Ali təhsil müəssisələrinə
və tam orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq
internet səhifəsinə (I-IV qruplar üzrə
eservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında
orta ixtisas təhsili müəssisələri üzrə
eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən
sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə
"Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual
ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş
SMS göndərməklə əldə etmək olar.
Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.
Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.
“Abituriyentin elektron ərizəsi” forması doldurduqdan
sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ərizənin təsdiqi TQDK-nın
məlumat bazasında abituriyent barədə olan məlumatların tam olub-olmamasından
asılı olaraq iki üsulla həyata keçirilir.
1. Aşağıda göstərilən
kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu
Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:
·
Azərbaycan Respublikasının ümumi təhsil
müəssisələrini cari ildə bitirən abituriyentlər;
·
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini
2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində
bitirən qız abituriyentlər;
·
Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili
müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız
abituriyentlər;
·
2011/2012-ci və ondan sonrakı tədris illərində
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə
və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq
üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;
·
I-IV ixtisas qruplarının hər hansı biri üzrə
ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə də ərizə verən
abituriyentlər.
2. Digər abituriyentlər tələb
olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq
etdirirlər. I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə verən
abituriyentlər aprelin 6-dan 28-dək, V ixtisas qrupu üzrə və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verən abituriyentlər isə
mayın 3-dən 17-dək ərizələrinin təsdiqini təmin edirlər. SQK-lar hər gün
(şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət
göstərirlər:
- Azərbaycanda təhsil almış Azərbaycan Respublikasının
vətəndaşları ərizələrini aşağıdakı təhsil müəssisələrində yaradılmış SQK-larda
təsdiq etdirirlər:
Bakı Dövlət
Universiteti (Bakı ş., Z.Xəlilov küçəsi, 23);
Azərbaycan Texniki
Universiteti (Bakı ş., H.Cavid prospekti, 25);
Azərbaycan Dövlət Pedaqoji
Universiteti (Bakı ş., Ü.Hacıbəyov küçəsi, 34);
Qafqaz
Universiteti (Sumqayıt şossesi 16-cı km);
Bakı Biznes
Universiteti (Bakı ş., H.Zərdabi küçəsi,88a);
Azərbaycan Dövlət Aqrar
Universiteti (Gəncə ş., Atatürk prospekti, 262);
Gəncə Dövlət Universiteti (Gəncə
ş., H.Əliyev prospekti, 187);
Azərbaycan Texnologiya
Universiteti (Gəncə ş., Ş.İ.Xətai prospekti, 103);
TQDK-nın Naxçıvan MR Regional
Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
Sumqayıt Dövlət
Universiteti (Sumqayıt ş., 43-cü məhəllə);
TQDK-nın Lənkəran Regional
Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
Mingəçevir Dövlət
Universiteti (Mingəçevir ş., D.Əliyeva küçəsi, 21);
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Şəki filialı (Şəki ş., M.Rəsulzadə prospekti, 305);
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Qazax filialı (Qazax ş., H.Əliyev prospekti, 150);
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Ağcabədi filialı (Ağcabədi ş., M.Rəsulzadə prospekti,
210);
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Cəlilabad filialı (Cəlilabad ş., M.Hüseyn küçəsi, 20);
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Quba filialı (Quba ş., Fətəlixan küçəsi, 4);
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Şamaxı filialı (Şamaxı ş., Şəhriyar qəsəbəsi,
Azadlıq küçəsi, 1);
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Zaqatala filialı (Zaqatala ş., Q.Kərimov küçəsi, 4).
- əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər, həmçinin xaricdə təhsil almış Azərbaycan
Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində
yaradılmış SQK-larda təsdiq etdirirlər:
TQDK (Bakı ş., M.Müşfiq
küç., 1m);
TQDK-nın Naxçıvan MR
Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
TQDK-nın Gəncə Regional
Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
TQDK-nın Lənkəran Regional
Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
TQDK-nın Xaçmaz Regional
Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
TQDK-nın Şəki Regional
Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
TQDK-nın Şirvan Regional
Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
TQDK-nın Göyçay Regional
Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
TQDK-nın Ağcabədi Regional
Bölməsi (Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1).
