UNUTQANLAR ÜÇÜN 9 QIZIL MƏSLƏHƏT

Mütəxəsislər yaddaşsızlıq probleminin öhdəsindən gəlmək üçün 9 sadə, yalnız mühüm olan göstərişə əməl etməyi məsləhət görüblər.

1) Açar, eynək kimi əşyalarınızı hara qoyduğunuzu yada salmaqda çətinlik çəkirsinizsə, həmin əşyaların qoyulması üçün xüsusi bir yer düzəldin və əşyaları ora qoymağı özünüzə adət etdirin.

2) Həmişə qeydiyyat aparın. Xüsusilə telefon nömrələrini və ya digər yazılı şeyləri yadda saxlamaqda əziyyət çəkən şəxslərin qeydiyyat aparmaları çox mühümdür. Yazdığınızı kağızları daim gözünüzün gördüyü yerdən asın. Yazıdan ibarət olan siyahı sizə vəzifələrinizi və əhəmiyyətli işlərinizi yada salmağa kömək edəcək.

3) Yadınızdan tez-tez çıxan şeyləri yüksək səslə söyləyin. Məsələn öz-özünüzə "Qazı bağladım" deyin. Bu sizə daha sonra qazı bağlayıb bağlamadığınızı xatırladacaq. Belə bir üsul tanış olduğunuz insanların adlarını yadda saxlamaq üçün də faydalı olacaq.

4) Yaddaş üçün vasitələrdən istifadə edin. Bunun üçün ən yaxşı vasitə telefon, qol saatı və digər səs yazan diktafonlar ola bilər.

5)Vizual obrazlardan istifadə edin. Bir nəfərin adı kimi digər məlumatları öyrəndikdə, həmin məlumatla bağlı ağlınızda bir obraz yaradın və həmin obraza uyğun olaraq məlumatı yaddınızda saxlayın.

6) Xatırlanması lazım olan məlumatları qruplaşdırın. Məsələn; siyahıda olan adları qısa şəkilə salın. Və ya bəzi texnikalar vardır ki, həmin texnikalara istədiyin məlumatın baş hərfini yazdıqda həmin məlumatı sənin üçün hazırlayır. Bundan əlavə, məlumatları hekayələrlə yadda saxlamaq da bu kateqoriyaya aiddir.

7) İstirahət edin və əsəblərinizin sakit olmasına çalışın. Bir çox ekoloji faktorlar diqqətinizi dağıda bilər. Yeni bir məlumat öyrəndikdən sonra həmin məlumatı yaddınızdan çıxardan faktorlaran uzaq olun.

8) Yuxu rejiminizə diqqət edin. Yuxu əsnasında beyin, əldə etdiyinizi yeni məlumatları gücləndirir. Araşdırmalara görə, normal gecə yuxusunda sonra insanlar əvvəlki məlumatları daha rahat xatırlayırlar.

9) Ən sonda, əgər bu deyilənlər sizin köməyinizə çatmasa, onda dərhal həkimə müraciət edin. Depressiya, eşitmə və görmə problemi, bəzi dərmanlar, vitamin çatışmazlığı və stress kimi hallar yaddaşsızlığa səbəb olan amillərdəndir.

1 yorum:



  1. Trên mặt đất lúc này, ánh sáng tím cũng từ từ tan dần, cuối cùng hoàn toàn quay trở lại vầng trăng.

    Cứ nửa năm một lần ánh trăng tím lại tỏa ra mạnh nhất.

    Vương Lâm đã rất nhiều lần di chuyển bằng truyền tống trận nên có một sự chống cự rất cao đối với nó. Trong nháy mắt khi tiến vào trong ánh sáng đỏ, hắn liền phát hiện ra đây chính là một cái truyền tống trận.

    Đúng như lời Diêu Tích Tuyết nói thì đã có người bố trí một cái điểm truyền tống ở nơi nào đó từ trước. Vì vậy mà chỉ cần mở điểm truyền tống ra là có thể ở bất cứ nơi đâu mà đi vào. Có một điều hiển nhiên là phải ở trong Yêu Linh chi địa mới có thể truyền tống thành công.
    dong tam mu lậu cho thuê phòng trọ cho thuê phòng trọ nhạc sàn cực mạnh tư vấn pháp luật qua điện thoại công ty luật hà nội số điện thoại tư vấn luật dịch vụ thành lập doanh nghiệp
    Sau khoảng thời gian truyền tống ngắn ngủi, Vương Lâm liếc mắt thấy dưới chân có từng vết máu tươi đang di chuyển một cách nhanh chóng. Những dấu máu đó tạo thành một cái trận pháp. Thời gian khôi phục của Diêu Tích Tuyết chậm hơn Vương Lâm khoảng chừng nửa lần hô hấp. Sau khi nàng tỉnh lại thì vết máu dưới chân cũng biến mất.

    YanıtlaSil