İmtahan stressini necə aradan qaldırmalı? - Abituriyentlərə məsləhət

Niyal Kursları psixoloq Elvira Kərimovanın abituriyentlərdə imtahan stressini necə aradan qaldırmaq haqda məqaləsini təqdim edir.

Uşaqların bilik səviyyələrinin ölçülməsi üçün aparılan imtahanlara uşaqlar xarakterik xüsusiyyətlərindən asılı olaraq, bir-birlərindən fərqli şəkildə reaksiya verir.
Uşaqları imtahan stressindən uzaqlaşdırmaq üçün tək öhdəlik onların boynuna düşmür. Eyni zamanda ailələrə və müəllimlərin də üzərinə böyük öhdəlik düşür.
Uğursuzluq qorxusu yaşayan uşaqlarda imtahandan əvvəl, imtahana hazırlaşarkən və imtahan vaxtı çox fərqli əlamətlər özünü göstərə bilər. Bu əlamətlər psixoloji və ya fizioloji ola bilər. Valideyn və müəllimlərin əvvəlcədən bu əlamətləri görməsi onların aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. Çünki uşaqlar sıxıntıları ifadə etməkdə böyüklərə nisbətən çətinlik çəkirlər.

Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

Əgər uşaqlarınızda aşağıdakı əlamətlərdən bir neçəsi varsa, deməli, uşaq imtahan stressini həddindən artıq çox yaşayır.
- Düşüncələrini toplaya və ifadə edə bilməmə.
- Öyrəndiklərini unutmaq və yaza bilməmək.
- Diqqətini verə bilməmək.
- Sualları başa düşməkdə çətinlik.
- Ürəyin sürətlə döyünməsi.
- Əllərin titrəməsi, istilik basması və baş fırlanması.
- Mədə bulantısı və baş ağrısı.
- Gərginlik və əsəbilik.
- İnamsızlıq və mənfi düşünmə.
- Qorxu hissi.

Bəs bu əlamətlərdən bir neçəsi mövcuddursa, bunu necə aradan qaldırmaq lazımdır? Valideynlər uşaqlarına necə kömək edə bilərlər?

- Birincisi, uşaqlarda bu həyəcanı tam aradan qaldırmaq lazım deyil. Əsas olan onlara  bu həyəcanı idarə edə bilməyi öyrətməkdir. Əgər uşaq bir işə qarşı heç bir həyəcan keçirmirsə, demək ki, heç o işi önəmsəmir. Bu halda o işə motivasiya olmaq da qeyri-mümkündür. Bir işə qarşı məsuliyyət və həyəcan duymaq o işi yaxşı görməyimiz üçün bir səbəbdir. Uşaq bir işə qarşı həyəcan duyursa, deməli, bu işə qarşı daha çox istək və önəm verir və bu da şagirdin bu işi daha yaxşı yerinə yetirməyinə səbəbdir. Bizə düşən öhdəlik onların bu həyacanını bacardığımız qədər azaltmaqdır.

- İkincisi, zamanı düzgün istifadə etməkdə uşağa köməklik göstərin. Şagirdlər bəzən verilən zamanın onların yazacağı imtahan suallarına yetməyəcəyini düşünür və özlərini panikaya salırlar. Zamanı düzgün bölmək üçün ilk əvvəl düşünülməlidir ki, verilən vaxt elə hesablanıb ki, bütün sualları sona qədər oxuyub və həmin suallara cavab vermək üçün kifayət etsin. Bu qanunla,  uşaqların bilik  səviyyəsi nəzərə alınaraq uyğunlaşdırılıb. Sadəcə vaxtı düzgün bölməklə tam rahat şəkildə yerinə yetirmək mümkündür.

- Üçüncüsü, imtahan şagirdin xarakterini deyil, savadını ölçər. Əgər uşaq bu imtahanın savadının yox, xarakterinin ölçüldüyünü və bu imtahan nəticəsinə görə dəyərləndiriləcəyini düşünürsə,onun həyəcanı daha da artar. Özünü imtahan nəticəsinə görə "dəyərsiz və yetərsiz" görən uşaq özünə güvənini itirəcək və imtahana qarşı qorxu artacaq. Burda da məsuliyyət yenə də valideynin üzərinə düşür. Valideyn nəticədən asılı olmayaraq uşağın əziyyətini mütləq dəyərləndirməlidir. Çünki əlindən gələni edən, lakin aşağı nəticə verən uşaq ətrafı tərəfindən danlanarsa, özünü çox çarəsiz hiss edər. İlk əvvəl uşağın əziyyəti dəyərləndirməli, sonra yaranan problemin həllinə yönəlilməlidir. (lent.az)

0 yorum:

Yorum Gönder