ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!


TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlərə müraciət etdi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq arzusunda olan abituriyentlərə müraciət edib.
Komissiyadan verilən məlumata görə, 2013/2014-cü tədris ilinin qabiliyyət imtahanlarında iştirak etmək üçün seçmə turlar mayın 1-dən mayın 20-dək aparılacaq. Turlar ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı komissiyalarında keçiriləcək.
Seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir.
Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxla­madan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınır.

0 yorum:

Yorum Gönder