TQDK ABİTURİYENTLƏRƏ MÜRACİƏT ÜNVANLADI


TQDK sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq məqsədilə sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib. Komissiyadan verilən məlumata görə, aprelin 7-də keçiriləcək sınaq imtahanlarına yazılış mart ayının sonlarında (Novruz bayramından sonrakı ilk iş günlərində) aparılacaq. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu, göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək, onların 3-ü təkrar olacaq.

1 yorum: