Kursumuz şəhər birincisi oldu – FOTOLAR

Niyal Hazırlıq Kursları şagirdləri yenə bilikləri hesabına uğur qazanmağa müvəffəq olublar.

Kursumuzun himayədarlığı ilə İsmayıllı şəhər məktəbliləri arasında bilik yarışı keçirildi. Ənənəvi yarışımızdan fərqli olaraq, bu dəfə kursumuzun şagirdləri digər məktəblilərlə mübarizə apardılar.

Sonda nəticə gözlənildiyi kimi, şagirdlərimizin şəhər tədris müəssisələri arasında birincilik əldə etməsi ilə başa çatdı.

Bilik yarışında iştirak edən şagirdlərə təşəkkürümüzü bildirir, qalibiyyətdə əməyi olanları isə təbrik edirik.

Niyal Hazırlıq Kursları kollektivi Sizə təhsilinizdə uğurlar arzulayır.

0 yorum:

Yorum Gönder