Müəllim və şagirdlərimizdən Ordumuza dəstək! (FOTO)


Niyal Hazırlıq Kurslarının bir qrup müəllim və şagird kollektivi cəbhədə baş verən son döyüşlərlə əlaqədar olaraq Ordumuza dəstək nümayişi göstərib.

Biz, bu addımla, qanı bahasına Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizə aparan, erməni tapdağından azad etdikləri yüksəkliklərə bayrağımızı sancan və bu amal üçün vuruşan əsgərlərimizə, zabitimizə - Vətənimizin keşiyində dayanan bütün hərbi qulluqçularımıza sevgimizi çatdırır, onlarla qürur duyduğumuzu bildiririk! Azərbaycan Ordusuna Eşq olsun!

Vətən yolunda canından keçən, şəhidlik zirvəsinə ucalan igidlərimizi isə sayğı ilə anır, ailələrinə başsağlığı diləyirik!


NİYAL HAZIRLIQ KURSLARI

0 yorum:

Yorum Gönder