; +994 51 484 94 34
QEYDİYYAT DAVAM EDİR!

SON QEYDİYYAT TARİXİ: 12.05.2017

Qeyd edək ki, Niyal Kurslarında abituriyent hazırlığı TQDK-nın qəbul proqramı əsasında, ixtisas qrupları üzrə aparılır. Hal-hazırda Niyal Kursları İsmayıllı rayonunda fəaliyyət göstərir. Kursumuzun müəllimləri savadlı, öz sahələrində peşəkardırlar.

            Hər ayın sonunda mövzu sınaqları keçirilir və sınağın nəticələri valideynlərlə müzakirə olunur.  Həftə sonları hər fənn üzrə keçirilmiş mövzulara uyğun olaraq kuizlər keçirilir və bunu keçirməkdə əsas məqsəd keçirilmiş mövzuların mənimsənilmə səviyyəsini müəyyənləşdirməkdir. Əgər şagird mövzunu yaxşı mənimsəməyibsə əlavə dərslər təyin olunur.  Şagirdin dərsə davamiyyətinə nəzarət olunur və valideynlər mütəmadi olaraq məlumatlandırılır.

Hər ay şagirdlərin valideynlərinə məktub göndərilir. Məktubda şagirdin dərsə hazırlığı, test tapşırıqlarının yerinə yetirilməsi, kuizlərin nəticələri, keçirilmiş mövzu sınaq imtahanlarının  nəticələri öz əksini tapır. 

3 yorum:

  1. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  2. Cavablar ne zaman cixacaq ayin 14 de kecrilen sinagin

    YanıtlaSil
  3. Men bilmek isderdimki odeniwlidirmi?deyiller 50 % guzesht var neeye vuzest var?cavab yazin.mende imtahan vermiwem.neticeleri gozleyirem

    YanıtlaSil