02.10.2015 tarixində Niyal Kurslarında "Bilik Yarışması" keçirildi. Yarışda 12 kamanda(Aslanlar, Bozqurdlar, İsmayıllı, Xəmsə, Çox bilmişlər, Real, Sunqurlar, Ziyalılar, Niyal, Savalan, Şahinlər, Lions) iştirak edirdi.
Yarış 4 turdan ibarət keçirildi. I tur Xəmsə(3 xal), Çox bilmişlər(2 xal), Bozqurdlar(4 xal), Real(3 xal) kamandaları arasında oldu. Bozqurdlardlar 4 xalla qurub birincisi olaraq finala yüksəldilər. II tur Lions(2 xal), İsmayıllı(4 xal), Ziyalılar(2 xal), Sunqurlar(3 xal) kamandaları arasında keçirildi. İsmayıllı kamandası 4 xalla öz adını finala yazıdrmağı bacardı. III turda isə Niyal(4 xal), Aslanlar (5 xal), Savalan( 2 xal), Şahinlər(3 xal) kamandaları arasında oldu. Bu turda isə Aslanlar 5 xalla final masasında özlərinə yer etməyi bacardılar. Final görüşündə I. Aslanlar, II. Bozqudlar, III. İsmayıllı kamadaları arasında gərgin mübarizəylə keçdi. Bu görüşdə də ASLANLAR( İlahə Sarıyeva, Ayaz Yunusov, İsmayıl Rəsulov, Şahmar Kərimli) 7 xalla qalib gələrək "Bilik yarışı"nın birincisi olmağı bacardılar. Qaliblər mükafatlandırıldı.
View post on imgur.com
0 yorum:
Yorum Gönder