İsmayıllı, Cavanşir küç. 21A (Rayon İcra Hakimiyyəti binasının arxası) · Bakı, Binəqədi r-nu, 28 May qəsəbəsi

Qəbul imtahanlarının vaxtı açıqlanıb

14:22:00

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiqləyən və orada yazda keçiriləcək imtahanı vermək arzusunda olduğunu bildirən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə beş gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanın keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar əksini tapacaq.