NİYAL KURSLARI başlatdı, "Sİz də oxuyun!"


      Bu gün İsmayıllı Rayon Niyal Kursları'nda keçirilmiş toplantıda öncə Əkrəm Əylisli "Daş yuxular" romanına görə qınanıldı. Həqiqəti yazmadığına görə, millətini aşağıladığına görə, özünün iddia etdiyi kimi, iki xalqı barışdırmaq hədəfinə heç də nail olmadığına görə, tökülən nahaq qanlara sayğısızca davrandığına görə. Və biz bu romandan fərqli olaraq, münaqişəli tərəflərin heysiyyətinə, qüruruna toxunmadan PKK problemi ilə mübarizəyə əsl ziyalı, əsl yazar, əsl insan münasibətini sərgiləyən ZEKERİYA EFİLOĞLUNUN "AŞKIN EŞİYİNDE ÖLÜME UYANMAK" romanını oxumağı başlatdıq.

Bu romanı oxumağı hər bir azerbaycanlıya məsləhət bilərdik. Əsərin qəhrəmanı PKK terror təşkilatının üzvü olan bir qadındır. Fəqət müəllif ona məhəbbətlə yanaşmış, yanlış yola düşmüş, ya da zorla cəlb edilmiş insanların psixoloji dərinliklərinə enmiş, nəinki münaqişənin köklərini çox bacarıqla aça bilmiş, eyni zamanda həm kürd, həm türk xalqının - həm də bütün oxuyanların ürəyində terrorizmə,haqsızlığa, bölücülüyə nifrət oyada bilmişdir. Millətə, bəşəriyyətə və insanlığa xidmət belə olur, Əkrəm Əylisli!

Sevda Qasımova, (Niyal Hazırlıq Kurslarında Azərbaycan dili və Ədəbiyyatı müəlliməsi, Filologiya üzrə Fəlsəfə Doktoru, "ANTALYA SANAT DERGİSİ"nin Azərbaycan təmsilçisi) 










0 yorum:

Yorum Gönder