Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINA ABİTURİYENT VƏ DİGƏR HAZIRLIQLAR ÜÇÜN QƏBUL İMTAHANI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA İBTİDAİ SİNİF HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA FƏNN HAZIRLIĞI TƏŞKİL EDİLİR

Qeydiyyatdan keçməyə tələsin!

NİYAL KURSLARINDA YÖS HAZIRLIĞI TƏŞKİL EDİLİR

Kursumuzun fəxrləri

Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrimiz.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün VƏSAİTLƏR


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitləri hazırlamışdır.

Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapmışdır.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada təqdim edilmişdir:

  • ·       Təsviri sənət
  • ·       Musiqi sənəti
  • ·       Memarlıq və dizayn
  • ·       Teatr, kino və xoreoqrafiya sənətləri
  • ·       Bədən tərbiyəsi və idman
Vəsaitlərdə həmçinin ümumi (9 illik)  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə proqramlar, qiymətləndirmə meyarları və tövsiyələr də verilmışdır.

Vəsaitlərin elektron versiyasını (pdf formatında) TQDK-nın internet saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).  

Rayonlar üzrə imtahanlarda iştirak edən qız və oğlanların SAYI

"2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 93 116 abituriyent ərizə verib.

Onların 52.80%-i oğlan, 47.20%-i qız abituriyent olub. Artıq üçüncü ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.24%), rus bölməsində isə qızlar (52.06%) sayca üstünlük təşkil edib".

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.

1993-2015-ci illər üzrə oğlan və qız abituriyentlərin sayının dinamikasına gəlincə, statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub.
Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub. Bu, o vaxt ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının birgə aparılması ilə əlaqədar idi. Çünki, bir qayda olaraq, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin böyük əksəriyyəti qızlardan ibarət olur.

Respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapazonda dəyişir. Bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 15-34% təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 56-60%-dir.

Oğlan və qız abituriyentlərin bölgələr üzrə paylanması cədvəli aşağıdakı kimidir: