İmtahan günləri artıq başlayıb. Zehni və psixoloji gərginliklə səciyyələnən imtahan günü sizdən yüksək diqqət, fərasət və mənəvi hazırlıq tələb olunacaq. Gərginlik isə, qorxu hissi kimi arzuolunmaz emosiyaya səbəb olur. Sirr deyil ki, ali məktəblərə qəbul imtahanlarında yalnız qabiliyyətsizlər deyil, həm də imtahanlara psixoloji cəhətdən hazır olmayanlar kəsilirlər (şəxsiyyət problemləri, yadda saxlama və materialın hasili ilə bağlı problemlər). Təcrübə göstərir ki, müsbət əhval-ruhiyyə və özünə inam uğurun 50%-ini təşkil edir.
İmtahanqabağı qorxunu aradan götürməkdə sizə bəzi psixoloji fəndlər kömək edə bilər.
İmtahana günündən bir gün öncə bütün dərslikləri kənara qoyun, istirahət edin.
Hətta öyrənilməmiş material qalıbsa, onu oxumaq məsləhət deyil, çünki imtahana yuxulu getməkdənsə yatmaq zəruridir.
Yuxusuzluq yaddaşı zəiflədir!
İmkan varsa, limon suyu, bal və qoz qarışığından hazırlanmış şərbət için.
Bu içki lazımi ovqat yaradır.
Yaxşı olar ki, imtahana yarıac gedəsiniz. Doyumlu səhər yeməyi yuxu gətirir. Əgər imtahan vaxtı acıyacağınızı düşünürsünüzsə, özünüzlə peçenye götürə bilərsiniz.
Çalışın imtahana qədər özünüz üçün hər mövzu üzrə lakonik plan tərtib edəsiniz. Bu, sizə riyazi və kimya düsturlarını, eləcə də mühüm tarixi hadisələrin nə vaxt olduğunu yadda saxlamağa kömək edəcək. Planı tərtib edin, lakin qəti sürətdə imtahana aparmayın - imtahan vaxtı köməkçi vasitələrdən istifadə qadağandır və sizi imtahandan xaric edə bilərlər.
Ətrafınızda hamının "tapşırıldığı" barədə şayiələrə uyub, elə düşünməyin ki, sizin heç bir şansınız yoxdur və bütün səyləriniz boşa çıxacaq. Bu cür şayiələr adətən bütün imtahanları müşayiət edir və abituriyentlərə psixoloji cəhətdən mənfi təsir göstərir. Odur ki, belə fikirləri başınızdan atın və imtahana heç bir aidiyyatı olmayan xoş, sakitləşdirici bir hadisəni yadınıza salıb xəyalınızda canlandırın.
Demək olar ki, imtahandan əvvəl hər bir insan həyəcan keçirir - kimi çox, kimi nisbətən az. Əgər həyəcan normal həddi aşmırsa, bu sevindirici haldır - deməli orqanizm özünü "tam səfərbər" edib və "sınağa hazırdır". Lakin bəzən həyəcan normal həddi aşaraq stress dərəcəsinə çatır - bu neqativ haldır. Stress zamanı ilk yardım:- dərindən nəfəs alıb, nəfəsinizi saxlayın! Sonra "ha" deyib, nəfəsinizi buraxın!
İmtahanın gedişatını bütünlüklə göz önünə alın. Baxın - siz artıq sakitləşmisiniz, auditoriyaya daxil olursunuz və orada inamla bütün suallara cavab verirsiniz. Hadisələrin məhz belə gedişatını xəyalınızda "yaşasanız", gerçək imtahan vaxtı biliklərinizə güvənərək özünüzü rahat hiss edərsiniz.
İmtahana, buraxılış vərəqəsində göstərilən vaxtda gəlin, gecikməyin.
İmtahan auditoriyasında yerinizə əyləşib, diqqətlə imtahan nəzarətçilərinin təlimatlarını dinləyin. Başa düşmədiyiniz məqamları aydınlaşdırın.
"İmtahan başlandı" sözləri elan edildikdən sonra fikrinizi cəmləyin..Asan suallardan başlayın, qəliz sualları sonraya saxlayın. Hər hansı bir suala artıq vaxt sərf etməyin (əks halda sadə suallara vaxtınız çatmayacaq).
Vaxtınızı elə bölüşdürün ki, bütün suallara və son yoxlamaya da çatsın (sualların sayı və hazırlıq üçün ayrılan vaxt məlumdur).
Köçürməyə yol verməyin, çünki belə olduqda siz başqasının mümkün səhvlərini də köçürəcəksiniz. Üstəlik, eyni cavablar aşkar edildikdə həm köçürənin, həm də köçürməyə yol verənin imtahan nəticələri ləğv edilir. Risk etməyin!
• Əgər siz təklif olunan 5 cavabdan doğrusunu seçməkdə çətinlik çəkirsinizsə, onu, yanlış cavabların istisna olunması yolu ilə tapa bilərsiniz.
• Əgər sualın sizin üçün çətin olduğunu hiss edirsinizsə, onun üzərində dayanmayın, növbəti suala keçin. Eyni fənn daxilində verilən bütün suallar eyni balla qiymətləndirilir, sizin üçün isə daha çox suala cavab vermək vacibdir. Çətin suallara imtahanın sonunda da qayıtmaq mümkündür.
• Əgər imtahanda hər hansı bir sualın cavabını unutmusunuzsa, bu mövzu üzrə ilk ağlınıza gələni qaralamada yazın. Yazdığınız bu sözlər digərlərini də "üzə çıxarmağa" kömək edəcək, əvvəl-axır siz yaddaşınızın dərinliklərindən lazımi sualın cavabını tapa biləcəksiniz.
• Əgər Sual kitabçasında texniki səhv (oxunmayan mətn, boş səhifə, davamı olmayan səhifə və s.) aşkar etsəniz, nəzarətçiyə müraciət edin - belə olduqda onun vəzifəsi - Sual kitabçasını dəyişməkdir.
• Əgər qorxu sizi bilavasitə auditoriyada bürüyübsə, təcili tədbirlərə əl atın. Dərindən və sakit nəfəs alın. Dişlərinizin arasında qələmi sıxıb özünüzü bir neçə dəfə gülümsəməyə məcbur edin. Bu, gərginliyi azaltmağa kömək edəcək.
• Əgər imtahan zamanı pozuntular aşkar etsəniz, onları nəzarətçiyə bildirin. Nəzarətçi sizin iradlarınıza reaksiya verməsə, imtahan Rəhbərinin çağırılmasını tələb edin, və həmin pozuntuları İmtahan protokolunda qeyd etməyi xahiş edin. Mübahisəli hallarda hüquqi sənəd sayılan protokola bir sübut olaraq istinad edilə bilər.
• İmtahan Rəhbərinə imtahandan sonra da müraciət etməyə ixtiyarınız var, lakin bunu mütləq imtahan gedən binanı tərk etməzdən əvvəl etməlisiniz. Ən başlıcası isə - iradəli olun, suallarin cavabı özü gələcək.
Həyat davam edir, həyat hələ təzə başlayır! İmtahanda uğur bizimdir.

0 yorum:
Yorum Gönder