QABİLİYYƏT İMTAHANLARININ VAXTI MƏLUM OLDU

Ötən il buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən aparılsa da, cari ildən etibarən peşə liseylərinin də buraxılış imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  həyata keçirəcək. Bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Həm  IX,  həm də XI illik bazadan peşə liseylərində buraxılış imtahanlarını Dövlət Komissiyası  aparacaq. Peşə liseylərinin  buraxılış imtahanları orta məktəblərin buraxılış imtahanları ilə müqayisədə daha tez keçiriləcək.

TQDK sədri ötən həftəki i mətbuat konfransında qeyd edib ki,  peşə liseylərinin buraxılış imtahanlarının tez keçirilməsi həqiqi hərbi xidmətə çağırışla əlaqədardır. Çünki peşə liseylərinin məzunları aprelin 1-dən hərbi qulluğa çağırırlar.

TQDK qabiliyyət imtahanlarının da vaxtını açıqlayıb. Belə ki musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı 18-24 iyul tarixində, Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 25 iyul- 1avqust tarixində,  idman istiqaməti üzrə qabiliyyət imtahanı 31 iyul-12 avqust tarixlərində olacaq.

0 yorum:

Yorum Gönder