6-10 iyun tarixlərində 10.00-13.00 və 17.00-19.00 saatlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bədən tərbiyəsi və idman" ixtisası üzrə bu təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün sınaq qabiliyyət imtahanları keciriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında baş tutacaq. Qeyd edək ki, sınaq imtahanları abituriyentlər üçün ödənişsizdir. Sınaq imtahanları zamanı abituriyentlər Akademiaynın atletika və gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyyələr, məsləhətlər ala biləcəklər.
Abituriyentlər imtahan normativləri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər.
Tiếng anh cho người đi làm
YanıtlaSilTiếng anh cấp tốc
Luyện thi toeic tại hà nội
Tiếng anh cho người lớn tuổi
Tiếng anh cho người mới bắt đầu
Học tiếng anh tại hà nội
dạy tiếng anh cho doanh nghiệp