Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

500 BALI KEÇMİŞ ABİTURİYENTLƏRİMİZ


Niyal hazırlıq kurslarının 500 baldan yuxarı  nəticə göstərən abituriyentlərinin SİYAHISI :


S/S
Qrup
Ad, Soyad
Nəticə
1.        
II
Rafael Əliyev
652
2.        
I
Aqil Əsgərov
640
3.        
III
Samir Məmmədov
612
4.        
II
Leyla Seyfiyeva
599
5.        
III
Sahib Hacıyev
584
6.        
III
Yelmar Şahmarlı
564
7.        
III
Şəhla Vəliyeva
531




TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN QURU QOŞUNLARI ALİ HƏRBİ MƏKTƏBİNƏ KURSANT QƏBULU

Türkiyə Respublikası Silahlı qüvvələrinin Quru qoşunları Ali Hərbi məktəbinə 2013/2014-cü təlim-tədris ili üçün kursant qəbulu

Bu müsabiqədə test imtahanında (Azərbaycan bölməsi) topladıığı balı 250-dən az olmayan, doğum tarixi 1 avqust 1993 - 1 yanvar 1997 arasında olan Azərbaycan Respublikası vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

Aşağıdakı linkdən daxil ola bilərsiniz:
http://tqdk.gov.az/erizebak/pagetrherbi.aspx

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq yaradılmış İnformasiya Texnologiyaları Universiteti 2013/2014-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planına salınmışdır.

Universitetdə tədris ingilis dilindədir. Bunun üçün tələbələrə birinci il ingilis dili hazırlığı tədris olunacaq, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə təhsil ingilis dilində aparılacaqdır.

Qeyd edək ki, İnformasiya Texnologiyaları Universitetinə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaqdır (Ünvan: AZ1008 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küç., 11)

UNUTQANLAR ÜÇÜN 9 QIZIL MƏSLƏHƏT

Mütəxəsislər yaddaşsızlıq probleminin öhdəsindən gəlmək üçün 9 sadə, yalnız mühüm olan göstərişə əməl etməyi məsləhət görüblər.

1) Açar, eynək kimi əşyalarınızı hara qoyduğunuzu yada salmaqda çətinlik çəkirsinizsə, həmin əşyaların qoyulması üçün xüsusi bir yer düzəldin və əşyaları ora qoymağı özünüzə adət etdirin.

2) Həmişə qeydiyyat aparın. Xüsusilə telefon nömrələrini və ya digər yazılı şeyləri yadda saxlamaqda əziyyət çəkən şəxslərin qeydiyyat aparmaları çox mühümdür. Yazdığınızı kağızları daim gözünüzün gördüyü yerdən asın. Yazıdan ibarət olan siyahı sizə vəzifələrinizi və əhəmiyyətli işlərinizi yada salmağa kömək edəcək.

3) Yadınızdan tez-tez çıxan şeyləri yüksək səslə söyləyin. Məsələn öz-özünüzə "Qazı bağladım" deyin. Bu sizə daha sonra qazı bağlayıb bağlamadığınızı xatırladacaq. Belə bir üsul tanış olduğunuz insanların adlarını yadda saxlamaq üçün də faydalı olacaq.

4) Yaddaş üçün vasitələrdən istifadə edin. Bunun üçün ən yaxşı vasitə telefon, qol saatı və digər səs yazan diktafonlar ola bilər.

5)Vizual obrazlardan istifadə edin. Bir nəfərin adı kimi digər məlumatları öyrəndikdə, həmin məlumatla bağlı ağlınızda bir obraz yaradın və həmin obraza uyğun olaraq məlumatı yaddınızda saxlayın.

6) Xatırlanması lazım olan məlumatları qruplaşdırın. Məsələn; siyahıda olan adları qısa şəkilə salın. Və ya bəzi texnikalar vardır ki, həmin texnikalara istədiyin məlumatın baş hərfini yazdıqda həmin məlumatı sənin üçün hazırlayır. Bundan əlavə, məlumatları hekayələrlə yadda saxlamaq da bu kateqoriyaya aiddir.

7) İstirahət edin və əsəblərinizin sakit olmasına çalışın. Bir çox ekoloji faktorlar diqqətinizi dağıda bilər. Yeni bir məlumat öyrəndikdən sonra həmin məlumatı yaddınızdan çıxardan faktorlaran uzaq olun.

8) Yuxu rejiminizə diqqət edin. Yuxu əsnasında beyin, əldə etdiyinizi yeni məlumatları gücləndirir. Araşdırmalara görə, normal gecə yuxusunda sonra insanlar əvvəlki məlumatları daha rahat xatırlayırlar.

9) Ən sonda, əgər bu deyilənlər sizin köməyinizə çatmasa, onda dərhal həkimə müraciət edin. Depressiya, eşitmə və görmə problemi, bəzi dərmanlar, vitamin çatışmazlığı və stress kimi hallar yaddaşsızlığa səbəb olan amillərdəndir.