Gürcüstan Respublikasında
yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Qazax filialında (Qazax ş., H.Əliyev prospekti, 150) yaradılmış SQK-da
təsdiq etdirə bilərlər.
Elektron
ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK‑ya aşağıdakı
sənədləri şəxsən təqdim etməlidirlər:
- tam orta,
orta ixtisas və ya ali təhsili haqqında sənədi:
a) əvvəlki illərin məzunları
sənədin əslini;
b) ümumi təhsil müəssisələrini
əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış
imtahanına buraxılan abituriyentlər məzunu olduqları təhsil müəssisəsi
tərəfindən verilən və abituriyentlərin buraxılış imtahanına buraxılmasını
təsdiq edən arayışı (Əlavə 2)*;
- şəxsiyyəti
təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının
vətəndaşları (16 yaşı tamam olmayan şəxslər də daxil olmaqla) şəxsiyyət
vəsiqəsini;
b) əcnəbilər xarici pasportlarını,
vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək
üçün onlara verilən sənədləri, dənizçi kitabçasını (vəsiqəsini), qaçqınlara
verilmiş yol sənədini, vətənə qayıdış şəhadətnaməsini, Azərbaycan
Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə verilən səyahət sənədini, beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
- hərbi bilet və ya çağırışçı
şəhadətnaməsini.
Ali və ya orta ixtisas
təhsili olan abituriyentlər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, SQK-ya
aşağıdakıları da təqdim etməlidirlər:
-
təhsil aldıqları müəssisə tərəfindən verilən və ali (orta ixtisas)
təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (Əlavə 3)*;
-
attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi
tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən
arayışı (Əlavə 4)*.
Xarici ölkədə təhsil
almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, onların notarial qaydada
təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.
1981-1998-ci il təvəllüdlü
(1998-ci il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək olan çağrışçıların
ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermək üçün möhlət haqqında
arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır.
Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla
tənzimlənir.
Müstəqil Dövlətlər Birliyinə
daxil olan dövlətlərin çağırış yaşlı vətəndaşlarının hərbi sənədlərində
müvafiq qeydiyyat onların daimi yaşayış yerlərinin hərbi komissarlıqları
tərəfindən aparılır.
Ali və orta ixtisas təhsili
müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq
istəyən abituriyentlər yuxarıda göstərilən müddətdə və qaydada elektron
ərizələrinin təsdiqini təmin etdikdən sonra I ixtisas qrupunun xüsusi
qabiliyyət tələb edən ixtisasları üzrə aprelin 15-dən 30-dək, V ixtisas
qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan 19-dək, tam
orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət
tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək
eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq
seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə
qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər TQDK
tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin məzunları üçün
buraxılış) imtahanında iştirak edirlər və bu imtahanda topladıqları balları
müvafiq müsabiqə şərtlərini ödəyənlər qabiliyyət imtahanlarına buraxılırlar.
Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıvan, Gəncə,
Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Ağcabədi şəhərlərində
keçirilir. Cari ilin məzunları (peşə liseylərinin
məzunları istisna olmaqla) bitirdikləri təhsil müəssisələrinin yerləşdiyi
bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə liseylərinin
cari il məzunları ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda,
yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində
qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər. I-IV
ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün may ayında,
cari ilin məzunları üçün isə iyul ayında keçirilir.
2016/2017-ci tədris ili üçün Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta
ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ali və orta
ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə
müsabiqənin keçirilməsi şərtləri “Abituriyent” jurnalının 2‑ci sayında çap
edilmişdir.
Bu nömrədə həmçinin 2015-ci ilin tələbə qəbulu
müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid
balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr,
abituriyentlər üçün elmi-metodiki məqalələr dərc olunmuşdur.
Jurnalı aşağıdakı
ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından
almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
0 yorum:
Yorum Gönder