“Abituriyent” jurnalının xüsusi buraxılışı olan Azərbaycan dili, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və ingilis dili fənləri üzrə test topluları yeni əlavələrlə nəşr olunub.
Təqdim olunan test topluları əsaslı şəkildə yenidən işlənib və toplulara 2014-cü ilin nəşrlərində olmayan, təxminən 23000 yeni test tapşırığı əlavə olunub.
Toplulardakı tapşırıqlar TQDK tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş tapşırıqlardan, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlərdən ibarətdir. Topludakı test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış tapşırıqlardır. Bunlar test bankındakı tapşırıqların bütün modellərini əhatə edir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur. Toplulara 2015-ci ildə ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanlarında istifadə olunmuş test komplektləri də daxil edilib.
Test topluları testologiyaya maraq göstərənlər üçün dəyərli örnək, mənbə rolunu oynayacaq. Fənn müəllimləri və metodistlər təlim prosesində bu test variantlarından qiymətləndirilmə vasitəsi kimi istifadə edə biləcəklər. Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxlamaq və artırmaq imkanı əldə edəcəkdir.
Abituriyentlərin isə bu testlərdən istifadə etməklə öyrəndiklərini hərtərəfli yoxlamaq imkanı olacaqdır. Testlər üzərində iş onların imtahana həm də psixoloji hazırlığında əhəmiyyətli rol oynayacaqdır. Toplulardakı tapşırıqlardan eyni zamanda ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcəkdir.
0 yorum:
Yorum Gönder